XƏRCLƏR (expenditures) – Filmin və ya mürəkkəb kompozisiyalı verilişin çəkilişi üçün sərf olunan, həmçinin bu məqsədlə əldə olunan mallara (iş və xidmətlərə) görə nağd və hesaba köçürmə formasında verilən vəsait.
XƏRCLƏRİN SMETASI (expenditure estimate) – Bax: F i l m i n i s t e h s a l ı ü ç ü n s m e t a.
XƏTTİ BÖYÜTMƏ (linear magnification) – Əşyanın öz təsvirindən neçə dəfə böyük (yaxud kiçik) olduğunu göstərən rəqəm. Bax: T ə s v i r i n m i q y a s ı.
XƏTTİ MONTAJ (linear editing) – Təsvirlərin yalnız bir xətt boyunca və yalnız ardıcıl düzülməsini şərtləndirən montaj üsulu. X.m. zamanı montaj olunmuş hazır materiala hansısa kadrı əlavə etmək, yaxud oradan nəyi isə çıxarmaq üçün təsvir bütünlüklə (yaxud qismən) yenidən köçürülüb işlənməlidir. Qeyri-xətti montajda belə geniş əməliyyata ehtiyac qalmır. Bax: Q e y r i - x ə t t i m o n t a j.