Azeri (Azərbaycan dili)



Yüklə 63,88 Kb.
tarix22.10.2017
ölçüsü63,88 Kb.
#11296

VATICAN
LES PRIERES DE LA VIE CHRETIENNE DANS TOUTES LES LANGUES : en AZERI (Azerbaïdjan), à l’occasion du 6° anniversaire de la fondation de la « Missio sui juris »
L’Azerbaïdjan est un Etat d’Asie dans le Caucase. Il a une superficie de 86.000 km², et une population de 7.600.000 habitants. L’Azerbaïdjan obtient son indépendance en 1990 et adhère à la CEI. En 1992, l’opposition nationaliste accède au pouvoir. En 1993, l’armée arménienne du Haut-Karabakh prend le contrôle de cette région et occupe le sud-ouest de l’Azerbaïdjan. Les communistes reprennent le pouvoir. Gueïdar Aliev devient alors Président de la République. Après la chute du système athée, la présence catholique s’est reconstituée. Pendant un temps, elle a appartenu à la juridiction de l’Administration Apostolique du Caucase des Latins. Le 11 octobre 2000 marqua la création de la « Mission sui juris » de Baku confiée aux Salésiens (S.D.B.). Au mois de mai 2002, le Pape Jean Paul II vint dans la Pays en visite pastorale, et célébra la Messe dans un bâtiment qui sert d’ordinaire à des activités sportives.

La « Missio » qui avait 280 catholiques « Annuaire Pontifical 2006) compte à présent de 350 à 400 fidèles, 1 prêtre, 3 religieuses, et 4 religieux. Durant ce mois, déclare le Père Capla, Supérieur de la « Missio sui juris de Kabu « nous avons formé deux groupes du Rosaire comptant 20 personnes : un groupe de jeunes et un groupe d’adultes



Note préliminaire du Supérieur de la « Missio sui Juris » d’Azerbaïdjan :

« Tous les textes NE sont PAS officiels, étant donné que, pour le moment, nous utilisons le langue russe dans la liturgie. Dans la langue Azeri, nous N’avons pas encore fait les traductions de toutes les prières, c’est pourquoi nous vous envoyons seulement ce que nous avons ».

(J.M.)

(Agence Fides, 11 octobre 2006)



AZERI (Azərbaycan dili) (AZERBAIDJAN

LES TEXTES HABITUELS DE L’ORDINAIRE DE LA MESSE (Novus Ordo)
Confiteor (Tövbə)
Hər şeyə qadir Allaha və sizə, bacılarım və qardaşlarım,

düşüncələrimlə və sözlərimlə, hərəkətlərimlə və unutqanlığımla çox günah

işlətdiyimi etiraf edirəm. Gerçəkdənən günah işlətdim.

Bu səbəblə Müqəddəs Bakirə Məryəmə,

mələklərə, bütün müqəddəslərə və bacı-qardaşlarım,

sizə rica edirəm,

mənim üçün Rəbbimiz Allaha dua edin.
Hər şeyə qadir Allah, bizə rəhm etsin,

günahlarımızı bağışlasın və bizi əbədi həyata qovuşdursun.

Amin.

Kyrie
Rəbb, bizə rəhm et.

Rəbb, bizə rəhm et.


Məsih İsa, bizə rəhm et.

Məsih İsa, bizə rəhm et.


Rəbb, bizə rəhm et.

Rəbb, bizə rəhm et.



Gloria in excelsis Deo
Göylərdəki uca Allaha həmd olsun

və yer üzündə yaxşı niyyətli insanlara barış gəlsin.

Səni öyürük. Səni ucaldırıq. Sənə ibadət edirik.

Uca Allah, göylərin Hökmdarı, hər şeyə qadir Ata Allah,

sonsuz şan üçün Sənə şükr edirik.

Məsih İsa,

yeganə Oğul, uca Allah, Allahın Qurbanı, Atanın Oğlu,

dünyanın günahlarını çəkən Sən, bizə rəhm et.

Dünyanın günahlarını çəkən Sən, dualarımızı qəbul et.

Uca Allahın sağında əyləşən Sən, bizə rəhm et.

Çünki yalnız Sən müqəddəssən, yalnız Sən Rəbbimizsən, yalnız Sən ucasan.

Ey Məsih İsa, Müqəddəs Ruhun birliyində Ata Allahın yanındasan. Amin.




Credo in unum Deum (Böyük imanın açıqlanması)
Bir tək Allaha inanıram.

Yerin və göyün,

görünən və görünməyən bütün varlığların yaradanı her şəyə qadir

Ata Allaha inanıram.

Bütün əsrlərdən əvvəl Atadan dünyaya gəlmiş,

Allahın yeganə oğlu,

bir tək Rəbb olan Məsih İsaya inanıram.

O, Allahdan Allah,

Nurdan nur,

həqiqi Allahdan Həqiqi Allahdır.

Yaradılmış olmayıb Ata isə eynidir

və her şəy onun vəsitəsi ilə yaradılmışdır.

Biz insanlar qurtulusumuz üçün göydən enmiş,

Müqəddəs Ruhun qudrətilə

bakirəMəryəmdən Vücüd alıb insan olmuşdur.

Pontius Pilatus vaxtında bizim üçün acı çəkərək çarmıxa çəkilmiş,

ölmüş, dəfn edilmiş

və Müqəddəs yazılara görə üç gündən sonra dirilmişdir.

Göyə çıxmış

və Atanın sağında oturmaqdadır.

Diriləri və ölüləri mühakimə etmək üçün

təkrar gələcək

və onun hökümdarlığı heç vaxt sona çatmayacaqdır.

Peyğəmbərlər vasitəsi ilə danışmış olan

Ata və oğuldan çıxıb,

Ata və Oğul ilə birlikdə sitayiş edilən və ucaltılan,

həyatın qaynağı və Rəbb olan,

Müqəddəs Ruha inanıram.

Havarilərin imanına inanam , katolik və müqəddəs olan tək kilsəyə inanıram.

Günahların əff edilməsi üçün tək bir vaftizi qəbul edirəm,

ölulərin dirilişini və əbədi həyatı gözləyirəm.

Amin.


Sanctus (Müqəddəs)
Müqəddəs, Müqəddəs, Müqəddəs

kainatın Tanrısı.


Göylər və yerlər şanınla doludur.

Hosanna göylərdəki uca Allaha.


Rəbbin adına gələn ucaltılsın.

Hosanna göylərdəki uca Allaha.


Agnus Dei
Ey insanların günahlarını qaldıran, Allahın qurbanı,

bizə mərhəmət elə.


Ey insanların günahlarını qaldıran, Allahın qurbanı,

bizə mərhəmət elə.


Ey insanların günahlarını qaldıran, Allahın qurbanı,

bizə barış və sakitlik nəsib elə.



LES TEXTES DE LA PRIERES QUOTIDIENNE DU CHRETIEN

Je crois en Dieu (Apostol İnam Simvolu; “İnanıram”)

Allaha, Qadir Ataya, yeri və göyü Yaradana inanıram.

Və İsa Məsihə, Onun Yeganə Oğluna, bizim Rəbbimizə inanıram ki,

O Müqəddəs Ruh tərəfindən qoyuldu, Bakirə Məryəm tərəfindən doğuldu,

Ponti Pilatın yanında əzab çəkdi, çarmıxa çəkildi, öldü və dəfn edildi,

cəhənnəmə endi,

üçüncü gün ölülərdən dirildi,

göylərə qalxdı

və Qadir Ata Allahın yanında əyləşir

və oradan diriləri və ölüləri mühakimə etməyə gələcək.




Müqəddəs Ruha,

müqəddəs Ümumdünya Kilsəsinə,

Müqəddəslərin Ünsiyyətinə,

günahların bağışlanmasına,

bədənin dirilməsinə,

əbədi həyata inanıram.

Amin.


Confiteor / Je confesse à Dieu
Pater Noster (Rəbb duası; “Atamız”)
Ey göylərdə olan Atamız,

Adın müqəddəs tutulsun.

Səltənətin gəlsin.

Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun.

Gündəlik çörəyimizi bizə bu gün ver.

Və bizə borclu olanları bağışladığımız kimi,

bizim borclarımızı da bağışla;

Və bizi imtahana çəkmə,

lakin bizi şərdən xilas et.

Amin.


Ave Maria (Mələk salamı; “Məryəm, sevin”)
Salam, mübarək Məryəm! Rəbb Səninlədir.

Sən qadınlar arasında bəxtiyarsan

və Sənin bətninin Səmərəsi İsa bəxtiyardır.

Müqəddəs Məryəm, Allah Anası,

indi və bizim ölüm saatımızda biz günahkarlar uçun dua et.

Amin.


Gloria Patri (Müqəddəs Üçlüyə Həmd)
Ataya, Oğula və Müqəddəs Ruha

indi də, həmişə də, əbədi olaraq da həmd olsun.

Amin.
Les mystères du Rosaire (Rosarinin sirlər)
Mysteria Gaudii (Sevincli sirlər)


  1. Xoşxəbərlik.

  2. Məryəm Elisavetanı ziyarət edir.

  3. İsanın Miladı.

  4. Həsr.

  5. On iki yaşlı yeniyetmə İsanı məbəddə tapırlar.


Mysteria Lucis (İşıqlı sirlər)


  1. İordanda vəftiz.

  2. Qanadakı toyda Özü haqqında vəhy.

  3. Allahın Səltənətinin xəbər verilməsi.

  4. Şəkildəyişmə.

  5. Euxaristiyanın təsis edilməsi.


Mysteria Doloris (Kədərli sirlər)


  1. İsanın Getsemani bağında duası və qanla tərləməsi.

  2. İsanın qamçılanması.

  3. Tikanlı çələngin qoyulması.

  4. İsanın çarmıxını daşıması.

  5. İsanın çarmıxa çəkilməsi.


Mysteria Gloriae (Şərəfli sirlər)


  1. İsanın dirilməsi.

  2. İsanın yüksəlməsi.

  3. Müqəddəs Ruhun enməsi.

  4. Allah Anasının dünyadan köçməsi (Müqəddəs Allah Anasının səmaya götürülməsi).

  5. Bakirə Məryəmə səmavi şərəf tacının qoyulması.


Actus Contritionis - L’acte de contrition


Actus Fidei / Acte de foi

Actus Spei / Acte d'espérance

Actus Caritatis / Acte de charité
Memorare (Souvenez-vous) de Saint Bernard

(“Allah Anasına çağırış” Müqəddəs Bernardın duası)
Ey hər şeyə qarşı rəhmli olan Bakirə Məryəm, xatırla ki,

əsrlərdən bəri heç kəs Sənə pənah aparanlardan,

Sənin köməyini istəyənlərdən,

Sənin himayəni axtaranlardan kiminsə,

Sənin tərəfindən tərk edildiyini eşitməyib.

Bu ümidlə dolaraq,

öz günahlarıma görə təvazökarlıq

və qəm ilə Sənə gəlirəm ey Bakirə, və Haqq-Təalanın Anası.

Ey Əzəli Sözün Anası, mənim sözlərimə xor baxma

və mənim istəyimə iltifatlı nəzər yetir.

Amin.
Sancte Michael Archangele (La prière traditionnelle à Saint Michel)
CERTAINES PRIERES TRADITIONNELLES EN LATIN ATTACHEES A LA DEVOTION EUCHARISTIQUE, A LA DEVOTION MARIALE

Te Deum

Veni Creator

Veni Sancte Spiritus (Müqəddəs Ruha himn)
Bizə gəl Müqəddəs Ruh;

Göndər sonsuz işığın,

Səmavi şüasını.

Gəl, ey yetimlər Atası.

Gəl, ey nemətlər qaynağı.

Gəl, ey qəlbin nuru.

Sən gerçək təsəlliçi,

Sən səxavətli qəlblərin,

Nurlu Qonağı varsan,

İncə sərinlik Sənsən.

Zəhmətdən dinc rahatlıq,

Bürküdə təravət mehi,

Ağlayan zaman təsəlli,

Səmanın mübarək Nuru.

Nur çilə sadiqlərin,

Möminlərin qəlbinə.

Razılığın olmadan,

İnsanın gücü olmaz,

Şərdən savunma olmaz.

Yu təmiz olmayanı,

İslat quruyub qalanı,

Sağalt zərər dəyəni,

Yumşalt qəddarlaşanı,

Qızdır üşüyüb donanı,

Düz yola qoy azanı.

Bütün etiqadçılarına,

Möhkəm təvəkkül ver,

Yeddiqat qutsallıq ver,

Heyrətamiz mükafat ver,

Xilasedici çıxış ver,

Və əbədi səadət ver.

Amin.


Lauda Sion Salvatorem (Sequenza, Corpus Domini – Fête-Dieu)

O Salutaris Hostia (Verbum Supernum prodiens)
O SALUTARIS HOSTIA
Ave Verum
Adoro Te
Tantum Ergo (Pange Lingua)
Louanges Divines (Benedictus Deus)
Anima Christi (Ame du Christ)
Angelus

Magnificat
«Mənim qəlbim Rəbbi yüksəldir,

və mənim Xilaskarım olan Allah üçün ruhum şad oldu.

Çünki O, qulunun mütiliyini gördü;

budur, bundan sonra bütün nəsillər mənə bəxtiyar deyəcəklər.

Çünki Qadir, mənim üçün möhtəşəm işlər gördü;

Onun adı müqəddəsdir.

Onun mərhəməti nəsildən-nəslə Ondan qorxanlaradır.
Əli ilə qüdrət göstərdi.

Məğrurları öz ürəklərinin düşüncəsi ilə dağıtdı.

Hökmdarları taxtlarından endirdi; və mütiləri yüksəltdi.

Acları doyurdu; lakin zənginləri boş qaytardı.

Əbədiyyətə qədər İbrahim ilə onun nəslinə mərhəmət etməyi unutmayaraq,

Atalarımıza söz verdiyi kimi, qulu İsrailə yardım etdi.»


Salve Regina
Alma Redemptoris Mater
Ave Regina cælorum
Regina Caeli
Sub tuum praesidium
Stabat Mater


Litaniae Lauretanae : Les Litanies de la Sainte Vierge (Litanies de Lorette)

(Müqəddəs Allah Anasına Litaniya)

Rəbb, bağışla.

Məsih, bağışla.

Rəbb, bağışla.

İsa, bizə nəzər et.

İsa, eşit bizi.
Səmavi Ata, Allah, bağışla bizi.

Oğul, dünyanın Fidyəsi, Allah, bağışla bizi.

Müqəddəs Ruh, Allah, bağışla bizi.

Müqəddəs Üçlük, Vahid Allah, bağışla bizi.

Müqəddəs Məryəm, bizə görə dua et.

Müqəddəs Allah Anası, bizə görə dua et.

Müqəddəs Bakirələr Bakirəsi, bizə görə dua et.

Məsihin Anası, bizə görə dua et.

Kilsənin Anası, bizə görə dua et.

Allah bərəkətinin Anası, bizə görə dua et.

Vücudu çürüməyən Ana, bizə görə dua et.

Pak Ana, bizə görə dua et.

İsmətli Ana, bizə görə dua et.

Qüsursuz Ana, bizə görə dua et.

Nöqsansız Ana, bizə görə dua et.

Ən sevimli Ana, bizə görə dua et.

Ən gözəl Ana, bizə görə dua et.

Xeyirxah məsləhətin Anası, bizə görə dua et.

Yaradanın Anası, bizə görə dua et.

Xilaskarın Anası, bizə görə dua et.

Ən müdrik Ana, bizə görə dua et.

Ən ehtiramlı Ana, bizə görə dua et.

Ən güclü Ana, bizə görə dua et.

Mərhəmətli Ana, bizə görə dua et.

Sadiq Ana, bizə görə dua et.

Ədalət Güzgüsü, bizə görə dua et.

Müdriklik Taxtı, bizə görə dua et.

Sevincimizin Qaynağı, bizə görə dua et.

Müqəddəs Ruhun Ziyarətgahı, bizə görə dua et.

Allahın Şərəfinin Məskəni, bizə görə dua et.

Dərin iman Məskəni, bizə görə dua et.

Sirli Qızılgül, bizə görə dua et.

Davudun Qalası, bizə görə dua et.

Fil dişindən olan Qala, bizə görə dua et.

Ən dəyərli Ev, bizə görə dua et.

Əhdin saxlanma Yeri, bizə görə dua et.

Səmavi Qapı, bizə görə dua et.

Dan Ulduzu, bizə görə dua et.

Xəstələrə Şəfa, bizə görə dua et.

Günahkarlara Sığınacaq, bizə görə dua et.

Kədərlilərə Təsəlli, bizə görə dua et.

Möminlərə Kömək, bizə görə dua et.

Mələklərin Hökmdarı, bizə görə dua et.

Peyğəmbərlərin Hökmdarı, bizə görə dua et.

Apostolların Hökmdarı, bizə görə dua et.

Şəhidlərin Hökmdarı, bizə görə dua et.

Tövbə edənlərin Hökmdarı, bizə görə dua et.

Bakirələrin Hökmdarı, bizə görə dua et.

Bütün müqəddəslərin Hökmdarı, bizə görə dua et.

İlkin günahsız döllənmiş Xanım, bizə görə dua et.

Səmaya götürülmüş Xanım, bizə görə dua et.

Müqəddəs Rozari Xanımı, bizə görə dua et.

Barışıq Xanımı, bizə görə dua et.

Üzərinə dünyanın günahlarını götürən Allahın Quzusu,

Bağışla bizi, Rəbb.

Üzərinə dünyanın günahlarını götürən Allahın Quzusu,

Eşit bizi, Rəbb.

Üzərinə dünyanın günahlarını götürən Allahın Quzusu,

Rəhm et bizə, Rəbb.
-Müqəddəs Allah Anası, bizə görə dua et.

-Qoy biz Məsihin vədlərinə layiq olaq.


Dua edək;

Rəbb Allah! Bizə ruhun və bədənin sağlamlığını verməyə iltifat et və Müqəddəs Bakirə Məryəmin himayəsi vasitəsi ilə bizi yer üzündə şərdən qurtar və səmada əbədi sevinc bəxşiş et.



Rəbbimiz Məsihin vasitəsi ilə.

Amin.
(Agence Fides, 11 octobre 2006) (J.M.)
Yüklə 63,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin