Azərbaycan



Yüklə 1,2 Mb.
səhifə9/59
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108109
növüУчебное пособие
1   ...   5   6   7   8   9   10   11   12   ...   59
4. DƏRMAN BİTKİLƏRİ
İnsanlar hələ çox qədim zamanlardan dilirdilər ki, bitkilərin onlara xeyri çoxdur. Bitkilər insanları yalnız yedirdib doydurmur, həm də onlara geyinmək və qızınmaq vasitəsi kimi də kömək edir. Qısa desək, bitkilər insanları yedirdir, geydirir və müalicə edir.

Ağıllı adamlar belə deyilər: “Həkimin üç silahı var: söz, bitki və bıcaq”. Qədim zamanlardan bəri insanlar dərman bitkilərini belə yüksək qiymətləndirmişlər.

Azərbaycan torpağı da dərman bitkiləri ilə zəngindir. Keçmiş Sovet İttifaqında bitən 20 min dərman bitkisinin mindən çox növü Azərbaycanda yetişir. Ölkəmizdə 300-dən artıq müxtəlif dərman bitkisi yabanı halda yetişir. Bu bitkiıərin altmış dördündən (64) müasir təbabətdə, yüz əllisindən isə (150) xalq təbabətində istifadə olunur.

İndi kimyanın çox böyük sürətlə inkişaf etməsinə baxmayaraq, dərman bitkiləri təbabətdə böyük rol oynar. Dərmanların demək olar ki, yarısı bitkiləri hazırlanır.

Azərbaycanın meşəlik və dağlıq rayonları dərman bitkiləri ilə daha zəngindir. Ölkəmizin Quba, Xaçmas, Qusar, Qonaqkənd, Şəki, Zaqatala, Balakən, Lənkəran, Lerik. Astara rayonlarında, Naxçıvanda, Dağlıq Qarabağda qiymətli dərman bitkiləri yetişir.

Azərbaycanda cır nar, biyan, sumağ, itbrnu, ayıdöşəyi kimi dərman bitkiləri o qədər çoxdur ki, onların hamısı toplansa, təkcə Azərbaycana yox, başqa qonşu ölkələrə də çatar.

İndi dərman bitkikəri üçün Azərbaycanda xüsusi yerlər ayrılmışdır. Dərman bitkilərini toplamaqda yerli adamlar həmişə tədarükçülərə kömək edir.
Lügət
dərman – лекарство

bitki – растение

yedirtmək – кормить

geydirmək – одевать

biyan – лакричник

itburnu – шиповник

ayıdöşəyi – папоротник

yetişdirmək üçün – для выращивания

silah – оружие

yabanı halda – диким образом

müasir təbabət – современная медицина

xalq təbabəti – народная медицина

tədarükçü – заготовщик.
Tapşırıq 31. Mətni oxuyun və tərcümə edin.

Tapşırıq 32. Suallara cavab verin:


- İnsanlar dərman bitkilərinin xeyrini nə vaxtdan bilmişlər?

- Dərman bitkilərinin insanlara xeyri nədir?

- Azərbaycanda nə qədər dərman bitkisi bitir?

- Siz hansı dərman bitkilərini tanıyırsız?

- Sizin yaşadığınız rayonlarda hansı dərman bitkiləri bitir?

- Siz dərman bitkiləri toplamaqla məşğul olmusunuzmu?


Tapşırıq 33. Söz və ifadələri düzgün tələffüz edin, onların mənasını dəqiqləşdirin və cümlələrdə işlədin.

İtburnu, qiymətli dərman, müasir təbabət, müalicə etmək, həkim, dərman, bitkiləri, zəngin, qiymətli.

Tapşırıq 34. Verilmiş ifadələri işlətməklə cümlələr qurun.

Dərman bitkiləri, qədim zamanlar, müalicə etmək, dağlıq rayonlar, qonşu ölkələr, tədarükçülərə kömək.


Tapşırıq 35. Azərbaycan dilinə tərcümə edin.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin