Azərbaycan respublikasi təHSİl naziRLİYİ odlar yurdu universiteti



Yüklə 0,52 Mb.
səhifə8/10
tarix14.11.2022
ölçüsü0,52 Mb.
#119452
1   2   3   4   5   6   7   8   9   10
Fizika Əliquliyeva X .Fənn proqramı

Mövzunun qısa məzmunu.
İşığın düzxətt boyunca yayılması, XVIII əsr fizikasında hakim olan Nyuton nəzəriyyəsi ilə (1704) asanlıqla izah olunurdu. Bu nəzəriyyəyə əsasən işıq, bircinsli mühitdə bərabərsürətli və düzxətt boyunca hərəkət edən xüsusi hissəciklər selindən –korpuskullardan ibarətdir.İşığın dalğa təbiəti, eləcə də onun optik cəhətdən qeyri bircins mühitdə yayılması zamanı həndəsi optika qanunlarından kənara çıxması ilə əlaqədar müşahidə olunan hadisələr məcmusuna işığın difraksiyası deyilir. Başqa sözlə, işığın difraksiyası dedikdə işığın qarşısına çıxan maneəni aşıb keçməsi, yəni həndəsi optika qanunlarından kənara çıxması başa düşülür.Dalğa op­tikasının baniləri Yunq və Frenel uzun muddət hesab etmişdilər ki, işıq dalğaları səs dalğaları kimi uzununa dalğalardır, eninə dalğalar yalnız bərk cisimlərdə mövcüd ola bilər. Maksvelin elektromaqnit nəzəriyyəsindən göründü ki, işıq dalğaları eninə dalğalardır. Elektrik vektorları şüanın yayılma istiqamətinə perpendikulyar olub ixtiyari istiqamətdə yönəlirlər. Əgər şüa­nın yayılma istiqamətinə perpendikulyar yerləşmiş müs­tə­vilər üzərində elektrik vektorlarının sıxlığı eyni ehtimalla paylanarsa belə işıq təbii işıq adlanır.İşıq dalğaları müəyyən uzunluqda olan elektromaqnit dalğaları olduğundan demək olar ki, işıq dalğaları da eninə dalgalardır. İşıgın eninə dalğa olduğunu əyani surətdə subut edən hadisə işığın polyarlaşması ha­di­sə­si­dir.


Mövzu №.12. İstilik şüalanması. Kirxhof qanunu. Stefan-Bolsman düsturu. Vinin yerdəyişmə qanunu. Reley-Cins düsturu. Plank düsturu. Fotoeffekt. Fotoeffekt üçün Eynşteyn düsturu. Fotoelementlər və onların tətbiqi.


Mövzunun qısa məzmunu:
Cisim (mənbə) tərəfindən şüalandırılan elektromaqnit dalğaları özləri ilə müəyyən miqdqrdq enerji daşıdığina görə cismin (mənbənin) daxili enerjisi zaman keçdikcə azalmalıdır. Kifayət qədər sonlu zaman müddətində şüalanma yaratmaq üçün həmin enerji itkisini bərpa etmək lazımdır. Ona görə də bu şüalanma müxtəlif enerji hesabına ola bilər. Bizi isə yalnız qızdırılmış (közərmiş) cisimlərin şüalanması maraqlandırır. Qızdırılmış (közərmiş) cisimlərin şüalanmasına istilik və ya temperatur şüalanması deyilir.İşığın təsiri altında maddədə olan elektronların sərbəstləşməsinə fotoeffekt hadisəsi deyilir.Tədqiqatlar nəticəsində fotoeffektin üç növü müəyyən edilmişdir: xarici fotoeffekt, daxili fotoeffekt və ventil fo­toeffekti. İşığın elektromaqnit şüalanmasının təsiri altında mad­dədən elektronların buraxılmasına (şüalanmasına) xarici fotoeffekt deyilir
Mövzu №. 13. Atomun Tomson və Rezerford modelləri. Hidrogen atomunun spektrində qanunauyğunluqlar. Bor postulatları. Frank və Hers təcrübəsi. Cisimlərin dalğa xassəsi. De–Broyl fərziyyəsi. Qeyri-müəyyənlik prinsipi.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin