Azərbaycan tarixi


AZƏRBAYCAN XALQ CÜMHU­RİY­­YƏTİ (1918-1920)



Yüklə 0,62 Mb.
səhifə196/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   192   193   194   195   196   197   198   199   ...   269
Azərbaycan tarixi mühazirə

AZƏRBAYCAN XALQ CÜMHU­RİY­­YƏTİ (1918-1920).

Plan




  1. Azərbaycan Xalq Cumhuriy­yəti­nın yaradıl­ması ərəfə­sində siyasi vəziyyət

  2. Azərbaycan Xalq Cumhuriy­yəti­nın yaradıl­ması,onun daxili siyasəti.

  3. Milli dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi siya­sət, mədəni quruculuq.

  4. AXC-nin xarici siyasəti

  5. XI Qızıl Ordunun Azərbaycana təcavüzü, AXC-nin süqutu və Azərbaycan tarixində yeri



18.1. Azərbaycan Xalq Cümhuriy­yəti­nın yaradıl­ması ərəfəsində siyasi vəziyyət


Cənubi Qafqaz Demokratik Federativ Respublikasının yaranması və süqutu. 10 fevral 1918-ci il tarixdə yaradılan Cənubi Qafqaz Seymi 24 fevralda müstəqillik haq­qında qərar qə­bul etdi.Lakin qərar tezliklə həyata keçirilmədi və konkret dövlət yara­dılmadı. 03 mart 1918-ci ilin Brest sülhünə görə 1877- 1878-ci illərin Rusiya – Osmanlı müharibəsinə qədərki sərhəd xətti bərpa edilməli idi və bu qərarla Cənubi Qaf­qaz Sey­minin erməni və gürcü fraksiyaları razı deyildilər. Cənubi Qafqaz Seymi ilə Türkiyə arasında ərazi məsələlərini müzakirə etmək üçün 14 mart 1918-ci ildə Trabzonda konfrans çağrıldı. Kon­fransda Cənubi Qafqaz Seyminin Azərbaycanlı fraksiyası Türkiyəyə ərazi iddialarının olmadığını bəyan etdi. Erməni və gürcü fraksiyaları isə Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etdilər. Azərbaycan fraksiyasının cəhdlərinə baxmayaraq, 13 aprel 1918-ci il tarixdə Cənubi Qafqaz Seymi səs çoxluğu ilə Osmanlıya müharibə elan etmək haq­qında qərar qəbul etdi. Zaqafqaziya ərazisində hərbi vəziyyət elan edildi, ümumi səfər­bərlik başladı. Türk qoşunları qısa bir müddətdə Batumi, Poti ətrafı əraziləri ələ keçirərək Tiflis istiqamətində hərəkətə başladılar. Bu müharibə 21 aprel 1918-ci il tarixdə erməni-gürcü birləşmələrinin məğlubiyyəti ilə başa çatdı. 22 aprel 1918-ci il tarixdə Cənubi Qafqaz Seymi ilə Türkiyə arasında atəşkəs imzalandı, Cənubi Qafqaz Seymi Brest-Litovsk sül­hünün şərtlərini tanıdı və Cənubi Qafqaz Demokratik Federativ Respu­blikasını elan etdi.
Siyasi quruluşuna görə federativ respublika olan Zaqafqaziya Respublikasının paytaxtı Tiflis şəhəri idi. Dövlət dili kimi Azərbaycan dili, gürcü dili və erməni dilindən istifadə olunurdu. Pul vahidi Zaqafqaziya rublu idi. Əraziləri Bakı quberniyasının qərb hissəsin­dən,Yelizavetpol, İrəvan, Tiflis, Kutaisi quber­niyalarının, Suxumi və Zaqatala dairələrinin ərazilərini əhatə edirdi. Əhalisi əsasən Azərbaycan türkləri, gürcülər və ermənilər­dən ibarət idi.Ximeranı xatırladan bu dövlətin ən böyk şəhərlərində - Gəncədə, Şəkidə, İrəvanda, Naxçıvanda bütün­lüklə, Kutaisi və Tiflis şəhərlərində isə əhəmiyyətli sayda Azər­baycan türkləri yaşayırdı. Cənubi Qafqaz Demokratik Federativ Respublikası höku­mətinin başçısı gürcü Akaki Çxenkeli təyin olunmuşdu. Azərbaycanı bu hökumətdə Fətəli xan Xoyski (Ədliyyə naziri),Xudadbəy Məlikaslanov (Dəmiryolları naziri) Nəsib bəy Yusifbəyli (Təhsil naziri), Məmmədhəsən Hacinski (Ticarət və Sənaye naziri) və İbrahim Heydərov (Dövlət nəzarəti naziri) təmsil edirdilər. Eyni zamanda, Cənubi Qafqaz Demo­kratik Federativ Respublikasının Parlamenti də yaradıldı. Bu parlamentdə Müsa­vat par­ti­ya­­sından 30 nümayəndə, Gürcü sosial - demokrat partiyasından 32 nümayəndə və ermə­nilərin Daşnak­sütyun partiyasından 28 nümayəndə var idi. 11 may 1918-ci il tarixdə Batum­da Türkiyə və müttəfiqi sayılan Almaniya nüma­yəndələri Zaqaf­qaziya Respublikası hökuməti ilə danışıqlara başladılar. Danışıqlar zamanı Zaqafqaziya nümayəndələri arasında fikir ayrılığı daha da dərinləşdi. Əgər Azərbaycanlı nümayəndələr Türkiyə ilə sülh bağlamaq iqtidarında idisə, gürcülər Türkiyəyə təhlükə mənbəyi kimi baxır, Almaniya qoşunlarını Gürcüstana dəvət etməyi planlaşdırırdılar. Erməni Milli Şurası ümumiyyətlə “Antanta” ölkələri ilə, xüsusən də İngiltərə ilə əlaqələrin qurulmasını prioritet sayırdı.
Cənubi Qafqaz Demokratik Federativ Respublikası ilə Türkiyə arasında danışıqlar nəticəsiz oldu, tərəflər arasında yenə müharibə başladı.Türk ordusunun Sərdarabad, Qara­kilsə və Baş-Aparan döyüş­lərində qələbələri Cənubi Qafqaz Demokratik Federativ Respu­blikası daxilində ziddiyyətləri daha da dərinləş­dirdi. Batumda sülh danışıqları zamanı Almaniya nümayəndələri Zaqafqaziya nümayəndəliyinin gürcü üzvləri ilə separat danışıqlar apararaq onlara bildirdilər ki, Federasiya tezliklə dağılacaq və gürcülər kömək üçün Almaniyaya müraciət etməlidirlər.
14 may 1918-ci il tarixdə Gürcü Milli Şurası Almaniyanın hima­yədarlığını qəbul etmək haqqında qərar qəbul etdi. 26 may 1918-ci il tarixdə Cənubi Qafqaz Seyminin gürcü fraksiyası Almaniyanın dəstəyi ilə Cənubi Qafqaz Federativ Respubli­kasından cıxaraq Gürcüstan Demokratik Respublikasını elan etdi. Cənubi Qafqaz Seymi və Cənubi Qafqaz Federativ Respublikası buraxılmış elan olundu. Beləliklə, Cənubi Qafqaz Federativ Respublikası cəmi 34 gün yaşadı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin