Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə120/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   116   117   118   119   120   121   122   123   ...   128
III mətn

Bizim kətdə ziyarat Məmmədalı bəy varıdı. Onu elə bilirdilər ki, imam­dı. Onun əsil kökü Yekəallardanıdı – Ağdam kəndinnən. Buranın Ağdam kən­dindəkilər Ağdam irayonunun Seyitdər kəndinnən gəliflər bura. Burda nə Ağ­dam varıdı, nə də seyit. Bütün Xatınnı camaatı ona hörmətnən yanaşerdı. Sora Meyti ağa varıydı. Sora Cahan xanım varıydı – Məmmədalı bəyin yoldaşıydı. Camahatımız ona hörmətnən yanaşırdı. Olların bir axundu varıydı.


IV mətn

Ora elə bir yerdi, qar bərk olanda qoyun ot tapbağa yer yoxdu. Orda həm qoyun çox oluf, həm də adam öldürüflər. Ona görə ora Qannı Qovu deellər.



Boşanax deerih, Ceyran çölünnən bəri, Kürün uxarsına qalxanda – boş torpaxdı, əyağı düzdü, geder düz Ağ yala çıxer.

Çovan dağı var.

Gödəh qaş var. Gəler, qaş gödəhdi, kəsiler.

Gürcüsdannan bizim aramızda Qanqrı deyilən yer var. Öz-özünə arxası üsdündə qalxıf. Dalı çaydı. Qavağı elədi ki, orya heç çıxılası döy. Qanrılma sö­zünnəndi.



Ayrım – keşmişdə dağ-aran əlaqəsi yoxuydu, maşın yoxuydu. Uzun müd­dət əlaqəsi olmordu. Olların biznən əlaqəsi olmadığına görə olara ayrım deer­di­lər. Bəzən də olara ay urum deerdilər. Güya Urumnan gəliflər. Ayrım ona körə deerdilər ki, dağ yerində yaşıyan adam çox kobud olordu.

Azaflı – Əzaflı sözünnəndi – kəndin adı. O vaxdı millət azıydı, ağrın alem, elə əzafnan, zulumnan yaşıyerdı. Azaflıdakılar gəlmədi. Elə bu kətdərin hamısında bir tirə gəlif yaşıyıf, artıf. O vaxdı Kürün qıraanda çox yaşıyerdılar.

Aşağı Ayıflı kəndi deerih, Eyyufludu.

Bozalqanlı al qırmızı deməhdi. Boz türkün bozlar tayfasınnandı, yəni bozlar qırmızı qannıdılar.

Soora Qırıxlı kəndi var. Kürün qıraanda yaşıyıllar. Qırıxlı dööl, Qıraxlıdı – Kürün qırağında yaşamağa örə deeflər.



Qovlyar – Bakıda Qobusdan varmı? O hardan meydana gəlif? Bax bu Qovlyarın üç yanında dərə var. Dərənin əyağı gəler düzə çıxer. Dərənin əyağı düzə çıxanda ona qovu deellər. Bizdə var: Gen Qovu, Torpax Qala deellər, orda Sümühlü Qovu, Qasım Qovusu. Quşcunun o tayında var: Quru Qovu. İndi qo­vu­lular oluf Qovlyar.

Xatınlı kəndi – O camahat davakür, xatalı oluflar. Savet dööründə qo­yuflar Xatınnı.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin