Azərbaycan şifahi xalq ədəbiyyatına


Yerdə (ortada) oynanan oyunlar



Yüklə 1,03 Mb.
səhifə10/92
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#104117
1   ...   6   7   8   9   10   11   12   13   ...   92
2. Yerdə (ortada) oynanan oyunlar. Məsələn, Gizlənpaç oyunu. Bu oyun qrup şəklində bir nəfərin göz yumaraq digərlərinin gizlənməsi və onların tapılması ilə oynanılır.

3. Aşağıda (məsələn, suda) oynanan oyunlar. Suda oynanan oyunlardan biri “Telbə-telbə” oyunudur. 3-4 nəfərlik qrup şəklində oynanılır. Bu oyun “Ciz­lənpaç” oyunun su variantına bənzərlik təşkil etməkdədir. Burada su üzə­rində bir nəfər qalır, digərləri isə suyun altına batırlar. Qovan rolunda olan bir nəfər qa­çanlardan birinə əli ilə toxunmalıdır. Bu halda toxunulan oyunçu qovan mövqeyinə keçir.

Gözbağlıca oyunları müxtəlif və rəngarəngdir. Buraya “Xan-vəzir”, “Əl üs­tə kimin əli” və başqa bu kimi onlarla oyun daxildir. Gözbağlıca oyunları ko­ru imitasiya edir, qaranlıq dünyaya keçir, işıq-qaranlıq binar oppozisiyasını ge­çək­ləşdirir; qaranlığa girib qaranlıq dünyanın sakininə çevrilmək və oradan işıq­lı dün­yaya çıxmaq. Gözbağlıca oyunları inisasiya prosesinin xüsusi bir formasını özündə ehtiva edir, burada gözünü bağlayan oyunçu təkcə özü simvolik olaraq ölmür, həm də simvolik ölünü dirildir. Gözünü bağlamaqla özünü kor yerinə qo­yan oyunçu xaosu təmsil edir və ölülər dünyasının sakininə çevrilir. Ölümün sim­volik təmsilçisi kimi gözübağlı oyunçu (simvolik kor) həyat bəxş edir. Bu­rada “ölüm-həyat” oppozisiyası gerçəkləşir.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin