Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə63/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   59   60   61   62   63   64   65   66   ...   128
(Məmişov Xansuvar Şahsuvar oğlu, Çaykənd kəndi).

İnanca görə, mal-qaraya qurd dəyməzdi. Ovsunlanmış bıçaq mal-qara ta­pılmayınca açılmazdı. Açılardısa, qurd yeyərdi. Burada istifadə edilən sümük, yaxud da təzə, işlənməmiş bıçaq sanki qurdun ağzı kimi təsəvvür edilir və onun bağlanması, açılması ilə qurdun ağzı da bağlanır və açılırdı. İnsanların belə ma­gik rituallarda əsasən metal alətlərdən istifadə etməsi metala verilən dəyərlə əla­qəlidir. Qədim insanlara təbiətdə mövcud olan bir çox proseslər kimi metal da qeyri-adi görsənmiş və onun bu gücündən özləri üçün istifadə etmişdirlər. Buna nümunə kimi yağışın yağması, yaxud da kəsməsi üçün edilən ayinlər içərisində dəmirin isladılması və qızdırılmasını da bununla əlaqələndirə bilərik. Eyni za­manda, təkcə ayinin yerinə yetirilməsi bıçaqla yox, oxunan ovsundakı sözlərlə və onu oxuyan insanın kimliyi ilə də bağlı olmuşdur.

Başqa bir söyləyici isə bu ovsunu oxuya-oxuya yeniyetmə bir qızın saç­la­rından və bıçaqdan istifadə etdiklərini söylədi. “Qızın saçının ucunu düyünləyib aşağıdakı sözləri oxumalı idin. Mal-qara tapılana qədər də qız saçındakı o dü­yü­nü açmamalı idi.

Aya baxdım ağladım,

Günə baxdım ağladım.

Filan yerdəki yerlərdə,

Fatma nənənin əli ilə,

İmamlarımızın qılıncı ilə,

Qurdun dilin, ağzın bağladım,

Dərin quyuya salladım”



(Alşanov Natiq Təbib oğlu, Qamışlı kəndi).

Burada ovsunu oxuyan adamın yeniyetmə olması və evli olmaması onun pak, təmiz biri kimi göstərilməsi ilə bağlıdır. Qurd ağzı ilə bağlı nümunələrin hər birində müşahidə etdik ki, bu ayini yetirən adam ya gənc, saf bir qız uşağı, yaxud da sayılıb-seçilən bir ağsaqqal, ağbirçək olmalı idi.

Yuxarıda qeyd etdiyimiz ovsunun sözlərində Ay və Günün adlarının çə­kil­məsi onların sakral mənası ilə əlaqəlidir. Lakin “Fatma nənənin əli ilə, İmam­la­rımızın qılıncı ilə” bəndi isə dini məzmuna malik olub, sonradan əlavə edil­miş­dir. Buna nümunə kimi topladığımız digər ovsunları da göstərə bilərik.

“Qurd ağzı azar olsun,

Dörd yanı bazar olsun.

Saxlayan Allah olsun,

İçində Məhəmməd olsun.

Qurdun, quşun ağzını bağlayıram”



(Həsənov Mustafa Əhməd oğlu, Yanşaq kəndi).

Yaxud da:

“Bisim Bismillah,

Bisimi yazan Qulhüvallah.

Qulhüvallahın bir ola,

Yamanı verə yola.

Mal-heyvan gəzər örüşdə,

Qurd-quş dəyməsin deyə,

Bıçağın ağzını bağlayıram”

(Şəmilova Qüdrət Allahverdi qızı, Nəcəfalı kəndi).

“Qurd ağzı bağlamaq” inancı İslam dinindən əvvəl türk xalqlarında möv­cud olmuşdusa da, İslam dinindən sonra ona yeni ayinlər əlavə edilərək dini don geyindirməyə çalışdılar. Bıçaq ağzı açıb-bağlamaq, düyün atıb, düyün açmaq di­­ni­mizdə magik, falçılıq, baxıcılıq kimi adlandırılan mövzulardır. Lakin qeyd et­diyimiz mətnlərdə əlavə edilən sözlərə baxmayaraq, ovsun öz ilkin variantından hər hansı bir elementini qoruyub saxlamışdır.



İran türklərində “qurd ağzı bağlamaq” ayini pak, mömin bir imam və ya­xud da ağsaqqal tərəfindən icra edilir. Bağlama və açma tətbiqi bir çox yerdə ol­du­ğu kimi bıçaqla edilməkdədir. Türkiyənin Çanaqqala bölgəsində isə “qurd ağ­zı bağ­lamaq” ayini “Quran”dakı “Qureyş” surəsi tərsindən oxunmaqla yerinə yetirilir.

Azərbaycanın bir çox bölgələrində əsasən də coğrafi yaxınlığı olan re­gi­onlarında–Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Füzuli və s. “qurd ağzı bağ­la­maq” ayini eyni cür keçirilibdir.

Başqa bir söyləyici isə fərqli bir üsulla, yəni təmiz, işlənməmiş qayçı, ya­xud da ipə düyün vurmaqla da qurdun ağzını bağladıqlarını söyləyirdi. İplə ayi­nin yerinə yetirilməsi bir çox ovsunlarda mövcuddur. Azərbaycan folklorunda iplə ağız bağlamaq təkcə qurda aid deyildir. Burada insanların da ağzını bağ­la­maqla hər hansı bir istənilməyən hadisənin qarşısının alınması nəzərdə tutulur. Söyləyicilər, əsasən, elçiliyə gedəndə qızın evindən mənfi cavab almamaq üçün, yaxud imtahana gedərkən, hər hansı bir işin düzəlməyi üçün ona mane ola bi­lə­cək adamın dilini ağzını bağlamaq məqsədi ilə ipə düyün vuraraq edirdilər. Bu­nunla həmin işin uğurlu olacağına inanırdılar.

“Qurd ağzı bağlamaq” ayinində maraqlı bir fakt var ki, bu da çöldə, me­şədə qalmış heyvana məhz qurdun toxunacağına necə əmin ola bilməkləri idi. Belə bir sual ortaya çıxır ki, heyvana qurddan başqa bir heyvan toxuna bil­məz­di­mi ki, bu ovsunda yalnız qurdun ağzını bağlamağa çalışırlar. Bir söyləyicinin dediklərinə əsaslansaq, biz bu suala məntiqli bir cavab tapa bilirik. Söyləyicinin danışdığı bir mətndə “ağzı bağlanmış qurd heyvanın yanına yaxınlaşa bilmir, onun ətrafında dolaşıb durur. Elə ki, sən heyvanı tapmamış ovsunladığın bıçağın ağzını açsan, qurd heyvanı o andaca parçalayıb yeyir” (Dadaşov Məhəmməd Muxtar oğlu, Qamışlı kəndi). Bu da onu göstərir ki, qurdun ağzının bağlanması bir tərəfdən heyvanın yeyilməməsinin qarşısını alırsa, digər tərəfdən də onun başqa vəhşi heyvanlardan qoruyur. Başqa bir anlamda isə təbiətdə vəhşilik və qüvvətlilik səviyyəsinə görə də qurd digər heyvanlardan üstünlük təşkil edir. Bunun üçün də doğru olaraq ovsunda ən təhlükəli heyvanın adının çəkilməsi daha uyğun olardı.

Qurdun ağzının bağlanması və heyvanın sağ-salamat qalması bu ayinin bit­məsi demək deyildi. “Heyvan tapıldıqdan sonra bağladığımız bıçağı, yaxud ipi, saçı və s. açardıq. Böyüklərimiz deyirdi ki, qurdun ağzını açın, yoxsa ac qa­lıb ölər. Günah etmiş olarsınız” (Dadaşov Məhəmməd Muxtar oğlu, Qamışlı kən­di).

Folklorda belə bir inanc da vardır ki, qurd yeddi çay üstündən, yaxud yeddi kənddən keçsə, ovsun özü-özünə açılardı (9). Başqa bir inanca görə isə, bağlanmış bıçağı suya salanda ovsun pozulardı (12).

Qurdla əlaqədar inanclar yalnız türk mifologiyasının məhsulu olmayıb, eyni zamanda yaşayan xalq inancımızın da sıx rast gəldiyi bir obrazıdır. Türk xalq inanclarında müşahidə etdiyimiz qurdun simvolu qurdun türk dastanlarında boynuna götürdüyü missiyadan fərqli deyil. Qurd ağzının bağlanması ilə əla­qə­dar inam və ayinlərdən bizə görə qurdun türk inanc sistemindəki gerçək yerinin təyin olunması etibarilə çox əhəmiyyətlidir.


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin