Azərbaycanda



Yüklə 319,72 Kb.
səhifə2/5
tarix23.10.2017
ölçüsü319,72 Kb.
#11890
1   2   3   4   5

Beynəlxalq təcrübə
Beynəlxalq seçki qaydaları və ümumbəşəri demokratik dəyərlərin təşəkkülü, inkişafı və genişlənməsində böyük nüfuza malik bir təşkilat olan Avropa Şurası əsası qoyulduğu 1949-cu ildən bu günədək yerli və regional demokratiya sahəsindəki davamlı inkişafı fəaliyyətinin prioritet istiqaməti hesab edir. Xarici ölkələrin yerli özünüidarə hüququ sahəsi üzrə qanunvericiliyin oxşar, ümumi xüsusiyyətləri ilə yanaşı bələdiyyələrin müxtəlif tipləri fərqləndirilir. Bələdiyyə hüququna dair bir çox mənbələrdə yerli özünüidarə orqanlarının təşkili forması olaraq, anqlo-sakson və kontinental (fransız), qarışıq və sovet modelləri tanınmışdır. Məsələn, qonşu Rusiya Federasiyası Konstitusiyasının 12-ci madəsində yerli özünüidaəetmə orqanlarına verilən müstəsna səlahiyyətlər konkret normativ hüquqi mexanizmlərlə müəyyənləşdirilməklə ümumilikdə RF-nin bütün subyektləri ərazisində qanunla tanınır. Şərqi Asiyanın inkişaf etmiş ölkəsi olan Yaponiyada Konstitusiyanın (1947) VIII bölməsi “yerli özünüidarəetmə”yə həsr olunmuşdur. Burada bələdiyyələrin ierarxiya üzrə strukturu qanunu əsaslarla dəqiq göstərilir. Belə ki, onların iki pilləsi; a) aşağı- kənd, qəsəbə və şəhər b) yuxarı;- prefektura (meriya), hansı ki, bu da özlüyündə 4 kateqoriyaya bölünür.

Həmçinin yerli demokratiyanın prinsipləri, genişlənməsi və inkişaf perspektivləri ilə məşğul olan bir sıra beynəlxalq təşkilatlar vardır ki, Avrasiya məkanında bu istiqamətdəki liderlik, 1949-cu ildə yaradılmış Avropa Şurasına məxsusdur.

Avropa Şurasının yerli və regional demokratiya məsələlərinə məsul strukturu, Yerli və Regional Hakimiyyətlər Konfransı 1957-ci ildə ilk fəaliyyətə başlayarkən Avropanın yerli və regional idarəetmə cəmiyyətlərinin seçkili orqanlarının təmsilçilərindən ibarət tərkibdə təsis olunmuşdur. 1994-cü ildən etibarən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi məsləhətçi orqan olaraq təsis edildi və bundan sonra əvvəlki Konfransın fəaliyyətinə xitam verildi. Konqres Avropa Şurasına yeni üzv olan dövlətlərdə yerli və regional səviyyədəki seçkili hökumət orqanlarının səmərəli fəaliyyət planlarının təşkilinə tövsiyyə və qərarları vasitəsilə köməklik edir. Həmçinin, Konqres müvafiq orqanların təmsilçilərinin məsləhət və məşvərət görüşlərini həyata keçirən forumdur. Bu orqan öz sessiyalarında yerli və regional aspektli bütün məsələlərə dair səsvermə yolu ilə qəbuletdiyi tövsiyyə və qətnamə xarakterli qərarları Avropa Şurasının Nazirlər Komitəsinə və Avropa Şurasının Parlament Assambleyasına göndərir. Avropa Şurasına üzv, o cümlədən Nazirlər Komitəsinin 1 saylı (2000) Qətnaməsinə əsasən üzvlüyə qəbul olunmaq üçün müraciət etmiş dövlətlərin milli hakimiyyət strukturları ilə sıx əməkdaşlıq əsasında Konqres yerli və regional demokratiyanın vəziyyətinə dair mütəmadi hesabatlar hazırlayıb müzakirəyə çıxarır.

Avropa Şurasına üzv dövlətlərin imzalaması üçün, 15 oktyabr 1985-ci ildən etibarən açıq elan edilən Yerli Özünüidarə Haqqında Avropa Xartiyası 9 sentyabr 1988-ci ildə qüvvəyə minmişdir. Bu mühüm beynəlxalq qanunvericilik aktı üzv ölkələrdə yerli özünüidarəçiliyin əsas prinsiplərini öhdəlik olaraq tövsiyə edir. Yerli və Regional Hakimiyyətlər Konqresi Xartiyanın üzv ölkələr tərəfindən qəbul edilmiş müddəlarına əməl olunmasına monitorinqlər keçirməklə nəzarət edir. Avropa Şurasının rəsmi internet səhifəsinin (www.coe.int) tərkib hissəsi olaraq Avropa Şurası Konqresinin web səhifəsində (http://www.coe.int/t/congress) yerli və regional demokratiya sahəsində vaxtaşırı yenilənmiş məlumatlar əks olunur.

2001-ci ildən Avropa Şurasına üzvlüyə qəbul edilən Azərbaycan Respublikası bu nüfuzlu beynəlxalq qurumun tərkibinə daimi diplomatik nümayəndəliyini və təmsilçilik orqanlarına (Parlament Asambleyası, YRH Konqresi) öz nümayəndələrini göndərdi. Yerli və Regional Hakimiyyətlər Kongresində Azərbaycan bələdiyyələrini təmsil edən (6 daimi,6 əvəzedici) nümayəndə heyətindən ibarət üzvlər mütəmadi olaraq plenar sessiyalar (ildə iki dəfə) və Kongresdaxili komitə iclaslarında, digər tədbir və görüşlərdə iştirak etməyə başladılar. Konqresin 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Bakıda birgə təşkil etdikləri ilk konfransı Azərbaycanda yerli demokratiya və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili məsələrinin müzakirəsinə həsr olunmuşdur. Hal hazırda Konqresin hər iki palatasının (yerli və regional) üzvlərinin ümumi sayı 306 daimi və 306 əvəzedici nümayəndədən ibarətdir. Onların səlahiyyətləri hər iki ildən bir plenar sessiyalarda təsdiqlənir. Hər palatada isə iki illiyinə sədr və idarəetmə aparatı seçilir. Ölkəmizdən Yerli və Regional Hakimiyyətlər Kongresinin yerli palatasındakı heyətinin tərkibi müxtəlif bələdiyyələrdən seçilmiş altı (üçü daimi, üçü əvəzedici) nümayəndədən, regional palatada isə Azərbaycan Bələdiyyələr Assosiasiyalarının (kənd, qəsəbə şəhər) eyni sayda təmsilçilərindən ibarətdir.






YRH Konqresində Azərbaycan yerli özünüidarə orqanlarının ilk təmsilçiləri; Vahid Ağahəsənov (nümayəndə heyətinin sədri)-Naxçıvan MR Ali Məclisindən, İlqar Əliyev- Bakı, Yasamal bələdiyyəsi, Rasim Zeynalov –Yevlax bələdiyyəsi, Rauf Əliyev-Naxçıvan MR, Qıvraq kənd (Kəngərli r-nu)bələdiyyəsi, Gülnaz Salamova- Şəki bələdiyyəsi, Əhməd Məmmədov- Naxçıvan MR, Bulqan kənd (Babək r-nu) bələdiyyəsi. Avropa Şurasının əsas qərargahı, Fransa Respublikası, Strasburq şəhəri

Azərbaycanın da tamhüquqlu üzvü olduğu Avropa Şurası bütün üzv ölkələrdə yerli özünüidarəçiliyin hüquqi bazasının təkmilləşdirilməsi və beynəlxalq təcrübədən yararlanması üçün əlverişli imkanlar yaradır. Bu sahədə qanunvericiliyin zənginləşdirilməsində Avropa Şurasının Venesiya Komissiyasının, həmçinin Yerli və Regional Hakimiyyətlər Konqresinin qərar və tövsiyyələri mühüm rol oynayır. Bundan başqa, Konqres yerli və regional səviyyədə fəaliyyət göstərən bir sıra təşkilatlar və assosiyasiyalarla praktik əməkdaşlıq etməklə onların işinə dəstək verir. Məsələn, ALDA (Yerli Demokratiya Agentlikləri Assosiyası) NALAS-(1993-cü ildə keçmiş Yuqoslaviyada yaradılıb), ENTO (Avropada yerli və regional hökumətlər üçün kadr hazırlığı şəbəkəsi), FEDRE(Regionların Davamlı İnkişafı üzrə Avropa Fondu) və s.

Bəzi üzv ölkələrdə yerli özünüidarəçilik üzrə qanunvericilik Yerli Özünüidarə Haqqında Avropa Xartiyası və digər standartlara qismən cavab versə də icra mexanizminin mükəmməl olmaması ucbatından müəyyən problemlər meydana çıxır. Bu cür praktikaya daha çox Şərqi Avropa və keçmiş post sovet sistemindən qopmuş ölkələrin təcrübəsində rast gəlinir.

Avropa Şurasına üzv ölkələrdə yerli demokratiyanın vəziyyətini xarakterizə edən monitorinq hesabat sənədlərindəki inzibati ərazi bölgüsü müxtəlifliyi müqayisəli təhlilə münasib imkan yaradır:


Ölkə; ərazi- əhali

Regional idarəetmə

bölgüsü


Şəhər özünüidarəsi

Bələdiyyələr

Albaniya;

əhali- 3,32 milyon

ərazisi-28,748 km2



12region(12prefektura)


Tirana (11 ərazi özü nüidarəsi)


65 bələdiyyə (309 icmanı, 3000 kəndi əhatə edir)


Bosniya və Hersoqo vina;əhali-3,8milyon

ərazisi-25,713 km2


10 kanton


_


80 bələdiyyə


Bolqarıstan;

əhali-7,9milyon ərazisi- 110,971km2

28vilayət qubernatorlu

ğu (Sofiya)və regional şura


_

264 bələdiyyə (2896 yaşayış məntəqəsi üzrə meriya)

Xorvatiya;

əhali- 4,4milyon

ərazisi-56,532km2



21mahal (zupanije)



Zaqreb (20 prefekt)

123 şəhər



427 bələdiyyə



Moldova;


əhali-4,3milyon

ərazisi-33,700km2



Qaqauz xüsusi statuslu regionu(əhali-175000, ərazi-1,848km2)



Çisinau (32 rayon)



Cəmi: 443 bələdiyyə

Qaqauziyada; 32-

3 şəhər, 29 kənd



Oxucuların diqqətinə təqdim olunan bu cədvəl, əsasən Şərqi Avropanın bir neçə ölkəsində yerli idarəetmə (o cümlədən özünüidarə) orqanlarının struktur quruluşunu əks etdirir. Göründüyü kimi, ərazi və əhali sayı müxtəlifliyi ilə biri-birindən fərqlənən bu ölkələrdə bələdiyyə orqanlarının formalaşdırılması arasında ümumi qaydalar mövcuddur. Yəni, yerli idarəetmə orqanları funksiyasını bələdiyyələr həyata keçirirlər. Əhaliyə bir çox xidmətlərin həyata keçirilməsindən və onlara qanunla həvalə olunmuş səlahiyyətlərin icrasından gələn gəlirlərlə yanaşı bəzi dövlət işlərinin onlara tapşırılması sayəsində bələdiyyələrin dövlət büdcəsindən maliyyələşmə imkanları da vardır. Bununla yanaşı, yerli demokratiyanın inkişaf etdiyi ölkələrdə bələdiyyə büdcələrinin dövlət büdcəsindən asılılıq faizi tədricən aşağı düşür. Əslində, yerli özünüidarə orqanları ümumilikdə hakimiyyət orqanları sisteminin bir tərkib hissəsi kimi tanınmaqla müvafiq səlahiyyətlərə malik olur ki, bu da siyasi hakimiyyətin xalqın iradəsinə göstərdiyi ehtiramın mücəssəməsi kimi qəbul olunur. Xalqın birbaşa və ya bilavasitə seçimi əsasında formalaşdırılmış orqanın hakimiyyətə ortaqlıq hüququ konstitusion hüquqdur və imperativ məntiqə söykənir. Başqa sözlə desək, yerli özünüidarəetmə hakimiyyətdir, lakin, dövlət hakimiyyətindən törəmə hakimiyyət olub dövlətin icazəsi ilə və dövlətin qanunla müəyyən etdiyi çərçivədə fəaliyyət göstərir. Dövlət anlamının xalqa, cəmiyyətin bütün vətəndaşlarına və qurumlarına aidiyyatı olması məntiqi bu adın hər hansı hakimiyyət, iqtidar və ya mərkəzi hökumət qurumu tərəfindən “özəlləşdirilməsi”ni (uzurpasiyası) düzgün hesab etmir. Beynəlxalq təcrübədə çox vaxt yerli özünüidarəetməyə “dövlətin icazəsi və xalqın etimadı” ilə fəaliyyət göstərən hakimiyyət də deyilir. Mahiyyət etibarı ilə yerli özünüidarəetmənin tətbiqi ölkədə xalq hakimiyyətinin ikipilləli idarəetmə sisteminin təşkil olunduğunu göstərir. Dövlət idarəetməsi və yerli özünüidarəetmədən ibarət olan bu sistemin vəhdəti, onların fəaliyyətində qarşılıqlı əlaqə və varisliyin gözlənilməsi prinsiplərinə əməl etməni şərtləndirir və ölkənin ümumi idarəetmə sisteminin əsasını təşkil edir.



Azərbaycanda yerli və regional demokrayanın vəziyyəti ilə əlaqədar Avropa Şurası YRH Kongresinin Plenar sessiyasında nümayəndə heyətinin müzakirələri. Strasburq. 2003
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda yerli və regional demokratiyanın vəziyyəti ilə əlaqədar monitorinq qrupu yaratmış (tərkib;A.Lloyd (BB), G.Grezelak (Polşa) və J.Frekon (Fransa)) və həmin qrup tərəfindən Azərbaycana edilmiş səfərlər nəticəsində bələdiyyələrin real durumu Plenar Sessiyaya (May 2003) təqdim olunan hesabatla geniş müzakirəyə çıxarılmışdır. Müzakirələrdə Azərbaycanın yerli və regional demokratiyanın inkişafı sahəsində üzərinə götürdüyü öhdəliklərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı birləşmələri tərəfindən ərazilərimizin işğalı və məcburi köçkünlərin yerli özünüidarə hüququnun pozulması kimi faktlar iştirakçıların diqqətinə çatdırılmışdır. Hesabat ətrafında aparılan müzakirələrin nəticəsi olaraq Azərbaycan Respublikasında yerli - regional demokratiyanın vəziyyətinə dair Konqresin 126 (2003) saylı Tövsiyə və 151 (2003) saylı Qətnamə sənədi qəbul olunmuşdur. Həmçinin, Azərbaycanın Yerli Özünüidarə Haqqında Avropa Xartiyasını (bəzi bəndlər istisna olmaqla) ratifikasiya (paraflama) etməsi də müsbət addım kimi Konqresin rəsmi sənədlərində öz əksini tapmışdır.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi sədrinin səlahiyyətlərini icra edən (sədri Yavuz Mildon (Türkiyə)) D-r Yan Mikalllefin (Malta) 2009-cu il sentyabrın 10-12-də Bakıya rəsmi səfəri zamanı qeyd edilib ki, Avropa Şurası Konqresini narahat edən məqamlardan biri də Azərbaycan Konstitusiyasının 146-cı maddəsinə dövlətin bələdiyyələr üzərində nəzarətini nəzərdə tutan düzəlişin edilməsidir. Bununla yanaşı, Azərbaycan hökuməti ilə danışıqlarda əldə olunan ilkin razılaşmaya görə 146-cı maddəyə edilən dəyişiklər qüvvəyə minməzdən əvvəl rəy üçün Venesiya Komissiyasına təqdim olunacaq. D-r Yan Mikallef müzakirələrdə Bakı Bələdiyyəsinin yaradılması və paytaxt merinin seçilməsi barədə xüsusi statusu ehtiva edən qanunun qəbul edilməsinin zəruriliyini qeyd edib:


«Bu, yeni bir təklif deyil. Bu təklifi biz 6 il əvvəl irəli sürmüşdük. Bu dövr ərzində başqa paytaxt şəhərlərində artıq merin seçilməsi qanunvericiliklə müəyyən olunub, o cümlədən Tbilisi və Yerevanda».

Beynəlxalq təcrübədən yararlanmaqla yerli özünüidarənin inkişafı Avropa Şurasına üzv dövlətlərin müasir səviyyədə əməkdaşlığını gücləndirmək, mütərəqqi vasitələrdən istifadə və demokratik prinsiplərə əməl etməyi şərtləndirir. Bunula yanaşı, hər bir dövlətin müxtəlif inzibati-ərazi vahidlərinin özünəməxsus, müxtəlif fərqli idarəetmə sistemləri mövcuddur. Bu isə səmərəli metodların tədqiqində daha yaxşı seçim etmək imkanlarını ortaya çıxarır ki, qisa bir tarixi zaman kəsiyində yeni idarəetmə forması kimi meydana gələn Azərbaycan bələdiyyələrinin təkmilləşdirilməsi islahatlarına, həmçinin onların maliyyə əsasları və hüquqi bazasının möhkəmləndirilməsinə müsbət təsir edə bilər.

Yerli demokratiyanın mövcud olduğu bir çox ölkələrdə yerli özünüidarənin hüquqi əsasları ölkə konstitusiyalarında təsbit olunmuşdur. Bu isə, özlüyündə ölkədə yerli üzünüidarə işinin təşkilinin səviyyəsini müəyyənləşdirir. Dünya təcrübəsində yerli özünüidarəetmənin müxtəlif təşkilati-hüquqi formalarına rast gəlinir, bələdiyyə hüququna dair elmi və tədqiqi ədəbiyyat xronologiyasında ayrı-ayrı ölkələrin yerli xüsusiyyətləri nəzərə alınaraq bu formalar fərqli şəkildə təsnifatlaşdırılır. Xarici ölkələrin təcrübəsinə istinadən yerli özünüidarəetmənin əsasən beş modeli təklif olunur;


  1. “Güclü şura - zəif mer” formasında merin səlahiyyətləri məhdudlaşdırılır və şura bir sıra məsələlərdə, o cümlədən nümayəndəlik, vəzifəyə təyin etmə və azadetmə məsələlərində merə nisbətən daha çox səlahiyyətə malikdir.

  2. “Güclü mer – zəif şura” formasında isə merin əhali tərəfindən seçilməsi səciyyəvidir. Mer bir sıra məsələləri müstəqil surətdə həll edir və şuranın qərarına veto qoymaq hüququna malikdir. Bir çox hallarda bu qadağanı aradan qaldırmaq üçünsə şura üzvlərinin əksər səs çoxluğunu toplamaq lazım olur.

  3. Şura icraedici mahiyyət daşıyır və siyasi mənada bitərəf mövqeyə malik olur. Ərazi üzrə (şəhər, qəsəbə, kənd) siyasətin müəyyənləşdirilməsi, demokratik idarəçilik metodlarının tətbiqi məqsədi daşımaqla şura, icraedicini vəzifəyə təyin və vəzifədən azad edir.

  4. Şuranın komissiya formasında əhali tərəfindən seçilmiş üzvlər müxtəlif komissiyalarda təmsil olunmaqla müvəkkil qruplarda fəaliyyət göstərirlər. Komissiyanın hər bir üzvü şəhər (qəsəbə, kənd) hökumətinin bir sahəsini (şöbəsini) idarə edir. Bu modeldə ali vəzifəli şəxsin olması nəzərdə tutulur.

  5. Birləşdirilmiş formadır ki, burada idarə edən, yaxud baş inzibati vəzifə sahibi şuraya deyil merə tabedir. Mer isə şura qarşısında hesabatlıdır.


Albaniya
Albaniya Konstitusiyasına görə (1998) ölkə “unitar və vahid” dövlətdir. Burada yerli hakimiyyət (maddə-13) əksmərkəzləşmə və yerli muxtariyyət prinsiplərinə əsasən fəalyyət göstərir. Burada albanlarla birgə yaşayan milli azlıqlar da bütün ölkə vətəndaşlarına şamil olunan hüquq və azadlıqlardan maneəsiz yararlanmaq hüququna malikdirlər. (maddə 3) Milli azlıqlara mənsub hər kəsin öz adət-ənənələrini, mədəni dəyərlərini qoruyub saxlamaq, inkişaf etdirmək və öz fikrini azad şəkildə ifadə etmək hüquqları vardır. Həmçinin, milli azlıqların ölkədə öz ana dilindən istifadə etmək və inkişaf etdirmək hüququ təsbit olunmuşdur.(maddə 20) Albaniya Yerli Özünüidarə haqqında Avropa Xartiyasını 1998- ci ilin May ayında imzalamışdır. Bununla əlaqədar ölkə qanunvericiliyindəki islahatlar, əsasən 2000-ci il İyul ayından etibarən həyata keçirilməyə başlamışdır. Bunlara yeni yerli idarəçilik aktları; Tirananın xüsusi statusu və ölkə ərazisinin yeni inzibati ərazi bölgüsü qanunu da daxildir.

Albaniya Konstitusiyasının VI bölməsi yerli idarəetməyə həsr olunmuşdur. Burada yerli idarəçilik qurumları bələdiyyələr, kommuna cəmiyyətləri və regional qurumlar(qarqe) sayılır. Kommunalar və bələdiyyələr yerli idarəçiliyin əsas vahidi sayılır və qanunvericilikdə digər yerli hökumət qurumlarının vəzifələri istisna olmaqla yerli özünüidarəçiliyə aid olunan bütün səlahiyyətlərdən istifadə hüququna malikdirlər. Yerli özünüidarə ümumi səsvermə və yerli idarəetmənin təmsilçilik prinsipi əsasında formalaşan yerli hakimiyyət orqanları vasitəsilə həyata keçirilir. Bələdiyyələr, merlər və təmsilçi orqanlar, birbaşa olaraq kommunalarda üç il müddətinə seçilirlər. Yerli bələdiyyə şuraları nümayəndələrindən formalaşan regional şuralar isə əhali sayına görə nümayəndəlik norması əsasında müəyyən edilir və bütün şəhər merləri də daxil olmaqla təşkil olunur.

Həmçinin, mərkəzi hökumətin (Konstitusiya maddə 114) hər regiona təyin etdiyi prefektlər (sayı ölkə üzrə 12-dir) bələdiyyələrin qəbul etdiyi qərar və normativ aktların ölkə qanunvericiliyinə uyğunluğuna nəzarət etməklə mərkəzi və yerli idarəetmə orqanları arasında əlaqələndirici rolunu oynayırlar.( 8927 saylı Qanun.25.07.2002) Dövlət Ali Audit İnstitutunun regional şöbələri prefectə tabedir.

Yerli idarəetmə orqanlarına mülkiyyətin verilməsi barədə 2001-ci ildə qəbul edilmiş iki qanun əsasında bütün daşınar və daşınmaz əmlakın qeydiyyatı və verilməsi prosesi başlamış, 2003-cü ildə başa çatdırılmışdır.


Bosniya və Hersoqovina
Bosniya və Hersoqovina dövlət olaraq, Yuqoslaviya Federasiyasının dağılmasından sonra meydana çıxan etnik əksmərkəzləşmə prosesinin və əldə olunmuş sülh razılaşması üzrə tənzimlənmənin nəticəsi olaraq yaranmışdır. Dövlət quruluşu federativdir, hər bir federasiya subyektinin isə öz konstitusiyası vardır. Yerli özünüidarə hüququ konstitusiyaların əsas prinsiplərindən biri kimi öz əksini tapmışdır. Burada yerli özünüidarəçilik funksiyasını bələdiyyələr həyata keçirirlər. Həmçinin, qanunvericilik müxtəlif bələdiyyələr üzrə şəhər idarəetməsinə də yerli idarəetmə sahəsində müəyyən səlahiyyətləri həvalə edir.(maddə 102) 1994-cü ildə qəbul edilmiş Bosniya və Hersoqovina Konstitusiyasına görə ölkənin idarəçiliyi federal qurumlar (kantonlar) vasitəsilə həyata keçirilir. Burada 10 kantonluq yaradılmışdır ki, onların da hər birinin öz konstitusiyası, qanunvericilik sistemi və vergi məcəllələri vardır. Federal strukturlara nisbətən kantonların səlahiyyətləri daha geniş əhatə dairəsinə malikdir. Hətta, məhkəmə hakimləri də hər kantonun öz prezidenti tərəfindən təyin edilir. ( maddə 11)

Kantonlar qanunla müəyyən edilmiş qaydada bu səlahiyyətlərin əksər hissəsini bələdiyyələr və şəhər idarəçiliyi vasitəsilə həyata keçirir. Bunlara təhsil, mədəniyyət, turizm, yerli biznes, xeyriyyəçilik fəaliyyətləri və media (TV-radio) idarəetməsi daxildir. Bu bir qayda olaraq o halda mümkündür ki, həmin şəhər idarəsi və ya bələdiyyənin əhalisinin əksər çoxluğu həmin kantonun vətəndaşlarından ibarət tərkibə malik olsun. Burada, əksmərkəzləşmə prinsipinə əsasən səlahiyyətlərin bölgüsü sahəsində formalaşmış bir subsidiarlıq qaydaları stabilliyi mövcuddur. Ona görə də hər quruma məxsus səlahiyyətlər qanunda aydın əks olunduğundan, o cümlədən istər şəhər idarəsi, istər bələdiyyə, istərsə də kantonluq arasında səlahiyyət bölgüsü ilə bağlı ciddi problemlər ortaya çıxmır. Bosniya və Hersoqovinada ümumi vergilərin 82,9 % , Serbiya Respublikasında isə 80,9 %-i bələdyyə büdcəsi gəlirlərinə aiddir. Bosniya və Hersoqovina Federasiyasında fiziki şəxslərdən tutulan gəlir və ticarət-satış vergisinin 43,2 faizi, Serbiya Respublikasında isə 55,5 faizi bələdiyyələrə ödənilir.




Bolqarıstan
1991-ci ildə qəbul edilmiş Bolqarıstan Konstitusiyasına əsasən yerli özünüidarəetmənin hüquqi əsasları təsbit olunmaqla ölkə unitar dövlət hesab olunur. Lakin, burada muxtar ərazilər istisna sayılır (maddə 2). Yerli özünüidarənin hüquqlarına konstitusiya ilə təminat verilir və bələdiyyə şuralarının Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüququ vardır. (maddə 150.1)

Ölkənin ümumi ərazi bölgüsü bələdiyyələr (obştina) və regionlar (vilayət) üzrə müəyyən olunur. (maddə 135.1) Lakin, yalnız bələdiyyələr yerli özünüidarəçilik orqanı sayılmaqla inzibati ərazi vahidi strukturu hesab olunur(maddə 136.1).Regional-Vilayət (oblast) orqanları mərkəzi hakimiyyət strukturlarına daxildir (maddə 142), regional qubernator isə hüquqi şəxs hesab olunur.

Bolqarıstan bələdiyyələri geniş ərazi və əhali tutumuna malik olmaqla sayca yığcamdırlar. Ölkə üzrə 264 bələdiyyə fəaliyyət göstərir ki, bunların da orta əhali sayı, təqribən 30.000 nəfər təşkil edir. Qanuna görə bələdiyyə şuraları və merlər birbaşa əhali tərəfindən seçilirlər. Böyüklüyünə görə üç şəhər; Sofiya, Plovdiv və Varna şəhər rayonlarına bölünmüşdür ki, seçicilər həm də yaşadıqları qəsəbə və ya rayonun merini seçirlər. (yeni Seçki Qanunu-2003) Hətta, əhalisi 250-dən çox olan qəsəbələrdə belə, əhali qəsəbə merini seçə bilər.

Bələdiyyələrin səlahiyyət dairəsinə əsasən, aşağıdakı sahələr aiddir; mülki qeydiyyat məsələləri, yerli ictimai qaydalara dair sərəncam vermək, məktəbəqədər, ibtidai və orta təhsil, texniki-peşə təhsilinin bir hissəsi, idman və istirahət mərkəzləri, ilkin səhiyyə ocaqları, yerli xəstəxanalar, bir sıra sosial təsisatların idarəetməsi və sosial rifah tədbirləri, yerli mədəniyyət müəssisələri, su təchizatı, kanalizasiya- zibil tullantılarının idarəedilməsi və emalı, yerli əhəmiyyətli yolların saxlanması, qazanxanalar (istilik sistemi), yerli-ictimai nəqliyyatı və müəssisələri, şəhər planlaşdırması, pərakəndə ticarət obyektləri və müxtəlif mal daşımaları üzrə lisenziyaların verilməsi.

Dövlət büdcəsindən bələdiyyələrin asılılığı çox azdır. Belə ki, 2000-ci ildə mərkəzi dövlət büdcəsindən transfer 75.3% təşkil edirdisə, 2004-cü ildə bəzi vergi ödənişlərinin yerli büdcəyə verilməsi ilə bu rəqəm 58.4%-ə düşmüşdür. Bundan isə, nə mərkəzi, nə də yerli büdcə ziyan çəkməmiş, əksinə hər ikisi güclənmişdir. Əgər 2000-ci ildə bələdiyyələrin öz resursları hesabına əldə olunan gəlirləri 17.5% təşkil edirdisə, 2004-cü ildə bu gəlir 39.4% olmuşdur.
Xorvatiya
Xorvatiya Konstitusiyasına (1997) görə ölkə unitar, bölunməz, demokratik və sosial dövlətdir (maddə 1). Əsas qanunun 128-ci maddəsinə əsasən, ölkə vətəndaşlarının yerli özünüidarə hüququ tanınır. Burada bələdiyyələr ikipilləli sistemə malikdirlər; 1) bələdiyyələr (opçine) və rayon/şəhər idarəsi (qradovi); 2) dairə, yaxud mahallar (zupanije). Xorvatiyanın bələdiyyə qanunvericiliyinə 2000-ci ildə edilən əlavə və düzəlişlərə görə dairə-mahal (zupanije) bələdiyyələri regional özünüidarə qurumları hesab edilir. Bununla əlaqədar, Konstitusiyanın 116-cı maddəsinə edilmiş yeni əlavəyə əsaslanan qanunla mərkəzi dövlət hakimiyyəti administrasiyası ilə yeli və regional idarəetmə qurumlarının konkret səlahiyyət bölgüsü müəyyənləşdirldi. Regional özünüidarə orqanlarının fəaliyyət dairəsinə daxil edilən səlahiyyətlər; regional əhəmiyyətə malik işlərin idarə edilməsi, iqtisadi və faydalı iş əmsalının müəyyənləşdirilməsi və s. (maddə 134). Əlavə olaraq, Konstitusiyada Zaqreb şəhərinin paytaxt statusu ilə bağlı xüsusi bənd də yer almışdır. Xorvatiya Konstitusiyasının 15-ci maddəsi milli azlıqların hüquqlarına təminat verməklə, onların sərbəst olaraq öz milli mənsubiyyətlərini bildirmək, öz ana dilindən istifadə etmək, mədəni muxtariyyətlərini elan etmək və ölkənin seçkili orqanlarında (Parlament, bələdiyyə şuraları) təmsil olunmaq hüquqlarını tanıyır.

Ölkədə yerli özünüidarə hüququnun əsasları 29 Dekabr 1992-ci ildə qəbul edilmiş bir neçə qanunlarla yaradılmışdır. 1996-cı ildə yerli şuralara seçkilər haqda qanuna edilmiş düzəlişlərə əsasən etnik və milli azlıqların proporsional təmsilçilik normaları müəyyənləşdirilmişdir. Belə ki, milli azlıqların sayı yerli seçicilərin sayının 8%-ni üstələdikdə, onlara proporsional təmsilçilik üzrə nümayəndəlik norması müəyyən edilir. Bu qayda ilə milli azlıqlara mənsub təmsilçilərin yerli bələdiyyə şuralarına ilk seçimi 18 May 2003-cü ildə olmuşdu. Baxmayaraq ki, Xorvatiya “Yerli Özünüidarə haqqında” Avropa Xartiyasını 1997-ci ildən imzalamışdır, burada əksmərkəzləşmə prosesi və yerli özünüidarə islahatları yalnız, 2000-ci ilin Yanvar ayında keçirilən parlament seçkilərindən sonra, müvafiq sahədə bir sıra qanunvericilik aktlarının qəbulu da daxil olmaqla həyata keçirilməyə başlamışdı. Yerli özünüidarəçiliyin tənzimlənməsinə dair əsas qanunlar isə 2001-ci ildə təsdiq olunmuşdur. Mərkəzi hökumətin 2000-2004-cü illər üzrə geniş əksmərkəzləşmə islahatlarına dair proqram qəbul etməsi də bu sahədə inkişafa təkan vermiş oldu. Bu proqramda nəzərdə tutulmuş strateji əhəmiyyətli fəaliyyətlər demək olar ki, növbəti yerli seçkilərə-2005-ci ilin May ayınadək həyata keçirildi. Konstitusiyanın 137-ci maddəsi yerli və regional özünüidarənin maliyyə əsaslarını təsbit edir. Belə ki, qanuna əsasən yerli və regional özünüidarə sisteminin müstəsna səlahiyyət darəsinə aid gəlir mənbələri vardır və onlar müvafiq sahədə sərbəst sərəncam vermək hüququna malikdirlər. Həmçinin bələdiyyə gəlirlərinin onların vəzifələrinin icrası üçün mütənasiblik təşkil etməsi (subsidiarlıq) prinsipi də qanunda öz əksini tapmışdır.


Yüklə 319,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin