Azərbaycan tarixi


-ci ilin əvvəllərində AXC-nin vəziyyəti



Yüklə 0,62 Mb.
səhifə209/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   205   206   207   208   209   210   211   212   ...   269
Azərbaycan tarixi mühazirə

1920-ci ilin əvvəllərində AXC-nin vəziyyəti. Beşinci hökumətin əsas uğur­ların­dan biri 11 yanvar 1920-ci il tarixdə AXC-nin Antanta Ali Şurası tərəfin­dən tanınması idi. “Antanta” ölkələri Azərbaycana silah və hərbi sursatla yardım etmək qərarına gəldilər. Ancaq Azərbaycanın istiqlaliyyətinin Antanta ölkələri tərəfindən tanınması baş verəcək təhlükəni sovuşdurmadı.
Azərbaycanın ictimai-siyasi həyatı çox mürəkkəb idi. Ölkə iqtisadi, siyasi və sosial böhran içində boğulurdu.Türkiyə və Sovet Rusiyası arasındakı münasibətlərin istiləşməsi Azərbaycan-Türkiyə münasibətlərinin soyuqlaş­masına gətirdi. Bundan istifadə edən Sovet Rusiyası Azərbaycana təzyiqlərini artırdı.
Sovet Rusiyasının Azərbaycanın daxili işlərinə müdaxiləsi geniş­ləndi. Sovet Rusi­yası millətlərin öz müqəddəratını təyin etmək hüququna dair verdiyi çoxsaylı bəyan­namələrə məhəl qoymayaraq Azərbaycanın müstəqilliyini tanımır və onun Rusiyadan ayrılması kimi siyasi bir aktla razılaşmaq istəmirdi.
1920-ci ilin yanvarın əvvəllərində Sovet Rusiyası AXC-yə nota verib Denikinə qarşı vuruşmağı tələb etdi. AXC hökuməti Rusiyanın daxili işlərinə qarışmaq istəmədiyini bildirdi.1920-ci il 23 yanvar tarixdə Rusiya Azərbaycana 2-ci notasını göndərdi. Bu nota daha təcavüzkar xarakter daşıyırdı.
1920-ci ilin yanvar – fevral aylarından Rusiya Azərbaycanı işğal etmək planını hazırlayırdı. Sovet Rusiyası AXC daxilində çevriliş edə biləcək qüvvələr formalaşdırırdı. Bu zaman «Müstəqil Sovet Azərbay­canı» şüarı və Müstəqil Kommunist partiyasının yaradılması məsələsi irəli sürüldü. Bütün kommunist təşkilatlarını: RK(b)P Bakı təşkilatını, «Hümmət», «Ədalət» təşkilatlarını Kommunist Partiyası halında birləşdirmək lazım idi. 1920-ci il fevralın 11-də Bakıda fəhlə klubu binasında gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının I qurultayı oldu. Qurultayda bütün kommunist partiyalarının Azərbaycan Kom­munist Partiyası adı altında birləşdirildiyi bəyan edildi və 43 nəfərdən ibarət Mərkəzi Komitə seçildi. RK(b)P-nın bölməsi kimi yaranan Azərbaycan Kommunist Partiyasının I qurultayı partiya təşkilatlarını mövcud hökuməti, yəni AXC-ni yıxmağa və Sovet hökumətini qurmağa istiqamətləndirdi.
Ölkə daxilində partiyalar və fraksiyalararası çəkişmələr gücləndi. Xüsusən “Müsa­vat” və “İttihad” partiyaları arasında kəskin qarşıdurma var idi. “İttihad” partiyası Sovet Rusiyası ilə hərbi ittifaq yaratmağı təklif edirdi. Parlamentdə sosialist fraksiyasının pozuculuq siyasəti nəticəsində 1920-ci ilin martın 30-da AXC-nin 5-ci hökuməti istefa verdi. 6-cı hökumətin formalaşdırılması M.H.Hacinskiyə tapşırıldı. Lakin kom­munist­lərin sabotajı nəticəsində AXC-nin süqutuna qədər 6-cı hökuməti təşkil etmək mümkün olmadı. 1920-ci ilin aprelində AXC-də böhran son həddə çatdı.
Sovet Rusiyası AXC-yə qarşı milli dövləti devirmək istəyən yerli bolşeviklərdən və Azərbaycan ərazilərini tutmağa çalışan ermənilərdən istifadə etdi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin