Mövzu № 1. Düzxətli və əyrixətli hərəkətdə sürət və təcil. Nyuton qanunları. Hərəkət miqdarı (impuls), onun saxlanma qanunu. Ümumdünya cazibə qanunu. Mexaniki iş. Güc. Kinetik və potensial enerji. Enerjinin saxlanması və çevrilməsi qanunu. Mövzunun qısa məzmunu: Hadisə ,qanun ,mexaniki hərəkət haqqında bilgilər verilir. Sürət, təcil,qüvvə,mexaniki iş,güc,kinetik enerji və potensial enerji dusturları və BS vahirlər sistemində vahidləri haqqında məlumat verilir. Mexanika üç bölmədən ibarətdir: kinematika, dinamika və statika. Kinematika–cismin və ya cisimlər sisteminin hərəkətini, bu hərəkəti doğuran səbəbləri nəzərə almadan öyrənir. Dinamika–cisimlərin hərəkətini, bu hərəkəti doğuran bu və ya digər səbəblərlə birlikdə öyrənir. Nəhayət, statika–cisimlərin tarazlıqda olma hallarını öyrənir
Mövzu № 2. Ətalət momenti. Qüvvə momenti. Hərəkət miqdarı (impuls) momenti. Fırlanma hərəkəti dinamikasının əsas tənliyi. Fırlanan cismin kinetik enerjisi. Kəsilməzlik tənliyi. Bernulli tənliyi.
Mövzunun qısa məzmunu: Bərk cismin istənilən hərəkətini onun irəliləmə və fırlanma hərəkətlərinin cəmi kimi təsəvvür etmək olar. Fırlanma hərəkətini xarakterizə edən əsas kəmiyyətlər: qüvvə momenti, ətalət momenti, impuls momenti və qüvvə momenti impulsdur. Ətalət momenti bərk cismin fırlanmasının ətalətliliyini xarakterizə edir: Kütləsi olan maddi nöqtənin oxa nəzərən ətalət momenti, həmin maddi nöqtənin kütləsi ilə fırlanma oxundan olan məsafənin kvadratı hasilinə deyilir.