Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,03 Mb.
səhifə11/92
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#104117
1   ...   7   8   9   10   11   12   13   14   ...   92
Oyunun strukturu. Xalq oyunları içərisində “gözbağlıca oyunları” qru­puna daxil olan oyunların əsas strukturunun xaosa keçidi ifadə etməsi baxı­mın­dan eposun strukturu ilə tipoloji bənzərlik təşkil etməkdədir. Burada ritual keçidi “oyunda icra edilmiş mənanın funksiyasıdır”. Bu baxımdan “hər bir oyunun mənası var”. Oyun öz başlanğıcı etibarilə təbii ritmik bir fenomendir. “Əgər oyun ruhla əlaqələndirsək bu artıq olacaq, ona instinkt desək bu boş səs olacaq. Biz ona necə baxırıqsa baxaq, o bütün hallarda məqsədyönlüdür və öz mahiy­yətində hansısa qeyri-maddi stixiyanı əks etdirir” ( 2).

“Bu oyunların çoxu əski ritual qalıntılarıdır. Bunların dramatik səciyyəsi ən azından oyunçunun özündən başqa bir adamı canlandırmasında görünür” (1,33).

Arap oyunu ərəblər və türklər olaraq iki qrupa ayrılmış oyunçular arasında oynanaır. Savaş xarakterli bu oyunda türklər qələbə çalırlar. Ərəb oyunu tipli nümunələrdə gözbağlıca elementini adamın üzünün qaraldılaraq tanınmaz hala gətirilməsi təmin edir. Oyunçunun üzünün qara rənglə rənglənməsi onu tanın­maz edir. Eyni zamanda onu bu rəng vasitəsilə xaosa aparmış olur. Demək ki, xaos təkcə qaranlıq, qapalılıq vasitəsilə deyil, eyni zamanda rəng vasitəsilə də təq­dim oluna bilir.

Tuluk oyununda iki qrup olur: 1) tulukçular; 2) keçilər. İki qrup əllərində tuluplar döyüşür, tulupları bir-birinə vurur, yerə yıxılan oyundan çıxır (1,33).

Keçilər oyunun ətrafını kəsər, tamaşaçılarla oyunçular arasında çəpər ya­radırlar. Tamaşaçıların oyun meydanına girməsinə mane olurlar. Özləri də keçi formasında maskalanmış olurlar.
Ölüb dirilmə. İki adam arasında savaş və bunlardan birinin ölməsi və sonradan dirilməsi şəklində görünür. Arap oyununda bu ölüb dirilmə hadsisəi oynanaılır. Ölüb-dirilmədə xaosdan keçmə arxaik ritualı özünü göstərir. Burada ölüm qaranlığı, xaosu və korluğu təcəssüm etdirir. Kor isə görməyən və ya gözü bağlı olan oyunçudur. Bu baxımdan ənənəvi oyunların bir çoxunda gözübağlı, kor və ya ölüm xaosu oynanılmaqdadır.
Qız qaçırma. Oyunlarda bu məhsuldarlıqla bağlıdır. Bu hadisənin ritual əsası olduğu aydındır. Çünki ənənəvi mədəniyyətdə qız qaçırma hadisəsi möv­cud olub. Qızın qaçırılması hadisəsinin strukturu gözübağlıca oyunları ilə bən­zərlik təşkil etməkdədir. Burada da gizlinlik, xəlvətlik, görünməmək, qaçmaq və gedib mənzilə çatmaq kimi ortaq elementlər mövcuddur. Həm qız qaçırma ri­tualı, həm qız qaçırma oyunu eposda xaosdan çıxarma motivində öz əksini tapır.

Anadoluda rast gəlinən Kalayçı oyununda kalayçıya atasının ölüm xəbəri gəlir, əhəmiyyət vermir, anasının ölüm xəbəri gəlir, işinə davam edir, arvadının ölüm xəbəri gələn kimi dərhal iş yerini bağlayıb gedir. Bu hadisə Dədə Qorquddakı Dəli Domrul əhvalatının tərsini göstərməkdədir (1,13). Dəli Domrul atasından, anasından can istəyir, lakin ala bilmir. Ona öz həyat yoldaşı canını verməyə razı olur. Burada gözbağlıca oyunu ilə ortaq olan element “can əldə etmək”dır. Domrulun can əldə etməsilə gözübağlı oyunçunun görünmədən mətəyə toxunması ilə “dirilməsi” struktur baxımdan bənzərdir. Hər ikisi həyat axtarır, hər ikisi axtardığına nail olur.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin