Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,8 Mb.
səhifə1/8
tarix19.02.2020
ölçüsü1,8 Mb.
#102110
  1   2   3   4   5   6   7   8

Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər 2014/3

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

AZƏRBAYCAN

ŞİFAHİ XALQ

ƏDƏBİYYATINA DAİR

TƏDQİQLƏR

2014 / 3 (46)


BAKI – 2014

Toplu Azərbaycan Milli Elmlər Akademiyası

Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur.


Redaksiya heyəti:

Kamal ABDULLA, Mahmud ALLAHMANLI, Baxıtjan AZİ­BA­YE­VA (Qazaxıstan), Nizami CƏFƏROV, Adil CƏMİL, Lyubov ÇİMPOYEŞ (Moldova), Rəhilə DAVUT (Çin), Metin EKİCİ (Tür­kiyə), Əziz ƏLƏKBƏRLİ, Kamran ƏLİYEV, Əfzələddin ƏSGƏR, İsa HƏBİBBƏYLİ, Ağaverdi XƏLİL, Rza XƏLİLOV, Firdaus XİSAMİTDİNOV (Rusiya), Vasiliy İLLARİYONOV (Ru­siya), Mamatkul JURAYEV (Özbəkistan), Rayisa KIDIRBAYEVA (Qır­ğı­­zıstan), Rama­zan QAFARLI, Məhər­rəm QASIMLI, Elxan MƏM­MƏD­Lİ, Qəzənfər PAŞAYEV, Afaq RAMAZANOVA, Seyfəddin RZA­SOY, Mu­rad­gəldi SOYEQOV (Türkmənistan), Ləman SÜLEYMANOVA, Əli ŞA­MİL, Atilla YORMA (Fin­lan­diya), İlseyar ZAKİROVA (Tatarıstan)

Baş redaktor: Muxtar KAZIMOĞLU-İMANOV
Baş redaktorun müavini: Füzuli BAYAT
Məsul katib: Səbinə İSAYEVA
Nəşriyyat redaktoru: Nigar HƏSƏNOVA

Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər”. Elmi-ədəbi toplu, III. Bakı, “Elm və təhsil”, 2014, -164 səh.



Ş 4603000000 Qrifli nəşr

N-098-2014

© Folklor İnstitutu, 2014

BAŞLIQLAR
Folklorşünaslıq məsələləri

P.Q.Boqatırev. Xalq yaradıcılığında ənənə və improvizasiya 6

Füzuli Bayat. İnsanlıq tarixinin üç mərhələsi ilə üç funksiyası:

Homo Sapiens, Homo Faber, Homo Ludens 9



Əziz Ələkbərli. Folklorda tarixilik folklorşünaslığın problemi kimi 20

Asif Hacıyev. “Dədə Qorqud” eposunun söz dünyasından bəzi ştrixlər 26

Afaq Ramazanova. Stith Thompsonun Motif Index-i və

“Arzu-Qəmbər” dastanı 36



Şakir Albalıyev. Novruz: adilikdə qeyri-adiliklərin reallaşması 47

Səbinə İsayeva. Aşıq yaradıcılığında ictimai-siyasi motivlər 58

Sönməz Abbaslı. Hümmət Əlizadənin “Azərbaycan el ədəbiyyatı” ─

ATTC-nin uğurlu nəşrlərindən biri kimi 66



Ülkər Ələkbərova. Əcəldən qaçma motivi 71

Lalə Maxsudova. İlkin görüşləri ifadə edən miflərin janr spesifikası

(Şirvan folkloru əsasında) 84



Gülnar Osmanova. “Ağ qoç, qara qoç”: mifoloji yaddaş və bu gün 92

Validə Həsənova. “Azərbaycan folkloru antologiyası”nda nağılların

informasiya təminatı 100



Kəmalə Osmanova. Sınaq motivinin ritual-mifoloji əsasları 108

İlhamə Əsgərova. “Alı xan” dastanı haqqında 115

Gülnar İsmayılova. Aşıq Ələsgər və Səməd Vurğun

yaradıcılığında Dünya obrazı 121


Peşəkar söyləyici ifaçılığı

Nağıl ustası Abbas Abbasovun repertuarı 127


Ümumtürk folklorundan örnəklər

Qumuq folklorundan örnəklər 152

Kartkocak ilə Maksuman 152

CONTENTS
The problems of folklore studies

P.Q.Boqatirev. Tradition and improvisation in the folklore 6

Fuzuli Bayat. Three levels with three functions of human history:

Homo Sapiens, Homo Faber, Homo Ludens 9



Aziz Alakbarli. The Historism in Folklore as a Problem

of Folklore-Study 20



Asif Hajiyev. Some features from world of words

of «Dada Qorqud» epos 26



Afag Ramazanova. Motif İndex of Stith Thompson and

“Arzu-Gamber” 36



Shakir Albaliev. Novruz: the realization of unusualness

in commonness 47



Sabina İsayeva. Social-Political Motives in Ashug Creativity 58

Sonmez Abbasli. Azerbaijani folk literature by Hummat Alizadeh ─

as one of the successful publications of Azerbaijani Explorating

and Studying Society 66

Ulkar Alakbarova. The Mythological Motif Of Get Rid Of Soul 71

Lala Makhsudova. The genre specification of the myths dealing

with the early views (On the base of Shirvan folklore) 84



Gulnar Osmanova. “Ag goch, gara goch”: mythological memory

and today 92



Valide Hasanova. Dataware of tales in “anthology

of Azerbaijan folklore” 100



Kemale Osmanova. Fundamentals of the trial motif

mythological ritual 108



İlhama Askerova. About the epic “Ali Khan” 115

Gulnar İsmailova. The character of World in the trace

of Ashug Alasger and Samad Vurgun 121


The performing of professional narrative

Jabrail folklore examples 127


The samples from Turkish folklore

The samples from Kumukian folklore 152

Khartkhojakh and Maxuman 152
СОДЕРЖАНИЕ
Вопросы фольклористики

П.Г.Богатырев. Традиция и импровизация народном творчестве 6

Физули Баят. Три функции с тремя этапами истории

человечества: Homo Sapiens, Homo Faber, Homo Ludens 9



Азиз Алекперли. Историчность в фольклоре как проблема

в фольклористике 20



Aсиф Гаджиев. Некоторые штрихи из мира слов эпоса

«Деде Коркут» 26



Афак Рамазанова. Stith Thompson Motif Index и

дастан «Арзу и Гамбер» 36



Шакир Албалыев. Новруз: осуществление необыкновенных

явлений в обычном 47



Сабина Исаева. Общественно-политические проблемы

в ашыгском творчестве 58



Сонмез Аббаслы. Азербайджанская народная литература

Гуммета Ализаде ─ как одна из успешных публикаций

Общества Обследования и Изучения Азербайджана 66

Улкар Алекперова. Мотив бегcтво от смерти 71

Лала Маxсудова. Жанровая специфика мифов, отражающих

первобытным воззрениями (на основе материалов

Ширванского фольклора) 84

Гульнар Османова. «Аг коч, кара коч»: мифологическая

память и сегодня 92



Валиде Гасанова. Информационное обеспечение сказок

в «Антологии Азербайджанского Фольклора» 100



Камаля Османова. Основы суд мотив мифологического ритуала 108

Ильхама Аскерова. О дастане “Алы Хан” 115

Гульнар Исмаилова. Образ Мира в творчестве

Ашуг Алескер и Самед Вургуна 121


Профессиональное сказительское исполнение

Образцы Джабраильского фольклора 127


Образцы из общетюркского фольклора

Образцы кумыкского фольклора 152

Карткоджак и Максуман 152

.


Folklorşünaslıq məsələləri



P.Q.BOQATIREV
XALQ YARADICILIĞINDA ƏNƏNƏ VƏ İMPROVİZASİYA
(Boqatırev P.Q. Xalq sənətinin nəzəri məsələləri.M.,1971, s. 393-400)
Xalq incəsənətinin bütün sahələrinin – təsviri, musiqi (vokal), rəqs, şifahi söz sənəti və dramatik növlərinin əsas əlamətlərindən biri onların yaradıcılarının və ifaçılarının atalardan və babalardan gələn ənənəvi üslub normalarına ciddi ri­a­yət etmələrindən ibarətdir. <...>

Xalq incəsənətinin müxtəlif növlərinə dair əsərlərin tədqiqatçıları bunu da nə­zərə almalıdırlar ki, ənənələrdən gələn normalara ciddi riayət olunması ilə ya­na­şı xalq incəsənətinin bütün növlərinin ən səciyyəvi və əsas əlamətlərindən biri də onların yaradıcılarının və ifaçılarının improvizasiyasıdır.

Belə ki, müəyyən bir əyalətin və ya kəndin qadın və qızları naxış tikən za­man, naxışların kompozisiya əsaslarını və səciyyəvi məhəlli ünsürlərini sax­la­ma­ğa çalışsalar da, onlar öz işlərində yerli normalar çərçivəsində improvizə im­kan­larından da istifadə edirdilər.<...>

Ənənə normalarına məcburi riayətlə açıq-aydın şəkildə özünü biruzə ve­rən improvizasiya ünsürləri arasındakı sıx əlaqələr xalq incəsənətinin o növ­lə­rin­də özünü daha parlaq şəkildə göstərir ki, onlarda əsərin yaradılması üzvi surətdə ifa­­çılıqla bağlı olur.

Buraya ilk növbədə vokal ifaçılığını, musiqi alətlərindəki çalğıları, rəqs ifa­çılığını, həmçinin şifahi söz sənətinə aid olan istənilən əsəri – nağıl, lətifə və di­gərlərini, nəhayət, dram əsərlərinin və dramatik səhnələrin oynanılmasını aid et­mək lazımdır.

Qeyd etmək lazımdır ki, yaradıcılıq ünsürlərinin üzvi surətdə ifaçılıqla bağ­lı ol­duğu bütün xalq əsərləri onların hamısı üçün ümumi olan spesifik xü­su­siy­yətə ma­likdirlər: Onlar bir qayda olaraq yazıya alınmış mətnlər (əlyazma, çap və ya not mətnləri) əsasında deyil, yaddaş əsasında ifa olunurlar. İfaçı əvvəllər eşit­­dikləri və ya gördüklərini (məs. rəqs zamanı) yaddaş əsasında təkrar edir. Tə­bi­idir ki, yaddaş əsa­sında icra olunan belə ifaçılıq əvvəllər eşidilmiş və ya gö­rül­müş əsərin bilərək­dən və ya şüursuz (bilmədən) olaraq müəyyən qədər də­yi­şil­mə­sinə səbəb olacaqdır.

Bununla belə qeyd etmək lazımdır ki, yaradıcı ifaçı improvizasiya edərkən də ənənələrin çərçivəsindən kənara çıxmır.

Misralarının sayı çox olan xalq epik mahnılarının ifası zamanı ifaçı, təbii ki, eyni zamanda da mahnının yaradıcısına çevrilir. Belə ki, ifaçının İliada və ya Odis­seyadakı misraların sayına bərabər miqdarda xalq epik mahnılarının mis­ra­la­rını yadda saxlamasını təsəvvür etmək çətindir. Ancaq məlum olduğu kimi, xalq epik mahnılarının bir sıra ifaçılarının dilindən təqribən həmin miqdarda mis­ralar qeydə alınmışdır. Rus bılinalarının, Ukrayna dumalarının, cənubi slav­yan­ların yunak mahnılarının ifaçılarının yaradıcılığının tədqiqi göstərir ki, epos ifa­çıları öyrənilmiş mətni əzbərdən söyləmirlər, başqa söyləyicilərdən eşit­dik­lə­ri­ni yaradıcı surətdə dəyişdirərək söyləyirlər.

Ancaq mahnı janrlarından bəziləri çox az səviyyədə improvizasiyaya im­kan verir. Bunlara nümunə kimi mərasim mahnılarını göstərmək olar. Ancaq mə­rasim mahnılarında improvizasiya ünsürləri özünü göstərir.

Başqa mahnı janrları, məsələn, məhəbbət mövzulu və ya ölkədə, hər hansı bir əyalətdə və yaxud kənddə baş vermiş hadisələri əks etdirən çastuşkalar isə güc­lü dəyişikliklərə məruz qalırlar.

Xalq mahnılarının ifaçıları hansısa səbəbdən improvizasiya etmək im­ka­nı­na malik olmayanda mahnı sönük səslənir; ifaçıların oz sözləri ilə desək, “həvəs yox­dur”və ya “nə qədər çalışsan da, mahnı oxunmur”.<...>

Qeyd etmək lazımdır ki, folklor əsərlərini (nağıl, mahnı və s.) dinləyərkən pub­lika onların mənasını yaxşı bilir. Ənənəvi olaraq hər il təkrar edilən xalq dram­larının tamaşası zamanı bu, daha aydın şəkildə görünür. Tamaşaçıların ək­sə­riyyəti əvvəllər bu tamaşaların iştirakçısı olmuş və onları əzbərləmişlər.

Məzmunu əvvəlcədən məlum olan süjetlər xalq dramlarının tamaşaçılarını özü­nə cəlb edə bilməzdi. Onları bu dramların yenidən və özünəməxsus tərzdə can­landırılması maraqlandırırdı.

Xalq yaradıcılığının spesifik xüsusiyyətlərindən biri də onun kollektiv sə­ciy­­yə daşımasıdır; onun ifasında dinləyicilər də qarşılıqlı surətdə iştirak edirlər. Bu qarşılıqlı iştirak bəzən ifa tərzinin və ifa olunan əsərin bəyənilib bə­yə­nil­mə­mə­­si ilə bağlı çıxarılan səslər, onlara bildirilən münasibətlər vasitəsilə özünü gös­­tərir. Ancaq bu cüzi iştirak belə ifaçıya təsir göstərir.

Bəzən də tamaşaçıların özləri əsərin ifasına qoşulurlar;bu daha çox xalq dram­larının və başqa xalq teatrı səhnələrinin oynanılması zamanı özünü göstərir.

Belə hallarda əsas ifaçılar improvizasiya etməyə başlayırlar və bunun da nə­ticəsində ənənəvi əsərin özü xeyli dəyişikliklərə uğrayır.

Şifahi folklor əsəri ifa edildiyi zaman yaranan situasiyadan asılı olaraq da dəyi­şikliyə məruz qalır.

Dinləyicilərin tərkibini də belə situasiyaya aid etmək lazımdır. Eyni bir na­ğılın uşaqlara və böyüklərə söylənilməsi zamanı improvizasiya müxtəlif for­ma­larda baş verir. Dinləyicilər və tamaşaçıların əhvali-ruhiyyəsinin şən və ya qəm­gin olmasından asılı olaraq da nəql edilən hekayə onlar tərəfindən müxtəlif for­malarda qəbul edilə bilər. Bütün bunlar ifaçılara və söyləyicilərə də təsir gös­tə­rir. Rəqslərin icrası şəraitlə və iştirakçıların rəftarı ilə bağlı olur; eyni bir rəqsi toy mərasiminin başlanğıcında təmkinlə və ədəblə oynayırlar, şənlik “qızış­dıq­dan” sonra isə həmin rəqsi tamam başqa cür ifa edə bilərlər. Bu və ya digər mu­si­qi(vokal), rəqs, şifahi söyləmə və dramatik əsərin ifasının başa düşülməsi, im­pro­vizasiyanın xarakterinin anlaşılması üçün situasiyanı nəzərə almaq lazımdır.

İmprovizasiya məcburiyyət üzündən və bilərəkdən (əvvəlcədən dü­şü­nül­müş şəkildə) ola bilər. Məcburi improvizasiya aşağıdakı hallarda baş verə bilər: İfa­çı melodiyanı unudur və unudulmuş melodiyanın əvəzinə özününkünü dü­zəlt­mə­li olur; ifaçı öz səsini diapazonuna uyğun olaraq melodiyanı dəyişməyə məc­bur olur; bəzən isə ifaçı mahnıya yeni sözlər, ifadələr əlavə etməli və ya yeni mətn düzəltməli olur. (məs, mədhiyyə mahnılarına müxtəlif adlar əlavə edilir, dəfn mərasimlərində söylənilən ağılara isə mərhumla bağlı xatirələr daxil edi­lir).<...>

Əvvəlcədən düşünülmüş, yəni bilərəkdən edilən improvizasiya isə əsasən və ya tam şəkildə ifaçının məqsədləri ilə bağlı olur.

Bəzən improvizasiyanın zəruriliyinin əhəmiyyətini ifaçıların özləri də başa dü­şürlər.<...> Elə hallar olur ki, yaradıcılıq əsasında ifaçı əsərə dəyişiklik edir, an­caq əgər bu zaman toplayıcı mətndə edilmiş dəyişikliyi ona xatırladırsa, ifaçı tə­əccüblənir və hətta kədərlənir də.

Məcburiyyət üzündən və bilərəkdən edilən improvizasiyalar arasındakı sərt sərhəddi tapmaq çətindir.<...>

İmprovizasiyanın iki başqa növünü də fərqləndirmək lazımdır. Bunlar əv­vəl­cədən hazırlanmış və bədahətən edilən improvizasiya növləridir. Xalq po­e­zi­ya­sının müxtəlif növlərinin ifası zamanı bu improvizasiya növlərinin hər ikisinə rast gəlinir.

Əvvəlcədən hazırlanmış improvizasiyaya nümunələr göstərək. Nağılçı ən­ənə­vi nağıla öz izahını, həmçinin özünün uydurduğu və ya başqa nağıllardan gö­tür­düyü motivləri, eləcə də iki və daha çox nağıl əsasında düzəltdiyi kon­ta­mi­na­si­yanı əlavə edə bilər. Bundan sonra o, hər dəfə bu nağılı söyləyərkən onu öz im­pro­vizasiyaları və əlavələri ilə təkrar edir. Buna bənzər şeyləri biz xalq dram­la­rındakı monoloqların, dioloqların ifası zamanı, həmçinin xalq mahnılarında və şi­fahi poeziyanın digər növlərində də müşahidə edirik.

Bədahətən söylənilən improvizasiyaya aid nümunələr gətirərək toy mə­ra­si­m­ində sağdış və ya toyxana başçısı bir tərəfdən, gəlinin qardaşı isə digər tə­rə­f­dən alver səhnəsini oynayırlar. Sağdışla (bəy tərəfdən) gəlinin yanında oturmuş qar­­daşı və ya gəlin tərəfdən hər hansı bir nümayəndə arasında dialoq-alver baş­la­nır. Sağdış və ya toyxana başçısı, gəlinin qardaşından bəy üçün gəlinin ya­nın­da oturmaq hüququ alur. Mübahisə aparanlar arasında baş verən improvizasiya ta­­pıntılarından asılı olaraq mübahisənin forması da dərhal dəyişilir. Qeyd etmək la­­zımdır ki, mübahisə zamanı baş verən improvizasiya hər halda nəsildən-nəsilə ke­­çən toy mərasiminin ənənəvi normaları çərçivəsində aparılır.<...>

Beləliklə, biz görürük ki, folklor əsərlərinin yaradılması və ya ifası zamanı ən­ə­nələrə riayət olunması prosesləri quruluş baxımından üzvi surətdə müxtəlif imp­ro­vizasiya növləri ilə bağlıdır.


Rus dilindən tərcümə edən: Kamil Hüseynoğlu
Füzuli BAYAT

Filologiya üzrə elmlər doktoru,

AMEA Folklor İnstitutu

fuzulibayat@yahoo.com
İNSANLIQ TARİXİNİN ÜÇ MƏRHƏLƏSİ İLƏ ÜÇ FUNKSİYASI: HOMO SAPIENS, HOMO FABER, HOMO LUDENS
Özət

Tarixi insanın yaşından da əski olan oyun cəmiyyətin formalaşmasında, in­­sanın yetişməsində əsas rol oynayaraq başlanğıcdan günümüzə qədər əsas fəl­səfi yönünü dəyişmədən gələ bilmişdir. İnsan oynayaraq ətraf aləmi dərk et­di­yi ki­mi, özünü də oyunda tapmış, bütün fəaliyyəti boyu oynamaqla nəinki bir sta­­tus­dan o birinə keçmiş, fikir və əyləncə dünyasını, etik və estetik görüşlərini də oyun üzərində qurmuşdur. Beləliklə, ortaya yeni bir qavram Homo Ludens – oy­­na­yan insan çıxdı. Nəzərə alanda ki, oyun bütün canlıların – heyvanların, quş­la­rın, insanların müştərək malıdır o zaman oyunun yaşam fəlsəfəsində rolu­nun nə qədər olduğunu təsəvvür etmək olar. Oyun yaşam mücadiləsinin bir par­ça­sı, öy­rənmənin və öyrətmənin, əylənmənin və zövq almanın əsas qaynağıdır. Həm funk­siyası, həm də semantikası baxımından çoxçeşidli olan oyun bilinəndən daha geniş mənaya sahibdir. Oyun eyni zamanda keçmişlə bu günü bir­ləşdirən kör­püdür, duyğu aləmimizi dilə gətirən vasitədir, yardımlaşmağı, pay­laşmağı, so­­siallaşmağı saxlayan gücdür. Ona görə də oyunlar çeşidləndikcə bi­rində es­te­tiklik, birində sənət yönü, birində qutsallıq, digərində tərbiyə, təlim, bir baş­qa­sın­da əyləncə, digərində yaşama və ya savaşa hazırlıq ön plana çıxır.

Bu yazıda Homo Ludens qavramı baxımından müxtəlif zamanlarda, müx­təlif mə­­kanlarda və müxtəlif millətlər tərəfindən oyuna yüklənən anlamlar, oyu­nun təs­nifatı kimi əsas məsələlər araşdırılmağa çalışılmışdır.

Açar sözlər: oynayan insan, oyunun təsnifatı, oyun və ciddiyyət
THREE LEVELS WITH THREE FUNCTIONS OF HUMAN HISTORY: HOMO SAPIENS, HOMO FABER, HOMO LUDENS

Summary

Playing the main role in the formation of the society, bringing up of the human the game being the ancient from the age of the human has come from the beginning to nowdays not changing its philosophical direction. As understan­ding the environment with playing the human has found himself in the play, during the whole activity he has not only passed from one status to another, but also he has formed his thought and fun world, ethic and aesthetic views on the play. So the new perception - Homo Ludens- the playing man appeared. Thinking that the game is a common thing of all objects – animals, birds, people, then one can imagine the role of the game in the living philosophy. The game is the main source of the living struggle, learning and teaching, amusing and getting pleasure. According to its function and semantics the game which is multi-variety has the large meaning. The game is also a bridge connecting the past and today, it is the means of our feelings, it is a force of help and distribution. That is why when the games are sorted different forms such as aestheticism, the art side, holiness, education, training, fun, preparation to the life or a fight are appeared in them.

In the article according to the perception by Homo Ludens the conceptions in the games in different times, in different places and by different nations, the main problems about the classification of the game are investigated.

Key words: the playing man, the classification of the game, play and severity.
ТРИ ФУНКЦИИ С ТРЕМЯ ЭТАПАМИ ИСТОРИИ ЧЕЛОВЕЧЕСТВА: HOMO SAPIENS, HOMO FABER, HOMO LUDENS

Резюме

Игра, возраст которой намного больше, чем у человека, играя глав­ную роль в формировании общества, в росте человека с самого начала и до сих пор смогла дойти до нас, не изменив свое основное философское на­правление. Человек, играя, познает окружающий мир, и себя находит в игре, играя в течение всей своей деятельности, не только перешел от од­но­го статуса к другому, но и сформировал на основе игры свой раз­вле­ка­тель­ный и нравственный мир, этические и эстетические взгляды. Таким обра­зом, появилось новое понятие Homo Ludens - играющий человек. Если учесть, что игра является общей собственностью всего живого – живот­ных, птиц, людей, тогда можно представить себе какова роль игры в фило­софии жизни. Игра часть жизненной борьбы, основной источник изучения и обучения, развлечения и испытывания наслаждения. Разные игры с точ­ки зрения, как функции, так и семантики, имеет более широкое значение. В то же время игра является мостом, соединяющим прошлое и настоящее, средством, выражающим наш мир ощущений, силой, способствующей взаимопомощи, социализации, умению делиться с другими. И поэтому в разнообразных играх на передний план выходят разные понятия: в одних играх эстетизм, в других – искусство, благородство, а в других – воспи­тание, обучение, развлечение, в третьих же – подготовка к войне и жизни.



В настоящей статье мы попытались рассмотреть с точки зрения поня­тия Homo Ludens такие основные проблемы как значения игры, данными разными народами, классификация игры в разные времена и в разных местах.

Ключевые слова: играющий человек, классификация игры, игра и серьёзность

Önsöz əvəzi – Oynayan insan anlayışı
Yer üzərində insanın yaşı antropoloqlara görə yarım milyon il kimi uzaq bir dövrlə ölçülür. Ancaq onun keçdiyi mərhələləri aşağı-yuxarı iş və fəa­liy­yət­lə­rinə görə təxminən üç dövrə ayırmaq mümkündür. Əslində dövr dedikdə bu­ra­da biz xronoloji ardıcıllıq və ya bir-birini əvəz edən tarixi dövrü nəzərdə tut­mu­ruq. Bu dövr bəlkə də eyni zamanda yaranmış, insanın var olmasında mühüm rol oy­na­mış yaşam və fəaliyyət funksiyası ilə bağlıdır. Həm də üç mərhələ və qa­v­ram sonradan insanlıq tarixinə aid edilmiş, daha doğrusu insan bu qavramlara sığ­dırılmağa çalışılmışdır. Bu ön açıqlamadan sonra bu mərhələlərin və mər­hə­lə­ni təyin və təsbit edən özəlliklərin izahına keçmək olar.

Bəşəriyyət insanlıq tarixini ağıllı insan anlamına gələn Homo Sapienslə baş­­­layıb, alət düzəldən insan mənasında Homo Faberlə davam etdirmək is­tər­kən or­taya oynayan, rəqs edən insan mənasına gələn Homo Ludens termini çıx­dı. Bu qav­ram ortaya çıxdıqdan sonra antropoloqlar Homo Ludensi vaxtını boş keçirən, oy­nayaraq əylənən insanın ziddi mənasında Homo Faber qavramını iş­lətməyə baş­­ladılar.1 Homo Faber təbiəti dəyişmək üçün ağlından istifadə edən, fay­dalı işi olan insan kimi əski zamanlardan filosoflarda, mədəniyyət ta­rix­çi­lə­rin­də, ilahiy­yat­­çı alimlərdə heyranlıq doğurmuşdur. Ümumi düşüncəyə görə Ho­mo Faber, əs­lin­də Homo Sapiensin daha da inkişaf etmiş, ağıllı hərəkət və qu­ru­cu­luğu ilə önə çıx­mış variantıdır. Ancaq XX yüzilin ortalarına doğru üçüncü bir qav­ram ortaya çıx­dı – Homo Ludens – oynayan insan. Mətin And bunu obrazlı şə­kildə belə ifadə edir. “Necə ki, Darvin insan-heyvan fərqini, Freud da ağıl-təh­təl­şüur bölgüsü kimi ikili qarşıdurmanı pozdularsa, İkinci Dünya Savaşından son­ra da Hollandiyalı ta­rix­çi Johan Huizinga (1872-1945) da Homo Ludens adlı əsə­ri ilə önəmli bir iki­li­yin tarazlığını pozaraq insan mədəniyyətinə yeni bir an­la­yış qazandırdı. Homo Fa­ber (tikən, düzəldən, quran insan), Homo Sapiens (ağıllı insan) ikilisinin qar­şı­sına üçüncü bir insan, Homo Ludens (oynayan in­san) çıxarmışdır. Huizinga, qərb mə­də­niyyətində çağdaş elmin və fəlsəfənin gə­tirdiyi önəmli bir ikiliyi dəyişdir­mişdir. İş, ritual, din, önəmli tarixi hadisələr ki­mi böyük nəticələr yaradanların ön­cə­liyi qar­şısında oyunun bunlardan sonra gə­lən, bunların önəmsiz bir praktikası ol­duğu fik­rini dəyişdirmişdir. Huizingaya gö­rə oyun mədəniyyətdən öncədir, fərq­li mə­də­niyyətlərdən çıxma ya da bir təsa­dü­fün nəticəsi deyil, əksinə müxtəlif mə­də­ni akt­ların ortaya çıxmasında əsas amil­dir” (And 2012, 27). Huizinganın bu kəş­fi ilə mədəniyyət tarixinin axarı də­yiş­mişdir. Oyunu anlamsız, yaxud da əylən­cə kimi görmək düşüncəsi yerini “mədəniyyət elə oyunla başlayır” fikrinə tərk etmişdir.

Təbii ki, bu vəziyyəti ən yaxşı J.Huizinga özü izah etmişdir. J.Huizinga Ho­mo Ludensi inandırıcı bir şəkildə belə açıqlayır: “Maariflənmə dövrünün saf hoş­görülüyü içində xəyal edildiyi qədər ağıllı olmadığımız ortaya çıxınca Homo Sapi­ens adının insan cinsinə əskidən sanıldığı qədər uyğun olmadığı açıqca bəlli ol­du və bu ilk təsbitə bir də Homo Faber in əlavə edilməsinin uyğun olacağına ina­nıldı. Ancaq bu ikinci termin bizi təyin etməyə o qədər də uyğun deyildi; çün­ki faber bir çox heyvana da aid idi. Və alət düzəltmə haqqında doğru olanlar oyun oynama haq­qında da doğrudur. Buna müqabil olaraq Homo Ludens, yəni “oyun oynayan insan” termini mənə düzəltmək qədər əsaslı bir fəaliyyəti ifadə edir və buna görə də Homo Faber termininin yanında yer almağa haqlı kimi gö­rü­nür” (Huizinga 2013, 13).

Zamanla insanların Homo Sapiensə aid edilən kriteriyalara cavab ve­rə­cək qədər ağıllı olmadığı görüldü. Homo Sapiens 10 min ildə nəinki ağıllandı, hət­ta bəşəriyyəti fəlakətə sürükləyən addımlar atmaqdan da çəkinmədi. İş alət­lə­ri dü­zəldən, əməyi yüngülləşdirən insan - Homo Faberlə bərabər elm sübut etdi ki, heyvanların da bir çoxu özlərinə lazım olan aləti, avadanlığı, sığınma və qo­run­ma yerlərini düzəldə bilir. O zaman Johan Huizinganın yeni bir qavram kimi ya­ratdığı Homo Ludens deyimi ortaya çıxdı. Hollandiyalı tarixçi, mədəniyyət bi­li­cisi Johan Huizinga 1938-ci ildə çap etdirdiyi “Homo Ludens” adlı əsərində in­sa­na aid olan hər şeyin başlanğıcının oyun olduğunu sübut etməyə çalışdı. Hui­zin­gaya görə ilk olaraq oyun vardı. Zaman və məkan içində reallaşan, öncədən ha­zırlanmış, müəy­yən bir düzən və bəlli bir qayda ilə qurulan bu oyun bir hə­rə­kət­dir, göstəridir. Bu­rada göstərən də, seyr edən də, əslində oyunun bir parça­sı­dır. Oyunu oynayanlar coşduqları kimi seyr edənlər də coşur, ruh halları dəyişir. Oyun­çular kədərləndik­ləri kimi seyr edənlər də kədərlənir. Homo Ludens tarixin qa­ranlıq çağlarından bu günə qədər insanlıq tarixinin, mədəniyyətin ən əsas ün­sü­rü olmuşdur.

Huizingaya görə oyun mədəniyyətdən də qədimdir və ya mədəniyyətin özü də oyundan doğmuşdur, çünki heyvanlar da oynayırlar, ancaq onların oyunu gü­lüşdən uzaq olduğu üçün ciddidir. Heyvanlar üçün əylənərək oynanan oyun ya­şam mücadiləsinin önəmli bir parçası, öyrətmənin və öyrənmənin bəlkə də tək yo­ludur. Həm də oyun təbiətlə cəmiyyəti birləşdirən, heyvan dünyası ilə in­san­la­rın müştərək istifadə etdikləri yeganə koddur. Təbiətdəki hər şey – ildırım, ya­ğış, qar, tufan, boran, çovğun və s. bir oyundur, təbiət isə ciddi bir oyunçudur. Hər halda insanların da oyunu əyləncə, öyrətmə ilə yanaşı ciddiyyət daşıyır. Belə ki, hər bir oyun dəqiq, ciddi qayda daxilində oynanır. Buradakı sərbəstlik, qay­daları pozmamaqla, oyunun kənarına çıxmamaqla çərçivələnmişdir. Yoxsa oyun xaotik bir hal alar ki, bu da oyunun fəlsəfəsinə və təməlinə zidd olar. Əs­lin­də oyun düzənin, tarazlığın, kosmik başlanğıcın simvoludur, yaradılışı an­la­maq açarıdır.
Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin