Azərbaycan şifahi xalq ədəbiyyatına


Oyunun və eposun strukturu



Yüklə 1,03 Mb.
səhifə12/92
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#104117
1   ...   8   9   10   11   12   13   14   15   ...   92
Oyunun və eposun strukturu. Gözbağlıca oyunları ilə eposun struk­turundakı bənzərliyi belə xarakterizə etmək olar: Birincisi, həm oyun, həm də epik strukturu təşkil edən mətn arxaik ritualdan (magik funksiyalı) qaynaqlanır. Xüsusilə, gözbağlıca tipli oyunlar özündə inisiasiya funksiyası ifadə etdiyinə görə ritual mənşəli sayılmalıdır. Ritualdan kənarda xalis oyun (əyləncə funk­siyalı) nümunələrinin də mövcudluğu inkar olunmur. İkincisi, oyunun strukturu ilə eposun strukturunda bənzərlik müşahidə olunur. Burada da bir-biri ilə mü­barizə aparan tərəflər var. Mifin xaos-kosmos modeli hər ikisində ortaq struktur sxemi təşkil edir. Gözübağlılar xaosda, gözüaçıqlar kosmosda yerləşir. Bunların arasında mövqe mübarizəsi gedir, qaranlıqdakı işığa can atır, işıqdakı qaranlığa yollanır. Üçüncüsü, gözübağlı personaj özündə keçidi təcəssüm etdirir. Oğuz eposunun strukturunda da keçidlər qaranlıqdan və ya onu simvolizə edən digər xaos məkanlarından (sudan, çaydan, dərədən, yarğandan, meşədən və s. keçir. Qazanın, Koroğlunun quyuya salınması, Beyrəyin, Koroğlu dəlilərinin və atının əsirlikdə olması özündə xaosu təcəssüm etdirir. Qəhrəmanın quyudan, atın töv­lədən çıxarılmasında da gizlinlik pərdəsini qaranlıq təmin edir. Koroğlu xaosu simvolizə edən qaranlıqdan-gordan doğulur. Çənlibelə yad adamlar daxil olar­kən gözləri bağlanılır. Koroğlu dəliləri ilə ayrı yollarla Çənlibelə gəlirlər, tez gə­lən mükafat alır. Bu da oyunda oyunçunun gizlənməsi sxeminə bənzərdir. Mə­lik­məmməd qaranlıq dünyadan quşun qanadında gözünü yumaraq çıxır.

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin