Mövcud yayımın texniki cəhətdən modernləşdirilməsi
və genişləndirilməsi;
Naxçıvan Muxtar Respublikasının radio və TV
proqramlarının peyk vasitəsilə təşkili;
Naxçıvan Muxtar Respublikasının şəhər və rayon
mərkəzləri arasında fiber-optik kabellə rabitənin təşkili;
Naxçıvan Muxtar Respublikasının rabitə şəbəkəsinin
idarəetmə sisteminin təşkili;
Naxçıvan Muxtar Respublikasının şəhərlərarası və
beynəlxalq danışıqların emalı üçün müasir billinq sisteminin qurulması.
4.3. İnformasiya cəmiyyətinə keçidin təmin
edilməsi üçün layihələr
Cəmiyyətin müasir tələblərə uyğun inkişafı,
dövlət idarəçiliyinin təkmilləşdirilməsi və şəffaflığının təmin edilməsi, milli
informasiya resurslarının yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın
inkişafı, bütün sahələrdə yeni texnologiyaların geniş tətbiqinə nail olunması,
informasiya təhlükəsizliyi və azadlığının müdafiəsi, qlobal informasiya fəzasına
inteqrasiyanın genişləndirilməsi ölkədə informasiya cəmiyyətinə keçidi təmin
edəcək fəaliyyətin tərkib hissələridir.
Bununla əlaqədar olaraq aşağıdakı işlərin
görülməsi nəzərdə tutulur:
«Elektron hökumət»in formalaşdırılması üzrə
Fəaliyyət Proqramının layihəsinin hazırlanması;
informasiya texnologiyaları üzrə azad iqtisadi
zonanın-İT Texnoparkın yaradılması;
milli informasiya təhlükəsizlik sisteminin
yaradılması;
sahələr üzrə informasiya resurslarının,
sistemlərinin, şəbəkələrinin yaradılması və inteqrasiyasının təmin edilməsi;
təhsil sisteminin təkmilləşdirilməsində İKT-nin
tətbiq edilməsi, bu yolla tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni
texnologiyaları tətbiq və inkişaf etdirə biləcək kadrların hazırlanması, o
cümlədən informasiya təhlükəsizliyi üzrə kadrların hazırlanması, məsafədən
təhsilin inkişaf etdirilməsi, elektron dərsliklərdən istifadə olunması;
əhalinin yeni texnologiyalar sahəsində
maarifləndirilməsi və onların informasiya resurslarına müraciət imkanlarını
genişləndirmək üçün regional informasiya-təlim mərkəzlərinin və İnternetə
çıxış məntəqələrinin yaradılması (yerli kitabxana, poçt şöbəsi, orta və ali
məktəblər bazasında) və inkişaf etdirilməsi;
ictimai proqramların, lüğətlərin, ensiklopedik
bankların və İnternet portalların yaradılması;
İKT sahəsinin statistik göstəricilər sisteminin
hazırlanması;
ümummilli informasiya sistemləri üçün təsnifatların
hazırlanması;
informasiya cəmiyyətinin inkişafı sahəsində elmi
tədqiqatların aparılması və dövlət elmi-texniki informasiya sisteminin
təkmilləşdirilməsi;
Azərbaycan dilini dəstəkləyən kompüter
proqramlarının yaradılması;
Azərbaycan Respublikası Əhalisinin Dövlət
Registrinin formalaşdırılması;
Azərbaycan Respublikası Əhalisinin Dövlət
Registrinin məlumat bazasının çevik və düzgün toplanmasını təmin etmək
məqsədilə Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVADQ)
şöbələrinin, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
ərazi polis orqanlarının müvafiq bölmələrinin bütün regionları əhatə edən
elektron şəbəkəyə qoşulması.
V. Maliyyə mənbələri
Dövlət Proqramının ölkənin ümumi
inkişafında, onun iqtisadiyyatın və digər sahələrin güclənməsində strateji
əhəmiyyətə malik olduğunu nəzərə alaraq, aşağıdakı maliyyə mənbələrindən
istifadə oluna bilər:
mülkiyyət formasından asılı olmayaraq idarə,
müəssisə və təşkilatların vəsaitləri;
qeyri-dövlət fondlarının vəsaitləri;
beynəlxalq və xarici ölkə təşkilatlarının
texniki-maliyyə yardımları, kreditlər, qrantlar, qanunvericiliklə qadağan
olunmayan digər mənbələr.
VI. Gözlənilən nəticələr
Dövlət Proqramının həyata keçirilməsindən
aşağıdakı nəticələr gözlənilir:
əhalinin sosial təbəqələri və mərkəzlə regionlar
arasında olan «rəqəmsal uçurum»un zəiflədilməsi;
potensial investorların ölkənin İKT bazarına cəlb
edilməsi;
İKT sektorunda innovasiya yönümlü kiçik və orta
sahibkarlığın inkişaf etdirilməsi;
elektron avadanlıqların proqram təminatlarının və
digər elmi tutumlu məhsulların istehsalı və ixracı;
Azərbaycan Respublikasının informasiya-kommunikasiya
texnologiyaları sahəsində cənubi Qafqaz və Transxəzər regionunda İKT
məhsullarının ixracatı üzrə regional mərkəzə çevrilməsi;
rabitə və informasiya texnologiyaları sahəsində
tənzimlənmə sisteminin təkmilləşməsi, bu sahədə normativ-hüquqi bazanın
formalaşması;
xidmətlər bazarının genişlənməsi və liberallaşması,
qiymətlərin azad və ədalətli rəqabət əsasında tənzimlənməsi, xidmətlərin
keyfiyyətinin artması;
ölkə ərazisində əhalinin, dövlət idarəetmə
orqanlarının, özəl qurumların müasir rabitə və informasiya texnologiyaları
xidmətləri ilə təmin olunması;
ölkə iqtisadiyyatında rabitə və informasiya
texnologiyaları sahəsi inkişaf etdirilərək, ölkədə informasiya cəmiyyətinin
formalaşmasına zəmin yaradılması və cəmiyyətin sosial-iqtisadi həyatının
bütün sahələrinin inkişafının təmin edilməsi;
ölkənin bank-maliyyə xidmətləri bazarında poçt
şəbəkəsinin rəqabətə davamlığının təmin olunması;
bütün bölgələrdə İnternet şəbəkəsindən istifadə
imkanlarının genişlənməsi;
əhalinin teleradio xidmətlərindən istifadə
imkanlarının artırılması;
dövlət orqanlarının fəaliyyətinin səmərəliliyini
artıran və əhaliyə, özəl qurumlara keyfiyyətli informasiya xidmətləri
göstərən «Elektron hökumət»in formalaşması;
dövlət orqanlarında elektron sənəd mübadiləsinin
təşkil edilməsi;
vətəndaşların dövlət informasiya resurslarına
müraciət etməsi üçün imkanların yaradılması;
dövlət idarəetməsində və yerli özünüidarəetmədə
müasir texnologiyalardan geniş istifadənin təmin edilməsi;
kiçik və orta müəssisələrin imkanlarından istifadə
etməklə informasiya texnologiyaları sahəsində yeni iş yerlərinin açılmasına
xüsusi şəraitin yaradılması;
məhsul istehsalında və xidmətlərin göstərilməsində
telekommunikasiya vasitələrindən istifadənin təşviq edilməsi;
poçt sahəsində yeni xidmətlərin əhalinin
istifadəsinə verilməsi, poçt sisteminin fəaliyyətinin və göstərilən
xidmətlərin keyfiyyətinin artırılması;
əhalinin informasiya texnologiyaları sahəsində bilik
və məlumatlıq səviyyəsinin yüksəldilməsi;
kadr hazırlığının təmin edilməsi və insan inkişafı
üçün yeni imkanların yaradılması.
VII. Dövlət Proqramının həyata keçirilməsi
üzrəTədbirlər Planı
Sıra №-si
Tədbirin
adı
Tədbirin
məqsədi
Yerinə yetirilmə
müddəti (illər üzrə)
İcraçı
təşkilatlar
Maliyyə
mənbəyi
Gözlənilən
nəticələri
Qeyd
1
2
3
4
5
6
7
8
7.1.
İqtisadi-struktur islahatları
7.1.1.
Özəlləşmə
7.1.1.1.
Birgə müəssisələrdə dövlət payının
özəlləşdirilməsi
Sahənin liberallaşdırılması
2005-2007
İİN, RİTN
Qanunvericiliklə müəyyən olunan mənbələr
Özəl sektorun inkişafı
7.1.1.2.
Özəlləşdirməyə açıq elan edilmiş və rabitə
müəssisələrinin özəlləşdirməqabağı restrukturizasiya və idarəetmə
strukturunun təkmilləşdirilməsi və özəlləşdirilməsi
Ədalətli rəqabətin təşkili
2006-2008
İİN, RİTN
Qanunvericiliklə müəyyən olunan mənbələr
Sahənin inkişafı
7.1.2.
Liberallaşma
7.1.2.1.
Telekommunikasiya sahəsinə dair siyasət planının
işlənib hazırlanması
Siyasətin müəyyənləşməsi
2005
RİTN aidiyyəti qurumlar ilə birlikdə
RİTN-in mərkəzləşdiril-miş fondu
İnkişafın əsas istiqamətlərinin təyini
7.1.2.2.
Rabitə və informasiya texnologiyaları sahəsinin
normativ hüquqi bazasının təkmilləşdirilməsi
Sahənin hüquqi bazasının formalaşdırılması
2005-2007
NK aidiyyəti qurumlarla birlikdə
-
Sahədə işgüzar mühitin yaranması
7.1.2.3.
İnformasiya təhlükəsizliyi sahəsində milli
standartların hazırlanması, o cümlədən beynəlxalq standartların (İSO
15408, İSO 17799 və s.) tətbiqi
Sahədə beynəlxalq standartların tətbiqi
2005-2008
NK aidiyyəti qurumlarla birlikdə
Qanunvericiliklə müəyyən olunan mənbələr
7.1.2.4.
Sahə üzrə istehlakçıların hüquqlarının qorunması üçün
qanunvericiliyin təkmilləşdirilməsi
Sahədə ədalətli istehsalın təşkili
2005-2006
NK aidiyyəti qurumlarla birlikdə
Qanunvericilikdə dəyişikliklər
7.1.2.5.
Milli innovasiya siyasətində İKT sahəsi üzrə
prioritetlərin müəyyənləşdirilməsi
Sahənin elmi əsaslarla inkişafı və istehsal
potensialının gücləndirilməsi
2005-2006
NK, AMEA
Qanunvericiliklə müəyyən olunan mənbələr
Mərkəzin iş planı və vəzifələrinin müəyyən
olunması
7.1.2.6.
Sahə üzrə beynəlxalq standartların tətbiqinin
genişləndirilməsi
Sahə üzrə xidmətlərin beynəlxalq səviyyəyə
uyğunlaşdırılması
2005-2006
NK aidiyyəti qurumlarla birlikdə
-
-
7.1.2.7.
Transmissiya şəbəkəsinin operatorlardan
ayrılması
Transmissiya şəbəkəsinin bütün operatorlar üçün eyni
dərəcədə istifadəsinin və şəbəkənin inkişafının təşkili
2005-2006
RİTN
RİTN-in
mərkəzləşdiril-miş fondu
Strateji cəhətdən mühüm olan milli şəbəkənin inkişafı,
operatorlar üçün ədalətli rəqabətin təşkili
7.1.2.8.
Rabitə və İT sahəsinə özəl investorların cəlb
olunmasına, yerli istehsal və xidmətlərin inkişafına, onların xüsusən
regionlarda təşkilinə, həmçinin ixracat potensialının gücləndirilməsinə
dair stimullaşdırıcı tədbirlərin müəyyənləşdirilməsi
Sahəyə qoyulan investisiyalarda özəl sektorun xüsusi
çəkisinin artımı, regionların inkişafı
2005-2006
NK aidiyyəti qurumlarla birlikdə
Qanunvericiliklə müəyyən olunan mənbələr
Qanunvericilikdə dəyişikliklər
7.1.3.
Tənzimləmə
7.1.3.1.
Operatorlar arasında qarşılıqlı əlaqələrin standart
prosedurlarının, müqavilə formalarının işlənib hazırlanması və universal
rabitə xidmətinin təmin edilməsi
Operatorlar üçün bərabər hüquqlu xidmət mühitinin
yaradılması
2005-2006
RİTN, İİN
RİTN-in və operatorların vəsaitləri
Normativ hüquqi
sənədlər
7.1.3.2.
Lisenziyalaşdırmanın təkmilləşdirilməsi
Sahədə səmərəli fəaliyyətin təmin edilməsi
2005-2006
RİTN, İİN
RİTN-in daxili resursları
Müasir lisenziya sistemi yaradılması, kiçik və orta
biznesin inkişafı
7.1.3.3.
Radiotezliklərin verilməsi qaydalarının
təkmilləşdirilməsi
Tezlik resurslarından səmərəli istifadə
2005-2006
NK aidiyyəti qurumlarla birlikdə
RİTN-in daxili resursları
Radiorabitə vasitələrindən geniş istifadə
edilməsi
7.1.3.4.
Sahə üzrə müstəqil tənzimləyici qurumun mərhələlər
üzrə yaradılması
Ədalətli rəqabətin təşkili
2005-2008
NK aidiyyəti qurumlarla birlikdə
RİTN-in mərkəzləşdiril-miş fondu, operatorların
vəsaitləri
Ədalətli tənzimləmənin yaradılması, aktivliyin
artması, istifadəçilərin tələbatının təmin edilməsi
7.1.3.5.
«Son mil problemi»nin həllinin tənzimlənməsi
Xidmət səviyyəsinin yüksəldilməsi
2005-2008
RİTN
Kredit vəsaitləri
İstifadəçilərin tələbatının təmin edilməsi
7.1.3.6.
Nömrə resurslarının və yüksək səviyyəli domen
adlarının tənzimlənməsi
Resurslardan səmərəli istifadə
2005
RİTN
RİTN-in daxili resursları
7.2.
Texniki modernləşmə
7.2.1.
Telefon şəbəkəsinin modernləşdirilməsi
7.2.1.1.
Transmissiya şəbəkəsinin tam
rəqəmləşdirilməsi
Xidmətlərin yaxşılaşdırılmasının texniki cəhətdən
təmin edilməsi
2005-2007
RİTN
RİTN-in müəssisələrinin vəsaitləri
Rəqəmli şəbəkənin yaranması
7.2.1.2.
Kommutasiya şəbəkəsinin tam
elektronlaşdırılması:
Xidmətlərin yaxşılaşdırılmasının texniki cəhətdən
təmin edilməsi
2005-2008
RİTN
RİTN-in mərkəzləşdiril-miş fondu, sərmayələr,
kreditlər
Tam rəqəmli kommutasiya şəbəkəsinin
yaradılması
- Bakı şəhərində
Xidmətlərin yaxşılaşdırılmasının texniki cəhətdən
təmin edilməsi
2005-2008
RİTN
RİTN-in mərkəzləşdiril-miş fondu, sərmayələr,
kreditlər
Tam rəqəmli kommutasiya şəbəkəsinin
yaradılması
- rayon mərkəzlərində
Xidmətlərin yaxşılaşdırılmasının texniki cəhətdən
təmin edilməsi
2005-2008
RİTN
RİTN-in mərkəzləşdiril-miş fondu, sərmayələr,
kreditlər
Tam rəqəmli kommutasiya şəbəkəsinin
yaradılması
- kənd yerlərində
Xidmətlərin yaxşılaşdırılmasının texniki cəhətdən
təmin edilməsi
2005-2008
RİTN
RİTN-in mərkəzləşdiril-miş fondu, sərmayələr,
kreditlər
Tam rəqəmli kommutasiya şəbəkəsinin
yaradılması
1.7.1.3.
Milli rabitə şəbəkəsinin idarəetmə sisteminin
təkmilləşdirilməsi
Ümumrabitə şəbəkəsindən səmərəli istifadə
2005-2007
NK aidiyyəti qurumlarla birlikdə
Qanunvericiliklə müəyyən olunan mənbələr
Şəbəkəyə nəzarət
1.7.1.4.
Bütün regionları əhatə edən «Azdatakom» şəbəkəsinin
yaradılması
Şəbəkənin inkişafı
2005-2006
RİTN
RİTN-in daxili resursları
Regionlarda müasir xidmətlərin tətbiq
edilməsi
1.7.1.5.
TAE-nin dənizaltı (Xəzər) hissəsinin tikintisinin başa
çatdırılması
Qlobal şəbəkəyə inteqrasiya, tranzitdən maksimum
istifadə
2005-2007
NK aidiyyəti qurumlarla birlikdə
RİTN-in müəssisələrinin vəsaitləri, kreditlər, özəl
sərmayələr
Azərbaycanın tranzit rabitə şəbəkəsinə
çevrilməsi
1.7.1.6.
Naxçıvan MR-in rabitəsinin TAE optik xətti vasitəsilə
təşkili
Ölkədaxili dayanıqlı rabitənin təşkili
2005
RİTN, Naxçıvan MR RİTN
RİTN və Naxçıvan MR RİTN-in vəsaitləri
Naxçıvan MR-də tələbata uyğun müasir xidmətlərin
təşkil edilməsi
1.7.1.7.
Naxçıvan MR-in şəhər və rayon mərkəzləri arasında
fiber-optik kabellə rabitənin təşkili
Dayanıqlı rabitənin təşkili
2005-2008
RİTN, Naxçıvan MR RİTN
RİTN və Naxçıvan MR RİTN-in vəsaitləri
Şəbəkənin genişlənməsi
1.7.1.8.
Naxçıvan MR-də rabitə şəbəkəsinin idarəetmə sisteminin
təşkili
İdarəetmənin təkmilləşdirilməsi
2005-2008
RİTN, Naxçıvan MR RİTN
RİTN və Naxçıvan MR RİTN-in vəsaitləri
Şəbəkənin idarə və nəzarət olunmasının
təkmilləşməsi
1.7.1.9.
Naxçıvan MR-də şəhərlərarası və beynəlxalq
danışıqların emalı üçün billinq sisteminin qurulması
Naxçıvan MR-də emalın təşkili
2005-2006
RİTN, Naxçıvan MR RİTN
RİTN və Naxçıvan MR RİTN-in vəsaitləri
Sistemin resurslarına tam nəzarət edilməsi
1.7.1.10.
TAE-nin və respublikada digər mövcud fiber-optik
şəbəkələrin (dəmir yolunun optik şəbəkəsi) qarşılıqlı əlaqəsinin
təşkili
Ümumrabitə şəbəkəsindən səmərəli istifadə
2005-2006
NK aidiyyəti qurumlarla birlikdə
RİTN və Nəqliyyat Nazirliyinin vəsaitləri
Regionlarda keyfiyyətli rabitənin
genişlənməsi
7.2.1.11.
Sahə üzrə fəaliyyət göstərən müəssisələrdə İSO-9001
standartlarının tətbiqinin təmin edilməsi
Müəssisələrdə maddi effektivliyin artması
2005-2008
Standartlaş-dırma, Metrologiya və Patent üzrə Dövlət
Agentliyi, RİTN
Özəl investisiyalar
İSO-9001 standartına uyğun iş proseslərinin tətbiq
edilməsi
7.2.1.12.
Azərbaycan Respublikasında beynəlxalq və
dövlətlərarası standartların işlənməsi və qəbulu üzrə prosedurların
elektron şəbəkəsi vasitəsilə müəyyən olunmuş formatda aparılmasının təşkil
edilməsi
Standartlaşma üzrə beynəlxalq və regional
təşkilatlarda üzvlükdən geniş istifadə edilməsi
2005-2008
Standartlaş-dırma, Metrologiya və Patent üzrə Dövlət
Agentliyi
Özəl investisiyalar
Standartlaşma üzrə beynəlxalq və regional
təşkilatların işçi orqanlarında fəaliyyət
7.2.1.13.
Respublika standartlar fondunun
sistemləşdirilməsinin,
standartlaşdırma, sertifikatlaşdırma və akkreditasiya
işləri üzrə texniki məlumat mübadiləsinin müasir texnologiyalar əsasında
qurulması
Sahə üzrə beynəlxalq sazişlərin yerinə yetirilməsi
effektivliyinin artırılması
2005-2008
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Agentliyi, RİTN
Özəl investisiyalar
Sahə üzrə normativ texniki təminatın
gücləndirilməsi
7.2.1.14.
Sahə üzrə avadanlıqların beynəlxalq standartlara uyğun
sertifikatlaşdırılması üçün elmi-texniki bazanın yaradılması
Sertifikatlaşmanın texniki bazasının
yaradılması
2005-2006
NK aidiyyəti qurumlarla birlikdə
RİTN-in mərkəzləşdiril-miş fondu
Texniki təhlükəsizliyin təmin edilməsi
7.2.1.15.
Milli Super Kompüter Mərkəzinin yaradılması
İKT-nin respublikada inkişafı, yüksək texnoloji
xidmətlərin təşkili
2005-2006
NK aidiyyəti qurumlarla birlikdə
Qanunvericiliklə müəyyən olunan mənbələr
İnformasiya və hesablama resurslarına olan tələbatın
ödənilməsi
7.2.1.16.
İnternetin geniş tətbiqi ilə əlaqədar görüləcək
işlər:
- respublikada İnternet magistral əlaqə şəbəkəsinin
(backbone) yaradılması
İnternetdən dayanıqlı istifadə
2005-2006
RİTN, AMEA
RİTN-in mərkəzləşdiril-miş fondu, özəl provayderlərin
vəsaitləri
Dayanıqlı internet şəbəkəsinin yaradılması
- genişzolaqlı İnternet istifadəsinin
təşkili
İnternetdən dayanıqlı istifadənin və tətbiq sahəsinin
genişləndirilməsi
2005-2008
RİTN bu sahədə fəaliyyət göstərən digər aidiyyəti
qurumlarla birlikdə
RİTN və özəl provayderlərin vəsaitləri
İstifadəçilər üçün çoxnövlü informasiya xidmətlərinin
(TV, DATA, səs və s.) təşkili
- Naxçıvan MR ərazisində sürətli İnternet kanalının
təşkili
.
İnternetdən dayanıqlı istifadə
2005-2006
RİTN, aidiyyəti qurumlar
İnternetdən istifadənin genişləndiril-məsi
7.2.1.17.
Dövlət idarəetmə orqanları arasında operativ rabitə
şəbəkəsinin inkişafı
Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin
artırılması
2005-2008
NK, RİTN, XDMX, MTN
Qanunvericiliklə müəyyən olunan mənbələr
Dövlət idarəçiliyinin səmərəliliyinin
artırılması
7.2.1.18.
Dövlət idarəetmə orqanlarının informasiya mübadiləsi
şəbəkəsinin yaradılması
Dövlət orqanları arasında elektron sənəd mübadiləsinin
təşkili
2005-2008
NK,RİTN, XDMX,MTN
Qanunvericiliklə müəyyən olunan mənbələr
Dövlət idarəçiliyinin səmərəliliyinin
artırılması
7.2.1.19.
Dövlət idarəetmə orqanlarının İnternet xidmətinin
təkmilləşdirilməsi
Dövlət idarəetmə orqanlarının internetdən geniş
istifadə etməsi
2005-2008
NK aidiyyəti qurumlarla birlikdə
Qanunvericiliklə müəyyən olunan mənbələr
Dövlət idarəçiliyinin səmərəliliyinin
artırılması
7.2.1.20.
Təcili qəza xidmətinin rabitə şəbəkəsinin yaradılması
(«112»xidməti)
Qəzalar zamanı təcili qəza xidmətlərinə
mərkəzləşdirilmiş müraciətin təmin edilməsi
2005-2007
RİTN, Fövqəladə hallar üzrə Dövlət Komissiyası, XDMX,
aidiyyəti qurumlar
RİTN-in və aidiyyəti qurumların vəsaitləri,
qanunvericiliklə müəyyən olunan mənbələr
Qəzaların aradan qaldırılmasında çevikliyin və
səmərəliliyin artırılması
7.2.1.21.
İşğaldan azad olunan regionlarda rabitə şəbəkəsinin
bərpası
İşğaldan azad olunan bölgələrdə rabitənin
bərpası
İşğaldan azad olunduqdan sonrakı 1 il
ərzində
NK aidiyyəti qurumlarla birlikdə
qanunvericiliklə müəyyən olunan mənbələr, özəl
sərmayələr, RİTN-in mərkəzləşdiril-miş fondu, qrantlar
Respublika ərazisində rabitənin tam təşkili
7.2.2.
Radio-TV yayımının təkmilləşdirilməsi
7.2.2.1.
Proqramların yayımının texniki cəhətdən
modernləşdirilməsi:
Xidmətin yaxşılaşdırılması və yayımın
genişləndirilməsi
2005-2008
RİTN aidiyyəti qurumları ilə birlikdə
RİTN və aidiyyəti qurumlarının vəsaitləri
Əhaliyə elektron KİV-in xidmətlərinin
genişləndiril-məsi
- rəqəmli yerüstü televiziya yayımının (DVB-T) sınaq
fazasına istifadəyə verilməsi (Bakı şəhəri)
Rəqəmli TV-nin təşkili
2005
RİTN aidiyyəti qurumları ilə birlikdə
RİTN və aidiyyəti qurumlarının vəsaitləri
Əhaliyə elektron KİV-in xidmətlərinin
genişləndiril-məsi
- ictimai televiziyanın peykdən yayımının təşkili və
yayım üçün texniki bazanın yaradılması
İctimai televiziyanın təşkili
2005-2006
RİTN, aidiyyəti qurumları ilə birlikdə
RİTN və aidiyyəti qurumlarının vəsaitləri
Əhaliyə elektron KİV-in xidmətlərinin
genişləndiril-məsi
- regionlarda rəqəmli televiziya yayımının
təşkili
Rəqəmli TV-nin təşkili
2005-2008
RİTN aidiyyəti qurumları ilə birlikdə
RİTN və aidiyyəti qurumlarının vəsaitləri
Əhaliyə elektron KİV-in xidmətlərinin
genişləndiril-məsi
- yeni kabel TV-nin inkişafı
Yeni xidmətlərin göstərilməsi
2005-2008
RİTN aidiyyəti qurumlarla birlikdə
RİTN və aidiyyəti qurumların vəsaitləri
Əhaliyə elektron KİV-in xidmətlərinin
genişləndirilməsi
- mövcud teleradio yayımının texniki cəhətdən
modernləşdirilməsi və genişləndirilməsi
Xidmətin yaxşılaşdırılması və yayımın
genişləndirilməsi
2005-2008
RİTN aidiyyəti qurumları ilə birlikdə
RİTN və aidiyyəti qurumlarının vəsaitləri
Əhaliyə elektron KİV-in xidmətlərinin
genişləndirilməsi
- proqramların yayımında peyklərdən səmərəli istifadə
edilməsi
Respublika proqramlarının ölkədə və xaricdə
yayımlanması
2005-2008
RİTN aidiyyəti qurumları ilə birlikdə
RİTN və aidiyyəti qurumlarının vəsaitləri
Əhaliyə elektron KİV-in xidmətlərinin
genişləndirilməsi
- Naxçıvan MR-in radio və TV proqramlarının peyk
vasitəsilə təşkili
Yayım keyfiyyətinin yaxşılaşdırılması
2005-2008
RİTN və Naxçıvan MR RİTN
Dostları ilə paylaş: |