XRONOMETRAJ (timing/time keeping/time study) – Kinoda, radio və TV-də istehsal proseslərinin (çəkiliş, montaj) və efir vaxtının vaxta görə tənzimlənməsi; hazır filmin, verilişlərin, süjetlərin müddəti.
XÜSUSİ KİNOÇƏKİLİŞLƏR (special shootings) – Adi çəkilişdən fərqlənən kinoçəkiliş üsulları və qaydaları; X.k.-ə kadr-kadr, yavaşıdılmış və sentrofer (müəyyən və bərabər vaxt intervalı ilə kinoçəkilişlər), sürətləndirilmiş və yüksək sürətli, qeydiyyatlı, ölçülü, böyük uzaqlıqdan çəkiliş (teleçəkiliş), makrokinoçəkiliş (kiçik obyektlərin iri miqyaslı çəkilişi), mikrokinoçəkiliş və s. daxildir.
İ
İCARƏ (lease)–Müəyyən şərtlər əsasında çəkiliş, yaxud montaj avadanlığının müvəqqəti istifadəyə verilməsi və ya alınması.