Azərbaycan respulikasi



Yüklə 0,86 Mb.
səhifə12/30
tarix11.01.2022
ölçüsü0,86 Mb.
#110718
1   ...   8   9   10   11   12   13   14   15   ...   30
Bir neçə mələkmisal qız həm,

Bir səf qız oturdu, bir səf oğlan,

Cəm oldu behiştə hurüqılman” [29, c.2, s.49].

XIX əsrə qədər Azərbaycanda tədris müəssisələri əsasən iki hissəyə bölünürdü: 1) mollaxanalar; 2) mədrəsələr.

Məktəblərdə molladan başqa bir də onun köməkçisi vardı ki, ona xəlfə deyilirdi.

Məktəbə daxil olan 8-9 yaşlı uşağa “Quran”ın (kəlamullahın) müəyyən bir hissəsini təşkil edən “Çərəkə” üzrə ərəb əlifbası, onun ardınca “höccə” deyilən yolla “əbcəd” və ərəbcə kiçik mətnlər oxudulur və əzbərlədilirdi.

Azərbaycanda da Şərqdə olduğu kimi davam edərək gələn savad tədrisi “höccələmə” üsulu ilə olmuşdur.

Köhnə mollaxanalarda tətbiq olunan əlifba və savad təlimi üsulları tərkibi-üsuli-hərfiyyə və hecaiyyə adlanırdı. Həmin üsula höccələmə, yaxud hərf-heca üsulu də deyilirdi.

Sonralar Azərbaycanda rus-müsəlman və “edadiyyə məktəbləri” fəaliyyət göstərmişdir. Təhsil sisteminin inkişafı nəticəsində yeni məktəb formaları yaranmışdır. Odur ki, Azərbaycan pedaqoji terminlər arasında “realni məktəb” və “gimnaziya” terminləri də vardır.

XIX əsrdə Azərbaycanda təhsil sisteminin öyrənilməsi bir çox pedaqoji terminləri üzə çıxarmağa imkan verir. Bununla yanaşı, dövrün maarifçilərinin əsərlərində, onların məktəblər üçün yazdıqları kitab və vəsaitlərdə Azərbaycan pedaqoji terminologiyasının bir hissəsi yer almışdır. Doğrudur bu terminlərin az olmayan qismi arxaikləşmişdir. Lakin Azərbaycan pedaqogika terminologiyasının tədqiqi üçün həmin terminlərin də toplanıb izah və təhlil edilməsi vacibdir. Fikrimizcə, mollaxana, çərəkə, progimnaziya, realnı uçilişa, klass və s. bu qəbildən olan terminlərdir. Qeyd edilən terminlər pedaqogikanın inkişafının müəyyən dövründə yaranmış, onun müasir dövründə arxaikləşmişdir. Onların tədqiqi pedaqogika tarixi üçün əhəmiyyət daşıyır.

Pedaqogika digər sahələr kimi daim inkişafdadır, onun təşəkkülü, formalaşma və inkişafı sahə üzrə fikir və mülahizələrin, elmi müddəaların yaranması, eləcə də artması zəminində getmişdir. Pedaqogika ümumiyyətlə tədris , təlim və tərbiyə proseslərini özündə birləşdirdiyindən bu istiqamətlərin hər biri üzrə tövsiyə, fikir və metodlar pedaqoji fikirləri təşkil edir. Müxtəlif dövrlərdə yaşamış mütərəqqi şəxsiyyətlər, şair və yazıçılar, filosoflar tədris, təlim və tərbiyə haqqında fikirlər irəli sürmüşlər. Onların yazdıqları pedaqoji fikir tarixini əhatə edir. Pedaqoji fikirlər şifahi xalq ədəbiyyatında və mütəfəkkirlərin əsərlərində yer almışdır. Xaqani, Nizami, Füzuli, Nəimi, Nəsimi, Xətai və başqalarının yaradıcılığı əsasında Azərbaycan pedaqoji fikrinin inkişafını izləmək mümkündür. Eyni zamanda, müəyyən dövrdə maarifçiliyin ayrıca bir qol kimi ayrılması, maarifçilərin və pedaqoqların fəaliyyətə başlaması pedaqoji fikrin inkişafının xüsusi mərhələsini təşkil edir.

Azərbaycan maarifçilərinin əsərlərində pedaqoji terminologiyanın formalaşmasını müşahidə etmək mümkündür.

Azərbaycanda pedaqoji fikrin inkişafında “Əkinçi” qəzetinin də xüsusi rolu olmuşdur. Həmin qəzetdə verilmiş bəzi yazıları nəzərdən keçirməklə dövrün əsas pedaqoji terminləri, eləcə də ölkədə pedaqogikanın vəziyyəti haqqında məlumat almaq mümkündür. Belə mətnlərdən bəzilərindən nümunələri nəzərdən keçirək.

Əgərçi zikr olan fəsil ibtidayi-elm olmağına çətin görünəcək, amma onun belə görünməyinə səbəb odur ki, biz elmi-hikmətdən bixəbərik. Əlbəttə, ibtidai-elmdən danışan kitabı çox asanlıq ilə oxumaq olur. Bəs bizim dərdimiz ancaq ol kitablar vilayətimizdə olmadığıdır. Ona binaən İstanbulda sakin olan həmvətənlərimiz yaxşı elədilər ki, Məkkəyə gedənlərimizə ibtidayi-elm kitabların göstərəydilər və əgər hər məkkəyə gedən özü ilə bir neçə kitab gətirsə, bir neçə ilin müddətində məktəbxanalarımızın hamısında ol kitablar oxunur” [27, s.210]. Bu parçada qəzetdə Azərbaycanda tədrisin vəziyyətindən, onun çatışmazlıqlarından bəhs edilir. Tədrisi yaxşılaşdırmaq məqsədilə əsas dərs kitablarının ölkəyə gətirilməsinin vacibliyi əsaslandırılır. Verilmiş parçada “ibtidayi-elm”, “kitab”, “elmi-hikmət”, “məktəbxana pedaqoji terminləri işlədilmişdir. Həmin terminlərdən “kitab” istisna olmaqla qalanları arxaikləşmişdir. Lakin onların pedaqogikanın təkamülü nəticəsində dəyişərək başqa şəklə düşməsi aşkardır. Məsələn, ibtidaiyi-elm - ibtidai təhsil, məktəbxana - məktəb və s.

Bizim məktəbxanalarda heç bir qayda olmadığına onlar çox yaman gündədir və bunu səbəb uşaqlarımızı təlim edənlərdir ki, elmi-təlimdən əsla bixəbər olduğuna əvvəlinci gündən onların zəhləsini qaçırdıb, onların oxumaqdan, ona binaən bizim, yasin mollası çox və əsli molla az olmağına səbəb məhz yazıb oxumaq çətin olmağı deyil, onun bir qeyr ümdə səbəbi həm var. Adam yazıb oxumağı bir tək məktəbxanada öyrənməz. Məktəbxana işin ibtidası üçündür. Gərək məktəbxanadan çıxandan sonra həm oxumaq və bundan ötrü lazımdır ki, qəzetlər, jurnallar, kitablar olsun ki, onları oxumaq ilə elm və savad kəsb olunsun” [27, s.311]. Bu parçada dövrün Azərbaycan təhsil sisteminin başqa çatışmazlıqlarına diqqət cəlb edilir.

Ümumiyyətlə, “Əkinçi” qəzetinin müxtəlif nömrələrində dərc olunmuş və pedaqogikanın ayrı-ayrı məsələlərinə həsr edilmiş məqalələr az deyildir. Bu məqalələrə iki aspektdən yanaşmaq mümkündür. Birinci aspekt dövrün pedaqoji fikrinin inkişafıdır. Ikinci cəhət pedaqoji terminologiyadakı paralellik və terminoloji zənginləşmədir. Yuxarıdakı nümunədə pedaqoji fikir baxımından tədris və təlim qaydalarına münasibət ön plana çəkilmişdir. Təhsilin davamlı, dayanıqlı və effektivliyi üçün tədris qaydaları, müəllim, təhsil səviyyələrinin, eləcə də biliklərin mənimsənilməsinin əlavə vasitələrinin vacibliyi qeyd edilir. Terminoloji aspektdə yanaşdıqda bu parçada məktəbxana, məktəbxana qaydaları, elmi-təlim, təlim edən, oxumaq, yasin mollası, əsli molla, yazmaq, yazıb-oxumaq, ibtidai təhsil, qəzet, jurnal, kitab, elm, savad pedaqoji terminlərini ayırmaq olur. Təbii ki, qeyd edilənlərin hər birini ayrılıqda pedaqogika terminologiyasına daxil etmək olmaz. Məsələn, “parçada “yasin mollası” və “əsl molla” terminləri işlədilmişdir. Bu terminoloji birləşmələrin birinci komponentləri fərqlidir. Müəllif “yasin mollası” birləşməsini işlədərkən bu mollanın yalnız yasin oxumaq və ola bilsin ki, dini mərasimi yerinə yetirmək məqsədi ilə savadlandırılması, hazırlanmasını nəzərdə tutur. Qeyd etmək lazımdır ki, Azərbaycan mollaxanalarının bir qismi məhz bu məqsədə xidmət etmişdir. Bir çox hallarda yasin mollası ərəb əlifbasını belə öyrənmiş, yasini, bəzən də Quranı əzbər ifadəli oxumaq bacarığına yiyələnmiş, müəyyən hədisləri, dini rəvayətləri, dini şərhləri öyrənməklə kifayətlənmişdir. Tədris məqsədilə mollaxanada bu mollalar, şübhəsiz ki, öz bildiklərini öyrətməyə çalışacaqdılar. Əsl molla anlayışı isə geniş olub dövrü üçün “müəllim” anlayışına yaxınlaşır. Onlar əlifbanı həm oxumaq, həm də yazmaq səviyyəsində mənimsəyir, Nizami, Sədi Şirazi, Füzuli və başqalarının əsərləri ilə tanış olurdular. Əsl mollaların bir qismi ərəb əlifbası ilə Azərbaycan dilində yazıb-oxumağı da tədris etmişlər. Bir sıra mollaxanalarda Sədinin “Gülüstan” və “Bustan” əsərləri, “Qobusnamə”, “Kəlilə və Dimnə”, ayrı-ayrı nəsihətnamələr tədris ədəbiyyatına daxil edilmişdir. Məlumdur ki, bu əsərlər təlim-tərbiyə və tədris üçün xüsusi əhəmiyyət daşımışdır. Sədinin kitablarında rəvayətlər əsasında davranış, əxlaq qaydaları tədrisini tapır. Təsadüfi deyil ki, “Qabusnamə” əsərində ….. kimi bölmələr vardır.

Onu da qeyd etmək lazımdır ki, qəzet, jurnal, kitab ayrılıqda pedaqogika terminləri deyildir. Qəzet və jurnal mətbuat müasir dövrdə kütləvi informasiya vasitələri terminologiyasına daxil olur. “Kitab” da ümumi anlayışdır. Azərbaycan milli izahlı ensiklopedik pedaqoji lüğət”ə kitab termin kimi daxil edilmiş və aşağıdakı kimi təyin olunmuşdur: “Kitab (ər)- ... ” [12, s.134].

Maraqlıdır ki, Azərbaycanda nəşr olunmuş pedaqoji terminlər lüğətində də “kitab”, onun derivatları və bəzi birləşmələri termin kimi verilir. Məsələn, kitab, kitabça, kitab evi, məlumat kitabı, rəy kitabı, telefon kitabı, şikayət kitabı, vətəndaş vəziyyəti aktlarının qeydiyyat kitabı, kitab dili, kitab sərgisi, kitab üzərində iş, kitabxana, evə kitab verməyən (verən) kitabxana, kitabxanaya yazılmaq, kitabxanaçı, kitabiyyat [5, s.77-78]. Qeyd edilən vahidlərin əksəriyyəti pedaqogika terminləri deyildir. Fikrimizcə yalnız kitabxana, kitab üzərində iş pedaqogika termin kimi qəbul oluna bilər.

Pedaqogikada “dərslik”, “oxu kitabı” terminləri vardır. Dərslik sırf pedaqoji vasitədir. Əgər “kitab” cins səviyyəsində götürülürsə “dərslik” növ funksiyasını yerinə yetirir. “Dərslik- tədris proqramının bölmə və mövzularını aydın, dəqiq şərh edən, əyaniliklə müşayiət olunan, şagirdləri düşündürərək işlədən, onların inkişafına və tərbiyəsinə güclü təsir göstərən kitab” [12, s.80].

Azərbaycan dili pedaqogika terminologiyasının formalaşıb inkişaf etməsi, sistemdə terminlərin dəyişməsi dövrə aid pedaqoji ədəbiyyatlar, dərsliklər və pedaqoji fikir mənbələri üzrə öyrənilir. Pedaqoji terminlərin mənşəyi, onların dəyişməsini də “Əkinçi” qəzeti əsasında qismən izləmək mümkündür. Qəzet materialına müraciət edilməsinin əsas səbəbi həmin qəzetlərin müəyyən xronoloji ardıcıllıqla nəşr edilməsidir.

Qafqaz vilayətinin məktəbxanalarının hakimi cənab sərdar buyurmağına görə hökm edib ki, padşahlıq məktəbxanalarının (gimnaziya, progimnaziya, realnı uçilişa) priqotovitelni klaslarına girən kəslər gərək rus dilində yazıb oxumağı bilsin, yoxsa onları qəbul etmək olmaz və hökm olunub ki, ol məktəbxanalara girən kəslərin yaşı bu qərardan ziyadə olmasın: əvvəlinci klasa 12, ikinci klasa 13, üçüncü klasa 14, dördüncü klasa 15, beşinci klasa 16” [27, s.343].

Bu nümunədə məktəbxana, məktəbxana hakimi, padşahlıq məktəbxanaları, gimnaziya, progimnaziya, realni uçilişa, klas, podqotovitelnı klas, əvvəlinci klas, ikinci klas, üçüncü klas, dördüncü klas, beşinci klas terminləri işlədilmişdir. Həmin terminlərin təhlili maraq doğurur.

Məktəbxana. Termin ərəb ھکﮅﺐ “məktəb” və fars …. “xanə” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Məktəb müasir pedaqoji termin kimi, təlim-tərbiyə işinin həyata keçirildiyi tədris müəssisəsidir. Azərbaycan pedaqoji terminologiyasında “məktəb” mənasında “mollaxana” ərəb “molla” və fars - xana sözlərinin birləşməsindən yaranmış mürəkkəb sözdür. “Xana” Azərbaycan dilində “ev”, “otaq”, “yer” mənalarında işlənmiş bir sıra mürəkkəb sözlərin düzəldilməsində istifadə edilmişdir. Dilimizdə “məktəbdar” (ərəb məktəb+fars dar) “məktəb müəllimi” və “məktəb sahibi” mənalarında pedaqoji termin funksiyasını yerinə yetirmişdir. “Mollaxana” “ibtidai dini məktəb” və “molla məktəbi” mənalarına malikdir. Ibtidai dini məktəblərin əsas funksiyası “yasin molla”ları, molla məktəblərinin funksiyası isə əsl mollaların hazırlanması olmuşdur. Ikinci, yəni “molla məktəbi” bir qədər geniş profillidir. Yəni burada dini təhsil nisbətən dərin şəkildə tədris edilmişdir.

“Məktəbxana hakimi” məktəbə rəhbərlik və ya nəzarət edən (sərdar) olmuşdur. Padşahlıq məktəbxanaları dövlət nəzarətində olan məktəbləri bildirir.

Gimnaziya, progimnaziya, realnı uçilişa, klass arxaik pedaqogika terminlərini də oxşar qaydada təhlil etmək olar. Bu terminlərdən “gimnaziya” vaxtilə arxaikləşsə də, hazırda yenidən pedaqoji termin kimi istifadə edilir.

“Əkinçi” qəzetinin Azərbaycan maarif sahəsindəki rolu və Həsən bəy Zərdabinin bu sahədəki fəaliyyəti dövrün ziyalılarının diqqətini cəlb etmişdir. M.Hadinin şeirindən olan bu parça həmin fikirləri təsdiq edir:

Tut Həsənbəy bizə təlim eləyir dərsi-zəlal,


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin