§ 2.1. Dövrə elementləri. Radioelektron dövrələrinin təsnifatı.
İxtiyari radiotexniki qurğu müxtəlif elementlərdən: cərəyan və gərginlik mənbələrindən, rezistorlardan, kondensatorlardan, induktivlik sarğaclarından, diodlardan, tranzistorlardan, elektron lampalarından, birləşdirici naqillərdən və s. təşkil olunur. Bunları xarakterizə edən fiziki parametrlər isə cərəyan i, gərginlik u, müqavimət R, tutum C, induktivlik L -dir. Belə elementlərdən müəyyən qayda ilə təşkil olunmuş dövrələr r a d i o e l e k t r o n dövrələri adlanır. Elektrik dövrəsinin vəzifəsi elektromaqnit enetjisini mənbədən qəbulediciyə (yükə) ötürməkdən ibarətdir. Hər bir mürəkkəb radiotexniki qurğu radioelektron dövrələrindən təşkil olunur.
Əgər dövrənin xətti ölçüləri bu dövrəyə təsir edən siqnalın dalğa uzunluğundan çox kiçikdirsə ( L << λ ), başqa sözlə, dövrəyə kifayət qədər alçaqtezlikli siqnallar təsir edirsə, dövrə t o p l a n m ı ş p a r a m e t r l i dövrə adlanır. Belə dövrələrdə cərəyan və gərginlik yalnız zamanın funksiyası olur və onlar arasındakı əlaqə adi diferensial tənliklərlə ifadə olunur.
Dövrənin həndəsi ölçüləri siqnalın dalğa uzunluğu tərtibində və çox olduqda ( L ≥ λ ) isə, başqa sözlə, yüksəktezlikli siqnallarda dövrə p a y l a n m ı ş p a r a m e t r l i dövrə adlanır. Belə dövrələrdə cərəyan və gərginlik təkcə zamandan deyil, həm də koordinatdan asılı olur. Qeyd edək ki, xarakterik ölçüsü L olan dövrə elementinə təsir edən siqnalın tezliyindən asılı olaraq o bir halda toplanmış, digər halda isə paylanmış parametrli sistem ola bilər. Məsələn, uzunluğu 1m olan ekranlanmış birləşdirici naqilə 1 kHs tezlikdə ( ) L << λ şərti ödənildiyindən ona toplanmış parametrli sistem kimi baxmaq olar. Daha yüksək tezliklərdə isə məsələn, f=109 Hs olduqda (λ=0,3) naqilin ölçüsü siqnalın dalğa uzunluğu tərtibində olur və ona paylanmış parametrli sistem kimi baxmaq lazımdır.
Dövrə elementləri iki hissəyə ayrılır: p a s s i v və a k t i v e l e m e n t l ə r
Dostları ilə paylaş: |