Azərbaycan texnologiya universiteti Tələbə-Eldarlı Özal



Yüklə 229,31 Kb.
səhifə5/6
tarix01.01.2022
ölçüsü229,31 Kb.
#106885
1   2   3   4   5   6
Sərbəst İş 3 (Ünsiyyət)

Psixoloji səbəblər: Ünsiyyət zamanı insanlar arasında belə çətinliklər iki halda ortaya çıxır:

  • Müsahiblər müəyyən fərdi xüsusiyyətlərə malik olduqda. Məsələn, müsahiblərdən birinin həddindən artıq utancaq, digərinin qapalı və ya “qaradinməz” olması ünsiyyət problemi yaradır;

  • Müsahiblər arasında xüsusi növlü psixoloji münasibətlər əmələ gəldikdə. Məsələn, bir-birinə qarşı qərəz, ədavət, düşmənçilik, inamsızlıq və s.–in olması ünsiyyəti xeyli çətinləşdirir, hətta bir çox hallarda mümkünsüz edir.

Ünsiyyət probleminin həlli yolları: Ünsiyyət prosesində yaranan problemləri aradan qaldırmaq üçün psixoloqlar iki vacib amili qeyd edirlər:

  • Adamların ünsiyyət mədəniyyətini artırmaq;

  • Adamlara ünsiyyət vərdişləri aşılamaq.

Müasir dövrdə ünsiyyət vərdişləri aşılamaq üçün ən təsirli vasitə kimi sosial-psixoloji treninqdən (ingiliscə “”training” – öyrənmək, hazırlamaq, məşq etmək deməkdir) istifadə olunur. Sosial-psixoloji treninqdə özünüdərketmə, ünsiyyət və qarşılıqlı təsir vərdişlərinin formalaşdırılması sahəsində qrup metodları işlənilir və tətbiq olunur. Bu zaman başlıca vasitə kimi iki üsuldan geniş istifadə olunur:

Sosial treninqin köməyi ilə aşağıdakı nəticələr əldə edilir:

  • Ünsiyyət sahəsində həyatı çətinliklərlə rastlaşmış adamlarda kommunikativ vərdişlər formalaşdırılır;

  • Ünsiyyət problemi yaşayan adamlarda ümumi ünsiyyət hazırlığı təkmilləşdirilir;

  • Adamlarla bağlı olan peşə sahiblərində - rəhbər işçilərdə, pedaqoqlarda, tibb işçilərində, idman məşqçilərində və b. xüsusi ünsiyyət vərdişləri yaradılır.


1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin