Murğuzda var, Azərbaycan ojağı. Mənim atam Murğuz ojağına yeddi qurvan aparıf. İkisini özümün böyüh qardaşım olanda aparıf, yəni niyət eliyif aparıf. Mən gözümnən gördüyüm möcüzəni danışım. Mən ona kimi Murğuzu da görməmişdim. Getdih Başkəndin əyağına – Murğuzun ətəyinə. Başkətdən çıxannan sora bizim binələr Murğuzun ətəyində dayanerdı o vaxt. Murğuzun o üzü də Çənbərəkdi dana. Çənbərəkdən keşdih. Murğuzun ətəyində Xatınnı binələrinə iras gəldih. Xatınnı binələrinnən qağam at götüdü. Beş-altı at yühləndi. Erkəh də tüşdü bu atın dalına. Gethaget, bir günün günortasınatan, gün əyilənətən yol getdih – dağın başına. Bax, bir belə daşdı, daşın üzünnən elə bil yağ damer. Onun ətəyi bulaxdı. Bulağın dörd tərəfi daş olmuş qoyun-quzudu. Keçi də daşdı, it də daşdı, çovanın köynəyi orda daşdı, çomağı burda daşdı. Kişinin özü də daşdı. Mən qağama sual verdim, ağsakqallara – binədən qoşulannara ki, bu nə möcüzədi. Deer ki, bu gördüyün çovanın sürüsü, həm özü burda susuzdan batermiş. Bu çovan qanına bələmmiş də köynəyi isdidən soyunuf. Hərrəner, fırraner, axdarer su yoxdu. Deer, fida olum səə, məəm özümün də, bu dilsiz-ağızsız heyvannarın da susunnan dili ağzında bater, yaner. Bax bu sürünün içinnən bir erkəh kəseyjəm. Möcüzəni gösdər, burdan bir bulax çıxsın. Ya Rəbbim, ya Allahım! Daşın divinnən – o ki çovanın daş olduğu yerdən, bax çovancığaz daşın üsdəjə çömbəlif oturuf, su da gejə-günüz pık-pık pıkqıldıyır orda. Su qaynıyır. İt də içer, qoyun-keçi də. Çovan da yuyunur, sağ olmasın çovanı. Oturor, başdıyer bu köynəyindəki pitdəri qırmağa. Hə, əvvəlcə deyer, bir ağ qoç, bir qara qoç burda qurvan kəsəjəm. Bu – tikə-tikə olmuş, bir ağ pit taper, bir qara pit. Köynəhdən çıxer, doludu. Çovan adam, dağın başında. Bulları öldürəndə deer, biri ağ qoçdu, biri qara qoç. Fida olum, Allah, saa! Sürü də daşdı, özü də daşdı, iti də. Bu, möcüzədi. Sürü də eləsi var, baş-başadı, eləsi var, ayrı-ayrıdı. Hamısı daşdı. Heç olmasa, beş yüz heyvan daş oluf. Biz heyvanı kəsənnən sora orya – həmin ojağa ermənilər gəldi. Ermənilər töyux-cücə, xoruz-beçə gətdi. Xoruzu kəsdilər. Mən dedim, bə bu nə olan şeydi? Bu, bizim ojaxdı. Dedilər, bu el ojağıdı. Fida olduğumun tərəfinnən suyu erməni də içer, müsəlman da. Ordan biz tüşdüh aşağı. İnan, Murğuz dağının düz başındadı ojax. Biz altıda – ala toranda yola çıxdıx. İkinin yarsında çatdıx ojağa. Aşağı Çənbərəyə tüşəndə, binədən aralı gördüh dolu yer-yurdu dağıdıf. Ağacı da aparıf, şiferi də qırıf, ama Murğuzun başına yağmamışdı. Möcüzəydi.