İşin elmi yeniliyi. Məqalədə ilk dəfə olaraq heyvanlar haqqında nağıllarda və təmsillərdə obrazların simvollaşması məsələsi sistemli olaraq öyrənilmiş, eləcə də alleqoriya və simvollaşmanın təmsillərdə və heyvanlar haqqında nağıllardakı rolu müxtəlif yönlərdən şərh edilmişdir.
İşin elmi nəticəsi.Və beləliklə, mifoloji hekayələrdə, heyvanlar haqqında nağıllarda simvollaşma və qismən də alleqoriya olsa da bu təmsillərdəki qədər açıq və aydın deyildir. Alleqoriya və simvol bir-birini tamamlayan iki poetik fiqur olmaqla təmsillərin ən əsas özəlliyi hesab edilir. Təmsillər heyvan miflərindən və heyvanlar haqqında nağıllardan yaransa da həm alleqoriya, həm də simvol nağılların başlıca özəlliyi olmaqdan uzaqdır.