Azərbaycan texnologiya universiteti Tələbə-Eldarlı Özal


Ünsiyyəti uğurlu edən qaydalar



Yüklə 229,31 Kb.
səhifə6/6
tarix01.01.2022
ölçüsü229,31 Kb.
#106885
1   2   3   4   5   6
Sərbəst İş 3 (Ünsiyyət)

Ünsiyyəti uğurlu edən qaydalar

Ünsiyyət qurma bacarığı – müasir zamanda insana ən çox gərəkli olan səriştələrdən biridir. Əksər hallarda vakansiyalarda savadlı ünsiyyət qabiliyyəti tələb olunur. Belə ki, bu, yaxşı məhsuldar fəaliyyət üçün mütləq xarakter daşıyır. Uğurlu ünsiyyət hər şeydən öncə özünə inamdan ibarətdir. Bununla siz özünüzün bir tərəfdaş kimi nə qədər güvənli olduğunuzu göstərirsiniz. Daxili əminlik hissi sizin sözlərinizdə, davranışınızda öz əksini taparaq sanki xüsusi bir enerji kimi ünsiyyəti effektli edir. Peşəkar ünsiyyətdə əldə olunan nailiyyət uğurlu əməkdaşlığın birinci amilidir. Uğurlu ünsiyyətin aşağıdakı qaydaları var:

  • Əgər mənfi planda cümlə deyəcəksinizsə, əvvəlində müsbət bir cümlə ilə başlayın. Danışmağa əskikliklərlə deyil, müsbət tərəflərlə başlayın. Daha sonra problem olduğunu düşündüyünüz sahəni söyləyin.

  • Hansısa bir hadisəni, şahidi olduğunuz bir vəziyyəti başqa birinə izah etmək məcburiyyətində qalırsınızsa, cümlələrinizin sadə və şişirtməsiz (obyektiv) olmasına diqqət edin, faktları vurğulayın. Belə olduqda sizin başqa dedikləriniz də şübhə doğurmayacaq.

  • Qarşınızdakı sizdən kömək və ya fikir istəmədiyi müddətcə istiqamətləndirməyə çalışmayın.

  • İstək və ehtiyaclarınız mövzusunda dürüst, sadə və aydın ünsiyyət qurmağınız onları əldə etməyin ən yaxşı və sağlam yoludur.

  • Əgər iş yerinizdə heç kimin bilmədiyi qarışıq və ya ixtisas sahəsi xaricində bir mövzudan bəhs edəcək, ya təklif olaraq təqdim edəcəksinizsə, ən yaxşı üsul nümunə verməkdir. Nümunələr, mövzuların başa düşülməsinə əhəmiyyətli dərəcədə aydınlıq gətirir. Danışıq zamanı fəal dinləyici mövqeyində olun, mühakimə edici, israrçı və inadçı rəftarlardan çəkinin. Sizinlə danışmaqdan həzz ala bilmələri üçün əks fikirləri də hörmətlə dinləyin, doğru bədən dili və üslubla fikirlərinizi söyləyin.

  • Əgər uzun və ətraflı bir danışıq lazımdırsa, mətninizi hissələrə ayırın, nümunələr gətirməklə danışın.

  • Danışarkən göz kontaktı qurun. Qarşınızdakı adamla əlaqə saxlamağın ilk yolu sözlər deyil, gözlərdir. Doğru ünsiyyət həm vizual, həm şifahi olaraq qurulur.

  • Yaxşı bir dinləyici olun və qarşınızdakını diqqətlə dinləyin.

  • Özünüzü tərəfdaşınızın yerinə qoyaraq problemlərə “onun gözü” ilə baxın.

Əbədi olan yalnız hisslər və qarşılıqlı münasibətlərdir. Bunlar da öz əksini ünsiyyətdə tapır. Ona görə də insanlarla sağlam ünsiyyətdə olmağa çalışmalıyıq.
Yüklə 229,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin