Azərbaycan respublikasinin təHSİl naziRLİYİ kollegiya qərari



Yüklə 21,3 Kb.
səhifə2/6
tarix10.01.2022
ölçüsü21,3 Kb.
#108075
1   2   3   4   5   6
Kollegiyanın sədri,

Nazir

 

Ceyhun Bayramov

  

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının 13 mart 2019-cu il tarixli KQ-06 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

  

Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.29-cu maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması məsələlərini tənzimləyir.



1.2. Bu Qayda peşə təhsili müəssisələrində təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin attestasiyasına şamil edilmir.

1.3. Peşə təhsili müəssisələrində ümumi təhsil fənləri üzrə təhsilalanların attestasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının 2018-cı il 28 dekabr tarixli 8/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”na, yekun attestasiyası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”na uyğun olaraq həyata keçirilir.

1.4. Peşə təhsili pilləsində təhsilalanların müvafiq ixtisas üzrə bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi təhsil proqramlarında (kurikulumlar) qeyd edilən təlim nəticələri və qiymətləndirmə meyarlarına uyğun həyata keçirilir.

1.5. Təlim nəticələri dedikdə, ixtisas üzrə bilik, bacarıq və səriştələri müəyyən edən göstəricilər, qiymətləndirmə meyarları dedikdə, təlim nəticələrinin təhsilalan tərəfindən hansı səviyyədə mənimsənilməsini müəyyən etmək məqsədi ilə istifadə olunan ölçü vahidləri (fikrin düzgün ifadə olunması, mövzunun əhatəsi, ardıcıllığın düzgün qurulması, tapşırığın yerinə yetirilməsinin son nəticəsi (keyfiyyəti, vaxt normasına əməl edilməsi və başqa göstəricilər), habelə işin planlaşdırılması, iş yerinin təşkili, iş üsullarının düzgün yerinə yetirilməsi, qabaqcıl metodların tətbiqi, avadanlığın sazlanması və nizamlanması, alətlərin istifadəsi, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, elektrik enerjisinə və materialIara qənaət edilməsi) başa düşülür.

1.6. Peşə təhsili pilləsində təhsilalanların attestasiyası məqsədi ilə cari, aralıq və yekun qiymətləndirmə (attestasiya) keçirilir.

 


Yüklə 21,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin