İDEYA (idea/concept/notion) – 1) İnsanın şüurunda gerçəkliyi əks etdirən anlayışların, təsəvvürlərin və dünyagörüşünün məcmusu, insanın onlara münasibəti və yanaşmasının əsas prinsipi; 2) Yeni veriliş, yaxud film yaratmaq barədə layihə (fikir); 3) Dünyagörüşün əsas və ən mühüm prinsipi; məfkurə, məslək, əqidə.
İFADƏLİ HƏRƏKƏT LƏR (expressive motion)– İnsanın xarici aləmin cisim və hadisələrinə, başqa adamlara bəslədiyi münasibət, keçirdiyi hissləri ifadə edən hərəkətlər. Üzün, əl və qolların müxtəlif hərəkətləri, həmçinin nitqin ahəngi adamın keçirdiyi rəngarəng hissləri ifadə edir. Müxtəlif psixi (xüsusən emosional) hallarda üzə çıxan və onların xarici ifadəsi olan bu hərəkətlər mimikada (üzün ifadəli hərəkətləri), pantomimikada (bədən hərəkətləri) və vokal mimikada (səsin ahəngi və tembrində) təzahür edir.