Azərbaycan


ТЕМА 42. CƏLİL MƏMMƏDQULUZADƏ



Yüklə 1,2 Mb.
səhifə53/59
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108109
növüУчебное пособие
1   ...   49   50   51   52   53   54   55   56   ...   59

ТЕМА 42. CƏLİL MƏMMƏDQULUZADƏ

Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) XX əsr Azərbaycan ədəbiyyatının ölməz sənətkarlarından biridir. O, 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini Naxşıvanda “Russko-tatarşkaya şkola” adlanan məktəbdə almış və 1883-cü ildə Qori şəhərindəki müəllimlər seminariyasına qəbul edilmişdir. 1887-ci ildə oranı bitirmişdir. Cəlil Məmmədquluzadə əvvəl Uluxanlı kəndində, sonra isə Naxçıvanın Nehrəm kəndində müəllim işləmişdir.

Cəlil Məmmədquluzadə 1903-cü ildə Tiflisə köçmüş, orada Azərbaycan dilində çıxan “Şərqi – Rus” və rus dilində nəşr olunan “Kavkazski raboşi listok” qəzətlərində əməkdaşlıq etməyə başlamışdır. “Poşt qutusu” adlı hekayəsini bu dövrdə yazmış və çap atdirmişdir.

Cəlil Məmmədquluzadə 1906-cı il “Molla Nəsrəddin” satirik jurnalını nəşr etmək başlayır. Jurnalın redaksiyası dövrün yaradıcı ziyalılarının görüş yerinə çevrilir. Burada müzakirələr keçirilir, fikir mübadilələri aparılır. Mirzə Cəlil bu tədbirlərin mərkəzində dayanır. Onun jurnalıstik fəaliyyəti geniş miqyasda yayılır. “Molla Nəsrəddin” imzası ilə felyetonlar yazır.

Cəlil Məmmədquluzadə realist və satirik yazıçıdır. O, kiçik hekayələr ustası və görkəmli dramaturq kimi şöhrət qazanmışdır. Onun “Danabaş kəndinin əhvalatları” povesti, “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy” və s. hekatələri, “Anamın kitabı”, “Ölülər”, “Danabaş kəndinin məktəbi” kimi pyesləri məşhurdur.

İstər “Molla Nəsrəddin” jurnalında, istərsə yazdığı hekayə və pyeslərdə C. Məmmədquluzadə mövhumata, cəhalətə, ictimai bərabərsizliyə, ədalətsizliyə qarşı amansız mübarizə aparmışdır. Bu mübarizədə müxtəlif təzyiqlərlə rastlaşsa da, o öz yolundan dönməmiş, fəaliyyətini davam etdirmişdir.

1920-ci ildə Cəlil Məmmədquluzadə Bakıya köçmüşdür. Bu böyük sənətkarın yaradıcılığı diqqətlə öyrənilmiş, əsərləri dəfələrlə nəşr olunmuşdur. Eyni zamanda başqa xalqların dillərinə tərcümə edilmişdir.

Bakıda Nizami muzeyinin eyvanənda və Naxçıvan şəhərində Cəlil Məmmədquluzadə abilədəri ucalır.

Cəlil Məmmədquluzadə 1932-ci ildə Bakıda vəfat etmişdir.
Lüğət

əməkdaşlıq etmək – сотрудничать

ictimai bərabərsizlik – социальное неравенство

çap etmək – печатать

şöhrət – известность

mövhumat – предрассудки

cəhalət – невежество

amansız – беспощадно

təzyiq – давление

eyvan – крыльцо


Tapşırıq 206. Mətni oxuyun və tərcümə edin

Tapşırıq 207. Suallara cavab verin


- Cəlil Məmmədquluzadə neçənci ildə anadan olmuşdur?

- O, ilk təhsilini harada almışdır?

- Cəlil Məmmədquluzadə 1903-cü ildə Tiflisə gələrkən hansı əsərini yazır?

- Cəlil Məmmədquluzadə hansı əsərlərin müəllifidir?

- O, nə vaxt vəfat etmişdir?
Tapşırıq 208. Eyniköklü sözlərin mənalarını izah edin.
yarat(maq) – yarad-ıcı, yaradıcı-lıq

aman – aman-sız

öl(mək) – öl-məz

əmək - əmək-daş, əməkdaş-lıq

əlaqə - əlaqə-dar
Tapşırıq 209. Aşağıdakı ifadələri cümlələrdə işlədin.
Çap etmək, adını daşılmaq, daxil olmaq, seminariyanı bitirmək, əməkdaşlıq etmək, müəllim işləmək, şöhbət qazanmaq, mübarizə aparmaq, davam etdirmək, vəfat etmək.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin