Azərbaycan


TEMA 4. MÖVZU 4.AZƏRBAYCANIN TƏBİƏTİ



Yüklə 1,2 Mb.
səhifə6/59
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108109
növüУчебное пособие
1   2   3   4   5   6   7   8   9   ...   59

TEMA 4. MÖVZU 4.AZƏRBAYCANIN TƏBİƏTİ

 1.XƏZƏR DƏNİZİ

Qədim zamanlardan indiyə kimi Xəzər dənizinə 75-dən çox ad verilmişdir. İndi bu adlardan yalnız ikisi qalmışdır. Şərq ölkələrində bu dənizə “Xəzər”, qərb ölkələrində isə “Kaspi” deyirlər.

Xəzərin uzunluğu 1200, eni isə 300 kilometrə yaxındır. Azərbaycan ərazisində onun sahillərinin uzunluğu 825 kilometrdir. Azərbaycanın paytaxtı Bakı şəhəri Abşeron yarımadasının Xəzər dənizinin içərisinə daxil olan yerində yerləşir. Bakıda, Xəzərin sahilində gözəl bulvar salınmışdır. Bu bulvar Bakı zəhmətkeşlərinin ən çox sevdiyi və istirahət etdiyi yerlərdən biridir.

Xəzər dənizi Azərbaycanın xalq təsərrüfatına böyük xeyir verir. Xəzərin su yolu ilə başqa ölkələrə yük daşınır. Xəzər dənizinin dibindən çoxlu neft və qaz çıxarılır. Xəzər dənizində və ona tökülən çaylarda zəngin balıq ehtiyatı vardır. Burada nərə, ziyad, xəşəm balıqları, qızıl balıq, uzunburun balıq və kilkə ovlanır. Bütün Yer kürəsinin nərə balıq ehtiyatının 78-80%-i Xəzər dənizindədir. Dünyada nərə balıqlarından alınan kürünün xeyli hissəsini Azərbaycanın balıq vətəgələri verir.

Xəzər dənizi Azərbaycanın iqlimini xeyli yaxşılaşdırır. Orta Asiya səhralarından gələn isti, tozlu və quru küləklərin garşısını alır. Xəzər dənizinin sahilində istirahəti üçün düşərgələr salınmış, sanatoriya və istirahət evləri tikilmişdir. Burada həm yaşlılar, həm gənclər, həm uşaglar üçün bütün şərait yaradılmışdır.

Lüğət

qədim zamanlardan – с давних времен

indiyə kimi – до настоящего времени

eni – ширина

xalq təsərrüfatına – сельскому хозяйству

qərb – запад

uzunluq – длина

daşılmaq – перевозить

dənizin dibindən – со дна моря

çıxarılır – здесь: добывается

ehtiyat – запас

Yer kürəsi – земной шар

kürü – икра

xeyli hissəsi – значительная часть

tozlu – пыльный

Tapşırıq 18. Mətni oxuyun və tərcümə edin.

Tapşırıq 19. Suallara cavab verin:

- Xəzərin eni, uzunluğu və Azərbaycanla sərhəd olan sahili nə qədərdir?

- Xəzər vasitəsilə hansı ölkələrə yük daşınır?

- Xəzərdə hansı balıqlar yaşayır?

- Xəzər dənizi Azərbaycanın havasına necə təsir göstərir?

- Burada kimlər istirahət edir?


Tapşırıq 20. Oxuyun, birləşmələri rus dilinə tərcümə edin.

Xəzər dənizi, şərq ölkələri, xeyir vermək, istirahət evi, zəhmətkeş balaları, Xəzərin uzunluğu.

Tapşırıq 21. Verilmiş sözləri və ifadələri düzgün tələffüz etməyi öyrənin.

Balıq vətəgəsi, böyük qayğı, külək, istirahət etmək, indiyə kimi, zəngin ehtiyat, Yer kürəsi, kürü.



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin