Azərbaycan tarixi


Erkən orta əsrin erməni müəlliflərindən



Yüklə 0,62 Mb.
səhifə6/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   2   3   4   5   6   7   8   9   ...   269
Azərbaycan tarixi mühazirə

Erkən orta əsrin erməni müəlliflərindən Moisey Xorenatsi və Favstos Buzandın kitablarında Azərbaycanda baş verən siyasi hadisələr, müxtəlif tayfalar, etnik adlar haqqında məlumat verilmişdir. Tarixə adı məlum olmayan müəllif tərə­findən yazılmış “VII əsr erməni coğrafiyası” əsərində də Azərbaycan əraziləri haqqında məlumatlar yer almış­dır. Qeyd etmək lazımdır ki, adı çəkilən bütün erməni mənbələrində artıq o dövrdən başlayaraq Azərbaycan torpaqlarına iddialar irəli sürülmüşdür. Məsələn, “VII əsr erməni coğrafiyası”nda tarixi həqiqət təhrif olunur, Azərbaycanın (Albaniyanın) qərb ərazilə­rinin guya Ermənistana mənsub olması kimi əsassız iddia irəli sürülür. Azərbaycan tarixinin öyrənil­məsində erməni mənbə­lərindən müqayisə məqsədi ilə istifadə olunsa da, onlara tənqidi yanaşılmış, əsassız iddialar rədd edilmişdir.
Ərəb mənbələrində Azərbaycan haqqında verilən məlu­matlar xronoloji baxımdan VII əsrdən başlayır. Ərəb müəllif­lərinin əsərlərini (Bəlazuri, İbn Xordadbeh, İbn Havgəl, Təbəri, Müqəddəsi, Yaqut Hə­məvi, Məsudi və başqaları) fərqləndirən başlıca cəhət onlarda Azərbay­can haqqında daha müfəssəl məlumatların əks olunmasıdır. Bu mən­bələrdə Azərbaycanın şəhərləri, əhalisi, əhalinin dili, dini, etnik mən­subiyyəti, siyasi hadisələr və sairə haqqında çox geniş bilgilər verilir. Həmin mənbələrdə Azərbaycan adının mənşəyi barədə mövcud mülahi­zələr əks olunmuş, Azərbaycanın tarixən qədim zamanlardan türklər ölkəsi olduğu göstərilmişdir.
Orta əsr yazılı mənbələri (XI-XVIII əsrlər). Bu dövrün ərəb, fars və türkdilli qaynaqlarında Azərbaycan tarixinə aid qiymətli məlu­matlar əks olunmuşdur. Ərəb müəlliflərindən İbn Əl-Əsir Azərbaycan ərazisi və tarixi barədə müxtəlif məlumatlar qeydə almışdır. Həmdullah Qəzvini orta əsr Azərbaycan şəhərləri, dağları, çayları və təbii sərvətləri, əhalisinin etnik tərkibi, məş­ğuliyyəti barədə məlumat verir. Fəzlullah Rəşi­dəddin də əsər­lərində, Hülakilər dövləti dövründə Azərbaycanın iqti­sadi, siyasi, demo­qrafik məsələlərini işıqlandırmışdır. Sədrəddin Hüsey­­ninin əsəri isə Səlcuq sülaləsinə, Səlcuqların Azərbaycana yürüş­ləri və bu bölgədə möhkəmlənməsinə həsr olunmuşdur. Əslən Bakıdan olan Rəşid Əl-Bakuvinin əsərlərində Azərbay­canın coğrafi şəraiti və əhalisi haqqında qiymətli məlumatlar verilir.
Orta əsrlərdə yazıb yaratmış Cuveyni,Məhəmməd Naxçı­vani, Həsənbəy Rumlu, Ən-Nəsəvi, Xondəmir (Qiyasəddin Hüseynli), Mir Yəhya Qəzvini, Şərəfxan Bitlisi, İsgəndər Münşi, Hüseyn Bürhan, Mirzəbəy Həsən Hüseynli, Məhəmməd Tahir, Əylisli Zəkəriyyə, Mustafa Əfəndi, Övliya Çələbi və sair müəlliflərin yazdığı əsərlərdə də Azərbaycan tarixinin müxtəlif məsələlərinə dair fraqmentar məlumatlar verilmişdir.
Orta əsr yazılı mənbələrinin bir qismini avropalı müəllif­lərin əsərləri təşkil edir. Azərbaycana gələn Avropa səyyahları Adam Oleari, Peter de Valli, Yan Şardın, Kempfer, J.Lerx, Tomas Herbert, Jan Batist Tavernye, Rafael dü Man və başqalarının əsərlərində Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatına dair müxtəlif məlumatlar yer almışdır.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin