Azərbaycan respulikasi


Kalka üsulu ilə yaranan pedaqogika terminləri



Yüklə 0,86 Mb.
səhifə20/30
tarix11.01.2022
ölçüsü0,86 Mb.
#110718
1   ...   16   17   18   19   20   21   22   23   ...   30
2.5. Kalka üsulu ilə yaranan pedaqogika terminləri
Pedaqogika terminlərin yaranmasında kalka üslundan geniş şəkildə istifadə olunur. “Kalka” poliqrafiya, rəsmxət və başqa sahələrdə istifadə olunan materialı bildirir. Bu, kağıza oxşar şəffaf materialdır. Kalkanı hər hansı bir rəsmin, yazının, şəklin və s üzərinə qoyulduqda həmin təsvir aydın görünür. Təsviri eynilə ilə kalka üzərinə köçürmək olur və bu təsvir orijinalın surəti olur. Həmin surətə orijinalın kalkası adı verilmişdir. Orijinalın surətini kalkaya çıxarmaq fəaliyyəti kalka etmək, proses isə kalkaetmə adlandırılmışdır. Kalkaetmə və kalka terminologiyada istifadə olunan anlayışların adlarıdır və terminologiyanın özünə aid sahə terminləridir. Əgər kalka çertyoc, yazı və s. üzünü, surətini bildirirsə və surət orijinalın tam oxşarı olursa, terminlərin kalka edilməsi bir qədər fərqli səciyyə daşıyır. Terminologiyada kalkaetmə struktur formanı və mənanı saxlamağı nəzərdə tutur. Lakin məna və strukturu saxlamaq üçün istifadə olunan dil materialı dəyişir. Başqa sözlə desək, bir dildən digərinə kalka prosesində terminin mənbə dildəki quruluş və məna özəlliklərini eyni ilə saxlamaqla onun obyekt dilin sözləri ilə əvəz edilməsi hadisəsi baş verir. Ilk dəfə kalka terminini Ş.Balli istifadə etmişdir. Onun fikrinə görə, söz və ifadənin obyekt dildəki nümunə əsasında başqa dilə hərfi tərcüməsi kalkadır [86, s.69]. Terminoloji ədəbiyyatda kalka, kalkaetmə, kalka və alınma termin kimi məsələlər təhlil və tədqiq edilmişdir [133, s.214; 125, s.10 və s.]. Kalka ilə bağlı ayrı-ayrı tədqiqatçıların fikirləri, mülahizələri barədə xülasə və şərhlər bir sıra elmi araşdırmalarda verilmişdir [69, s.166-179; -Quliyeva X. 2007].

Kalka ilə bağlı fikirləri ümumiləşdirərək S. Sadıqova belə bir qənaətə gəlir ki, “kalkalar başqa bir dilə məxsus sözlərin, yaxud söz birləşmələrinin tərkib hissələrini ana dilinin müvafiq sözləri və söz birləşmələri ilə dəqiq tərcümə etmək üçün həmin sözlərin modeli üzrə qurulmuş sözlər, yaxud ifadələrdir. … Kalka üsulunu nə sözalma, nə də əsl mənada tərcümə hesab etmək olmaz. Kalka üsulu ilə yaranan terminləri alınma terminlərlə birləşdirən ümumi cəhət yalnız kalkaların “surəti çıxarılan” modellərinin onlardan kənarda, yəni başqa dildə olmasıdır” [69, s.168-169].

Sahə terminologiyalarının hər birisinin zənginləşməsində kalkaların rolu mühümdür. Xüsusilə, beynəlxalq təhsil sistemi ilə bağlı inkişaf edən pedaqogika və onun terminologiyası da istisna təşkil etmir. Pedaqogikanın bir çox terminləri rus dilindən Azərbaycan dilinə kalka olunmuşdur. Bu da ondan irəli gəlir ki, sovet dövründə Azərbaycanda formalaşıb inkişaf edən pedaqogika rus dilində yazılmış pedaqogika bazasında qurulurdu. Aydındır ki, bir çox pedaqoji terminlər dilin özündə yaradılmış və ya dilin özünün ümumişlək leksik qatından götürülüb işlədilmişdir. Şübhəsiz ki, məktəb, müəllim, tədris, tərbiyə, təlim, təhsil və s. terminlərin rus dilindən müvafiq qarşılıqlardan tərcümə olunaraq yaradılmasını iddia etmək olmaz. Daha çox sahənin nəzəri məsələləri ilə bağlı terminlərin kalka olunması daha geniş yayılmışdır. Məsələn, individualizaüiə obrazovanie termini pedaqogikanın nəzəri məsələləri arasında yer alan anlayışı bildirir. Anlayışın adı Azərbaycan dilində “təhsilin fərdiləşdirilməsi” termini ilə verilir. Təhsilin fərdiləşdirilməsi prinsipi dərs prosesində iştirak edən şagird və tələbələrə fərdi qaydada yanaşmanı nəzərdə tutur. Hər bir şagirdin fərdi fiziki, psixoloji və dərketmə xüsusiyyətləri vardır. Şagirdlər bilikləri mənimsəmə səviyyəsinə görə də bir-birindən fərqlənirlər. Bəzi şagirdlər bu və ya digər proqram materialını yaxşı mənimsəyir, başqaları isə bunu yaxşı qavramırlar. Müəllim hər iki qrupdan olan şagirdlərə fərdi yanaşmalıdır. Birinci qrupda alınmış biliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi əsas götürülürsə, ikinci qrup üçün materialın yenidən başa salınması diqqət mərkəzinə çəkilir. Nəzəri anlayışın izahından da görünür ki, bu anlayışı ifadə edən termin düzgün seçilmişdir. Həm rus dilində olan, həm də Azərbaycan dilinə kalka edilən termində “təhsil” baza termini “fərdiləşdirmə” ilə birləşmədə iştirak edərək yeni termin yaratmışdır. Rus dilində həmin dilə aid vasitələr, Azərbaycan dilində isə Azərbaycan dilinə aid vasitələr istifadə olunmuşdur.

Kalkaların növlərə bölgüsü haqqında müxtəlif nöqteyi-nəzərlər vardır. Məsələn, M.Qasımov kalkaların üç əsas növünü ayırmışdır: “1) leksik kalkalar; 2)sintaktik kalkalar; 3) frazeoloji kalkalar”. [44, 135].

N.Xudiyev kalkaları növlərə ayırarkən məna prinsipini əsas götürür. Onun fikrinə görə, kalkaların iki qrupu vardır: “1) normativ məna əsasında əmələ gələnlər; 2) məcazi məna əsasında əmələ gələnlər” [31, s.].

Kalka yolu ilə yaranan terminlər quruluşuna görə də müxtəlifdir. Kalkalar ya bir sözdən, iki sözdən və çoxkomponentli terminoloji birləşmələrdən olur. Sadə kalkalar, əsasən, morfoloji kalkalardır. Morfoloji kalkalarda ekvivalent morfemlərə ayırma, hər morfemi qarşılığı ilə əvəz etdikdən sonra onları yenidən birləşdirmə yolu ilə aparılır. Morfoloji kalkalarda affiksal morfem tərcümə edilir. Leksik morfem də bu halda ya tərcümə olunur, ya da alınma leksik vahid (termin) saxlanılır. Pedaqoji terminologiyada bu iki yolun hər biri ilə kalkadan istifadə olunur.

1. Leksik və affiksal morfemin tərcümə olunması ilə kalka: biliksevərlik, bələdçi, tələbyönümlülük, şagirdyönümlülük, şəxsiyyətyönümlülük, nəticə-yönümlülük, özünüqiymətləndirmə və s.

2. Affiksal morfemin tərcüməsi ilə kalka: aspirantlıq, assisentlik, diplomçu, direktorluq, interaktivlik və s.

Terminoloji sistemdə, eləcə də pedaqoji terminologiyada elə terminlər vardır ki, onlar dildə əvvəlcədən olmuşdur. Bu vahidlər dilin lüğət tərkibindəki sözün terminləşməsi prosesini keçirir. Bu cür terminlər başqa dillərdəki ekvivalent terminlə qarşılaşdırıldıqda bəzən tərcümə təsiri bağışlayır və nəticədə onları leksik kalkalarla qarşıdırmaq mümkündür. Məsələn, təhsil, təlim, dərs, dərslik, əlifba, müəllim, tərbiyəçi kimi terminlərin rus dilindən kalka edilməsi fikri doğru deyildir. Konkret bir nümunəni nəzərdən keçirək.

Bilik. Təbiət və cəmiyyət hadisələrindəki qanunauyğunluqların əks olunduğu və pedaqoji prosesdə mənimsənilməli olan faktlar, anlayışlar, qaydalar, teoremlər, qanunlar və s. məcmusudur” [12, s.].

Rus dilinin pedaqoji terminologiyasında bilik dərketmə prosesinin nəticəsi və mənimsənilmiş anlayış, prinsip, qanun obraz və hadisələrin, predmetlərin toplusu kimi izah edilmişdir [138].

Anlayışların izahındakı fərqli cəhətləri nəzərə almadan demək olar ki, hər iki dildə eyni anlayışı bildirən termin dilin özündə formalaşmış pedaqoji termindir. Termin başqa dildən kalka olunmamışdır və onu leksik kalka adlandırmaq olmaz. Eyni fikirləri dilin ümumişlək leksik qatına aid olan və terminləşmə prosesi keçmiş başqa sözlər barədə də söyləmək olar. Belə terminlər hər hansı bir dildən kalkalar sayılmır.

Kalka daha çox iki və çoxkomponentli terminoloji birləşmələr əsasında aparılır. Kalka­etmə prosesində müxtəlif linqvistik hadisələr baş verir. Bu linqvistik hadisələr modelin saxlanması üzrə terminin obyekt dilin vasitələri ilə formalaşdırılmasından irəli gəlir. Qeyd edək ki, kalkaetmədə mənbə dildəki sözlər obyekt dildə olan sözlər və ya terminlərlə əvəz olunur. Lakin bu o demək deyil ki, kalka nəticəsində alınan terminlər həmişə mənşəcə dilin öz sözlərindən təşkil olunur. Dilin ümumişlək leksik qatında yer almış alınmalar da kalka prosesində istifadə olunur. Bunun nəticəsidir ki, Azərbaycan dilinə pedaqoji terminlərin rus dilindən kalka edilməsi nəticəsində bir sıra ərəb-fars mənşəli terminlər alınır. Iki və daha çox komponenti olan terminlərin kalkası zamanı komponentlərin mənşəcə müxtəlifliyi üzrə formalaşan terminlər yaranır. Ilk növbədə, ikikomponentli terminləri tərəflərin mənşəcə növlərinə görə əsas üç qrupa ayırmaq olar: 1)tərəflərin hər ikisi Azərbaycan mənşəli söz olan pedaqoji terminlər; 2) tərəflərdən biri Azərbaycan mənşəli söz olan pedaqoji terminlər; 3) hər iki tərəfi alınma mənşəli söz olan pedaqoji terminlər.

Hər üç qrupu ayrı-ayrılıqda nəzərdən keçirək.

1. Tərəflərin hər ikisi Azərbaycan mənşəli söz olan pedaqoji terminlər: uşaq bağçası, yoxlama iş, ev tapşırığı, düzgün yazı və s.

2. Tərəflərdən biri Azərbaycan mənşəli söz olan pedaqoji terminlər: bilik ehtiyatı, ev tapşırığı, bacarıq səviyyəsi, oxu kitabı, ifadəli oxu, imla yazı, ifadəli yazı, bacarıqlı şagird, iş forması, iş üsulu, yönəldici sual və s.

3. Hər iki tərəfi alınma söz olan kalkalar: məlumat mübadiləsi, motivasiya sualı, təlimin məqsədi, təlimi planlaşdırmaq və s.

Şübhəsiz ki, kalkaların komponentlərinin mənşəyinə görə alt qruplara da bölmək olar. Bu zaman birinci tərəfi Azərbaycan mənşəli söz, ikinci tərəfi ərəb mənşəli söz. birinci tərəfi ərəb, ikinci tərəfi Azərbaycan mənşəli, birinci tərəfi Azərbaycan, ikinci tərəfi Avropa dillərindən olan söz, birinci tərəfi Avropa mənşəli, ikinci tərəfi Azərbaycan mənşəli söz, hər iki tərəfi Avropa mənşəli söz, bir tərəfi Avropa digər tərəfi ərəb-fars mənşəli söz və s. şəklində qruplaşdırmalar da aparmaq mümkündür.

Pedaqoji terminlərin təhlili prosesində aydın olur ki, ikikomponentli terminoloji birləşmənin hər iki tərəfinin ərəb mənşəli sözlər olması hallar çoxdur. Buna aid bəzi nümunələri nəzərdən keçirək.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin