İKONOMETR (iconometer) – Fotoaparatın müvafiq ikioxlu çərçivə şəklində videoaxtarıcısı; həmin oxlardan biri (böyüyü) obyektivin, digəri isə fotomaterialın müstəvisinə bərkidilir
İKONOMETR (iconometer) – Fotoaparatın müvafiq ikioxlu çərçivə şəklində videoaxtarıcısı; həmin oxlardan biri (böyüyü) obyektivin, digəri isə fotomaterialın müstəvisinə bərkidilir.
İKONOSKOP (iconoscope) – Optik təsviri elektrik siqnalına çevirmək üçün ötürücü TV borusu.
İKONOTEKA (iconotecs) – Müəyyən mövzuya dair təsvirlərin toplusu, kolleksiyası.
İLKİN KADR (primary frame) – Uzun, yaxud uzaq plandan çəkilən kadr (adətən, epizodun əvvəlində çəkilir). İ.k. hərəkət yerinin ümumi mənzərəsini verir, səhnənin məkanca yerləşməsini və şəraitini müəyyənləşdirir. İ.k. ünvan planı da adlana bilər.
İLKİN QURĞULARIN AVTOMATİK KOMMUTATORU (automatic preset switch) – Əvvəlcədən göstərilən məlumatların avtomatik seçilməsi sisteminin qoşulub-ayrılmasını həyata keçirən qurğu.