Azərbaycan tarixi


Yazı və Ədəbiyyat. Alban əlifbası



Yüklə 0,62 Mb.
səhifə47/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   43   44   45   46   47   48   49   50   ...   269
Azərbaycan tarixi mühazirə

Yazı və Ədəbiyyat. Alban əlifbası. III-VII əsrlərdə Atro­patenada pəhləvi yazısın­dan istifadə edilirdi. Albaniyada isə V əsrdə 52 hərfdən ibarət əlifba yaradılmış, kilsə məktəbləri açıl­mışdır. Alban tarixçisi Musa Kalankatlı yazısı olan xalqlar içərisində maday­ları və albanları xüsusi qeyd edərək yazırdı: "Yazıya malik olan xalqlar budur: yəhu­dilər, romalılar (bunların yazısından bizanslılar da istifadə edirlər), ispanlar, yunanlar, madaylar, ermənilər və albanlar".
Tarixi mənbələrə görə, Alban əlifbası V əsrdə albaniyalı din xadi­mi iyerey Benyamin tərəfindən hazırlanmış və parf mənşəli maarifçi Mes­rop Maştots tərəfindən təkmilləşdirilmişdir. Alban yazısının çiçək­lənmə dövrü V-VI yüzilliklər sayılır. Ərəb Xəlifəsinin göstərişi ilə Alban Həvari Kilsəsi Erməni Qriqoryan Kilsəsinə tabe edildikdən sonra erməni katolikosu İlyanın göstərişi ilə Alban əlifbası və alban əlifbasıyla yazıl­mış kitablar qədim erməni dilinə tərcümə edildikdən sonra məhv edil­miş­dir.Uzun müddət itmiş hesab edilən Alban əlifbası 1937-ci ildə aş­kara çıxarılmışdır. 1948-ci ildə Mingəçevirdə arxeoloji qazın­tılar za­manı həmin əlifba ilə yazılmış qısa mətnli epiqrafik nümunələr tapıl­mışdır. Burada həmçinin üzərində alban yazısı olan dördkünc şamdan da tapılmışdır. Alban yazı abidəsi kimi III əsrdə Romaya göndərilmiş yazılı məlumatı, V əsrdə alban dilində tərtib edilmiş fərmanı da göstərmək olar.
VII əsrin sonu - VIII əsrin əvvəllərində yaşamış Musa Kalankatlı “Albaniya tarixi” əsərinin birinci və ikinci kitablarını yazmışdı. Əsərin birinci kitabı Bibliya tarixindən VI əsrə qədər, ikincisi VI əsrdən VIII əsrin əvvəllərinə qədər, üçüncüsü VIII əsrdən X əsrə qədər olan dövrdə baş vermiş hadisələri əks etdirir. Əsərin üçüncü kitabı X əsrin sonunda Musa Kalankatlının davamçıları tərəfindən yazılmış və onun “Albaniya tarixi” əsərinə əlavə edilmişdir.
VII əsrdə Albaniyanın alban dilində yazan ən məhşur şairi Dəvdək yaşamışdır və bu günümüzə onun Cavanşirin ölümünə yazdığı mərsiyə qalmaqdadır.Türk-oğuz ədəbiyyatının ən qiy­mətli nümunəsi olan “Kitabi Dədə Qorqud” dastan­larının forma­laşması VII əsrdə oğuz türklərinin Azərbaycan Albaniya­sında məskunlaşdığı dövrdən başlamışdır.
Albaniyada incəsənət və memanrlıq da inkişaf etmişdi. Memarlıqda günbəzli tikililər VIII əsrə qədər yayılmışdı. Tərtərçay üzərində körpü, Qazaxda Əskipara kəndi yaxın­lığındakı monastr kompleksi də bu dövrdə tikilmişdi.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin