Azərbaycan tarixi


Orta Paleolit (Mustye mədəniyyəti)



Yüklə 0,62 Mb.
səhifə11/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   7   8   9   10   11   12   13   14   ...   269
Azərbaycan tarixi mühazirə

Orta Paleolit (Mustye mədəniyyəti). Orta paleolit eramızdan əvvəl 100-cü minillikdən 40-cı minilliyə qədərki 60 min illik dövrü əhatə etmişdir. Bu dövrə aid əmək alətləri ilk dəfə Fransada Le- Mustye arxeoloji abidəsindən tapıldığına görə orta paleolit dövrü Mustye mədəniyyəti dövrü də adlanır. Azərbay­canda aparılan arxeoloji tədqiqat­lar zamanı orta paleolitə (Mustye mədəniyyətinə) aid maddi mədəniyyət nümunələri Azıx mağarasının III təbəqəsində, Tağlar (Qara­bağ), Damcılı (Qazax), Zar (Kəlbəcər), Qazma (Naxçıvan), Lerik rayonu ərazi­sində Zuvand çayının sol sahilində tapılan Buzeyr mağa­ralarında aşkar edil­miş­dir. Azərbaycanda aid Orta paleolitdə yeni insan tipi-Neandertal adamı (bu tipli insan qalığı ilk dəfə Almaniyanın Neandertal dərəsində tapıldığına görə belə adlanır) meydana gəlmişdir.
Orta paleolitdə insanlar daha geniş ərazilərə yayılmışdır və elə o vaxt Kiçik Qafqazın cənubi-şərq yamaclarında insan məskənləri meydana gəlmişdir. Bu dövrdə yaşayan insanlar daha çox ovçuluqla məşğul olurdular ki, bu da onların daha geniş ərazilərə yayılmasına şərait yaratmışdır. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı Mustye dövründə neandertal tipli insanların qəbirləri aşkar olunmuşdur. Deməli, Mustye dövründə neandertal tipli adamların həyatında dəfn mərasimi olmuş və artıq onlarda bəzi dini görüşlər formalaşmağa başlamış, axirət dünyasına, heyvan və təbiət qüvvələrinə inam, totem, ovsun bu dövrdə meydana gəlmişdir.
Üst Paleolit təqribən 40 min il bundan əvvəl başlayaraq, e.ə. 12-ci minillikdə başa çatmışdır. Azərbaycan ərazisində Üst Paleolit dövrünə aid maddi mədəniy­yət nümunələri Qarabağ (Yataq yeri və Zar açıq yaşayış yerində) və Qazax bölgəsində (Damcılı mağa­rasında), aşkar olunmuşdur. Damcılı mağarasının daş məmulatı içərisində Üst Paleolit dövrünə aid əksəriyyəti çaxmaq və dəvəgözü daşlarından hazırlanmış qaşovcuqlar, kəsici alətlər, bizlər və bıçaq tipli, gəzlidişli, üçbucaq formalı əmək alətləri qeydə alınmışdır.
Üst Paleolit dövründə nəhəng heyvanların və mağara ayılarının kökü kəsilmiş, insanlar, əsasən, Qafqaz maralı, ceyran, cüyür, dağ keçisi və s. ovla­mış­lar. Ağıllı insan (Homo Sapiens) tipi Azərbaycanda 40 min il bundan əvvəl formalaşmışdır. İbtidai insan sürüsü 30 min il bundan əvvəl qəbilə icması ilə əvəz­lənmişdir. Nəsli qəbilə quruluşunda qadın­ların əsas işi uşaqlara baxmaq, yemək hazırlamaq, giləmeyvə, bitki toxumu toplamaq, odu qoruyub saxlamaq idi. Qəbilə icmasında insanlar biri-birilə qan qohumluğuna görə bağlı idilər və bu birlik nəsli qəbilə quruluşu adlanır. Anaxaqanlığında (ana nəsli) qohumluq ana xətti ilə müəyyən edilirdi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin