Azərbaycan tarixi


AZƏRBAYCAN ƏRAZİSİNDƏ İBTİDAİ İCMA CƏMİYYƏTİ



Yüklə 0,62 Mb.
səhifə9/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   5   6   7   8   9   10   11   12   ...   269
Azərbaycan tarixi mühazirə

AZƏRBAYCAN ƏRAZİSİNDƏ İBTİDAİ İCMA CƏMİYYƏTİ

Plan




  1. Azərbaycan ərazisində daş dövrü və ən qədim insan məskənləri.

  2. Azərbaycanda mis-daş (eneolit), erkən və orta tunc dövrləri.

  3. Azərbaycan ərazisində son tunc və ilk dəmir dövr­lərində əmlak bərabər­sizliyinin yaran­ması və ibtidai icma quruluşunun dağılması.



1.1.Azərbaycan ərazisində daş dövrü və ən qədim insan məskənləri.


İbtidai icma quruluşu tarixinin əsas problemləri. İbtidai icma quruluşunun tarixi elm sahələri tərəfindən tədqiq olunur və müasir dövrdə ibtidai icma quruluşunun tarixinə aid 3 məsələ var ki, onlara hələ dəqiq cavab vermək mümkün olmamışdır. Bunlar antropogenez prob­lemi, insanların ilkin vətəni problemi və ibtidai – icma quruluşu­nun dövrlərə bölünməsi prob­lemidir.
Antropogenez” insanın yaranması deməkdir. Bu günə qədər insanın necə və nə vaxt yaranması sualına tam cavab tapılmamışdır. Bütün səmavi dinlər insanın Allah tərəfindən və torpaqdan yaradıl­dığı­nı iddia edir. Elmi baxışlara görə isə insan ən primitiv canlıların təkamülü nəticəsində yaranmışdır.
Bir neçə onilliklər öncə hesab olunurdu ki, ilk qədim insanlar 2 mln. il eramızdan əvvəl yaşamışlar. Lakin Keniyanın Olduvay dərəsində tapılan ən qədim insana məxsus qalıqlar və onların elmi təhlilinin nəticələri deməyə əsas verir ki, ilk insanlar ən azı 5 mln. il öncə yaşa­mışlar Lakin hələ bu da son söz deyil. İnsanların ilkin vətəni prob­leminə gəldikdə bu məsələdə iki yanaşma nəzərə çarpır. Bir qrup alimlər insanların yalnız bir ərazidən yayılması ehtimalını irəli sürürlər və bu mövqeni müdafiə edən cərəyan mono­sentrizm adlanır (latınca: mono-tək, bir; sentrio – mərkəz deməkdir). Tədqiqatçıların böyük əksəriyyəti ilkin insanların eyni vaxtda müxtəlif ərazilərdə yaşaması və Planetə yayılması fikrini dəstəkləyirlər. Bu cərəyan polisentrizm adlanır (latın­ca: poli-çox, sentrio-mərkəz deməkdir). Müasir dövrdə də polisentrist­lərlə monosentristlərin elmi diskussiyası davam edir. Azərbaycan tarixşünaslığı daha çox polisentrist mövqedə dayanır və ilkin insanların əsasən, 3 ərazidən – Afrikanın şimal-şərqindən, Asiyanın cənubi – qərbindən və Cənubi Avropadan yayılmağı mövqeyini təsdiqləyir.
İbtidai-icma quruluşunun tarixinin 3-cü problemi – ibtidai-icma quruluşunun dövrlərə bölünməsi problemidir. Bu məsələdə əsas problem dövrlənmə meya­rının seçilməsidir.
Müasir dövrdə dünya təcrübəsində, o cümlədən Azər­baycan tarix elmində ibtidai-icma quruluşunun tarixinin dövr­lənməsində 2 meyar - qədim insanlar tərəfindən əmək alətlərinin hazır­lanması texnologiyası və insan birliyində icti­mai münasi­bətlərin inkişaf səviyyəsi əsas götü­rülür. Əmək alətlərinin hazır­lanma texnolo­giyasına görə ibtidai-icma quruluşunun tarixi 3 dörə bölünür: daş dövrü (qədimdən e.ə. VI minil­liyə qədər); mis-tunc dövrü (e.ə. VI-II minillik­lər); dəmir dövrü (e.ə. II minilliyin sonundan bu günü­müzə qədər).
Daş dövrü 3 mərhələyə bölünür: 1) Qədim daş dövrü (pale­olit) – qədimdən e.ə. XII minilliyə qədər; 2) Orta daş dövrü (mezolit) – e.ə. XII –VIII minilliklər; 3)Yeni daş dövrü (neolit) e.ə. VIII –VII minilliklər. Qədim daş dövrü (Paleolit) özü 3 mərhələyə bölünür: 1) Alt paleolit (qədimdən e.ə. 100 minilliyə qədər); 2) Orta Paleolit (qədimdən e.ə. 100-40-cı minilliklər); 3) Üst Paleolit ( e.ə. 40-12 minilliklər).
İnsan kollektivlərində ibtidai münasibətlərin təkmilləşmə səviy­yəsinə görə də ibtidai-icma quruluşunun tarixi üç dövrə bölünür: 1) ibtidai insan sürüsü dövrü (“ulu icma” dövrü); 2)anaxaqanlığı (matri­arxat); 3) ataxaqanlığı (patriarxat). Baxdığımız hər iki böl­günü bir-birinə uzlaşdırsaq ibtidai insan sürüsünün Alt və Orta Paleolitdə, anaxaqanlığı dövrünün Üst Paleolit, Mezolit,Neolit dövründə və ataxa­qanlığının Tunc və Erkən dəmir dövründə mövcud olduğunu görərik.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin