Азярбайъан Енсиклопедийасы


İCARƏYƏ GÖTÜRÜLMÜŞ KANAL (leased channel)



Yüklə 2,68 Mb.
səhifə243/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   239   240   241   242   243   244   245   246   ...   809
İCARƏYƏ GÖTÜRÜLMÜŞ KANAL (leased channel) – İctimai rabitə vasitəsi şərti ilə əvvəlcədən elan olunan qiymətlərə görə icarəyə verilən kabel yayım sistemi kanalı.

İCMAL (review/comment) – 1) Qısa məlumat, bir məsələnin ümumi şəkildə qısaca şərhi; 2) TV və qəzetlərdə günün (ayın, həftənin) siyasi hadisələrini ümumi şəkildə xülasə edən çıxış, məqalə, yazı.

İCMALÇI (reviewer/commentator) – EE-də müntəzəm icmal verən şəxs; icmal yazan jurnalist, icmal müəllifi.

İCMA YAYIMI (community broadcasting) Yerli xəbərlərə, sosial-mədəni problemlərə üstünlük verilməklə qeyri-kommersiya yolu ilə həyata keçirilən kommunikativ icmaçılıq ruhunda radio və TV işinə aid termin. Bu spesifikanı qorumaq məqsədi ilə dünyanın müxtəlif ölkələrində (xüsusən inkişaf etməkdə olan) kommunikativ icmaçılıq tərəfdarları öz prinsiplərini KİV-in bütünlüklə kommersiyalaşdırılması və onların informasiyanın gəlirli məhsula çevrilməsi kimi standart Qərb modelinə qarşı qoyurlar.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin