Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə122/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   118   119   120   121   122   123   124   125   ...   128
TİLSİM DUALARI

I mətn

Cijimin atası ölör. Nənəmi bir kişi aler. Munun üç oğlu oluf. Mən də məytəvə geder, gəlerəm. Kişi molloydu – bavam. Deer, ay Feyzə, Zəhrəyi sax­lı­yıf yekələndirəjih, Avdıləliyə aleyjiyıx.

Bir dəfə oynadığım yerdə gördüm oğlan geder, cijim muna “qardaş” de­yer. Məni çağırdı. Dedi, get yaxca paltarını gey, burya gəl. Gedəh şiklimizi çəh­dirəh. Getdih. Orda əyağımın altda isdol qoydular.

Öydə də söz olanda cijim dedi, ədə, dəymə! Nenijəhsiniz? Uşaxdı, gəliv aparıf, çəhdirif.

İslam əmimin yekə zontiki vardı, qara. Yuxuda örördüm, duroram ki, bu bööh arxın qırağınnan anrı edəm. Gedəndə bu zontiki aşağa çəkerdilər, qa­ran­nıxda qalerdim. Heç yana çıxammerdim. Yuxumda ağlıyerdim. Qoymurdular adam çaarmağa məni. Bir belə, beş belə... Bir gün dedim, ay ana, mana bir zon­tik sazdıyıflar. Gözümə yuxu edən kimi, o zontiki çəkellər, qarannığın içində qa­lerəm. Mən bilmerəm, niyə belə oloram? Qağam Mənsur da su gətirerdi. Kişiyə yol-yuannıx qayırer. Deer, munu aparıf kişiyə verərsən, bir Zəhraya baxar. Gəler kişinin yol-yuannığını kalxoz idarəsinə verer, öyə əler. Deer, a Mürsəl qağa, bax Zəhra belə yater, belə günə tüşör. Munnan bizi bir agah elə, görəh, bu niyə belə olor? Kişi gülör, deer, elə o vaxdan o şikili tilisimə salmışam, Zəhra tilisimdədi, qıfıldadı. Çəmədanını gətirder, aşer, içinnən qıfılı çıxarder, balaca qıfıldı. Əl­lə­rim qurusun, deer, o vaxdan ki munu qıfıla salmışam, göröm, Avdıləli gəlermi? Hardadı, ə, Avdıləli? Soruşanda deer, a Mürsəl qaa, dərdin alem, aman günüdü, qız dəli olar. Qızı açginən. Qıfılı belə açer, deer, al civinə qoy, Kürdən keçəndə suya tulla. Dua da yazer. Deer, da arxeyin ol, qızı açdım. İndi gör, elçilərin qa­baanda dura bileyjsəmmi? Qız tilisimnən çıxdı. Yoxsa qız ölənətən tilisimdə qa­lajıydı. Yaxşı ki o vəyağıyı görüf.
II mətn

Geder, molluya söylöyüllər ki, a kişi, bax bu gəlin belə qaçer, durmor. Deer, o gəlinə bir dua yazeyjam ki! Elə eliyjəm ki, əynindəki paltarı da soyunuv anahüryən öyə ələjəh. Qorxmuyun! Bir də öröllər ki, Allahsız, gəlin təmiz so­yundu, öyə əlir. Ağız, niyə belə oldun? Ordan qopan ərinin öyünə əlir. Orda pal­tarınnan geyiner, deer, mən da qaçmıyjam.

Gəlini helə tilisimnən çıxardellar.


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin