Azərbaycan tarixi


“Kitabi Dədə Qorqud" dastanı Azərbaycan xalq ədəbiy­yatının ən qədim yazılı abidəsi kimi



Yüklə 0,62 Mb.
səhifə49/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   45   46   47   48   49   50   51   52   ...   269
Azərbaycan tarixi mühazirə

5.2.“Kitabi Dədə Qorqud" dastanı Azərbaycan xalq ədəbiy­yatının ən qədim yazılı abidəsi kimi.

Kitabi Dədə Qorqud" Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi və Azərbaycan tarixinin ən qədim mənbələrindən biridir. Bu dastan erkən orta əsrlərdən Azərbaycan türklərinin Dərbənddən Mardinə, Xəzərdən Trabzon və Abxaz elinə qədər ərazilərdə yaşadığını göstərir. Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəl­lifliyi Dədə Qorquda aid edilir. Dastanın müqəddiməsində Dədə Qorqudun Məhəmməd Peyğəmbər zamanında yaşadığı qeyd edilir. Dastandakı hadisələr VII-XII əsrləri əhatə edir. Kökləri mifoloji dünyagörüşünə gedib çıxan “Dədə Qorqud” dastanları XI yüzillikdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır.


Dastan Azərbaycan türkcəsin­dədir. İndiyədək "Kitabi-Dədə Qor­qud"un iki əlyaz­ması məlumdur. Bunlardan biri – alman şərqşünası Fridrix fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitab­xanasına bağışlanmış bir müqəddimə və on iki boydan ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir. Görünür ki, hər 2 nüsxə daha qədim naməlum bir nüsxədən köçürül­müşdür.
Dastanların əsas süjeti on iki boyda əks olunmuşdur.Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara – şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir.
"Kitabi-Dədə Qorqud" dastanları XI-XII əsrlərdə və daha əvvəllər Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qara­dağ, Göyçə gölü, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir. "Kitabi-Dədə Qorqud"u yazıya köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. Bayat tayfasından olan Dədə Qorqud Dər­bənddə döğulmuş və XVII əsrdə Dərbənddə olmuş alman səy­yahı Adam Olearinin yazdığına görə, Dərbənddə dəfn olun­muşdur.
Dastan Oğuz türklərinin Azərbaycanda hələ VII əsrdən oturaq həyat sürməsini göstərir. Dastanda göstərilir ki, oğuzların düşmənləri “qara donlu kafirlərdir” (Bizans, erməni, gürcü qüvvələri). Dastan erməni, gürcü, Bizans səlibçilərinə və slav­yanlara qarşı türklərin müba­rizəsi dövrü yaranmışdır. Das­tanda oğuz türklərinin mənəvi və psixoloyi keyfiyyətləri (ehtiyatsızlığı, düşməni saymamağı, unutqanlığı, “kiçik ölümə”, yəni yuxuya aludə olmaları, yurda, vətənə, torpağa dəlicəsinə bağlılıq, mərdliyi, rəqibə qəflətən hücum etməməsi, anaya, qadına dərin ehtiramı, türk qadınının ismətliliyi, igidliyi və s.) göstəril­mişdir. Eposun qəhrəmanlıq ruhu qadın obrazlarının davranış­larında da aydın görünür. Dastanda ana obrazı xüsusilə diqqəti cəlb edir. O, vətən rəmzi kimi ümumiləşdirilir, ana haqqı Tanrı haqqı kimi qiymətləndirilir. Dastanda düşmənlərin daima türkləri bir-birinin üstünə saldırmaq cəhdlərindən, ancaq ən ağır məqamlarda türklərin umu-küsünü unudaraq birləşmək qabiliy­yəti əks olunmuşdur.
Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrindən bol-bol, məharətlə istifadə olunmuşdur.
"Kitabi-Dədə Qorqud" yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrafik məlumatla zəngindir.
XX əsrin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında "Dədə Qorqud" eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilmiş, yalnız 1960-cı illərin əvvəllərində "bəraət" ala bilmişdir.
"Kitabi-Dədə Qorqud" Azərbaycan türkcəsinin və oğuz türklərinin tarixini öyrənmək baxımından zəngin mənbədir. Eramızın ilk yüz­illik­lərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi - siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər. İlk oğuzlar Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə qədim türklərin Dərbənd keçidi vasitəsilə, habelə Böyük Qafqazın başqa dağ aşırımlarından keçərək yayılmışlar. Xilafət dövründə oğuzların islam dinini qəbul etməsi vahid xalqın və onun dininin təşəkkülünə təkan verdi və bu prosesin sürət­lənməsinə həlledici təsir döstərdi.
Dastanların misilsiz dil materialı Azərbaycan xalqının və vahid Azərbaycan dilinin təşəkkülünün eramızın VI-VII əsrlərində artıq başa çatdığını təsdiq edir.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin