Азярбайъан Енсиклопедийасы


İFADƏLİ QİRAƏT (elocution)



Yüklə 2,68 Mb.
səhifə250/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   246   247   248   249   250   251   252   253   ...   809
İFADƏLİ QİRAƏT (elocution) – Ədəbi qiraət normalarına riayət edib, ucadan (əzbər və ya kitabdan) oxu üsulu ilə mətnin ideya-obraz məzmununu vermək; sözü bədii şəkildə ifadə etmək məharəti.

İXTİSASLAŞMIŞ KİV (specialized mass-media) – İstehsalı (yayımı) üçün xüsusi qaydalar müəyyən edilmiş və konkret mövzu sahələri olan kütləvi informasiya vasitələri.

İKİQAT EKSPOZİSİYA (double exposition) – Kinolentin eyni bir sahəsinin iki dəfə ekspozisiya edilməsi. Əvvəlcə kinolentin hansısa bir kəsiyində ümumi kinoçəkiliş aparılır, sonra isə bir sıra həvəskar kinoçəkiliş aparatlarında olan əksinə sarıma dəstəyinin köməyi ilə lentin həmin parçası ötürücü bobinə sarınır və çəkiliş təkrarən lentin həmin kəsiyinə aparılır. İ.e. müxtəlif vaxtlarda və ayrı-ayrı yerlərdə baş verən iki hadisəni müqayisə üçün eyni zamanda göstərməyin arzu edildiyi hallarda bədii üsul kimi tətbiq edilir.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin