İMİCMEYKER (image maker) – İmic yaradan. Teleaparıcıların, sənətçilərin imic reklamı ilə məşğul olan şəxs. Əsasən, siyasi reklam mütəxəssislərinə aid edilir.
İMİTASİYA (imitation/reherse) – 1) Yamsılamaq, təqlid etmək. Oxşatma, bənzətmə; kimisə təqlid etmə, bir şeyin saxtasını düzəltmə və s.; 2) Musiqi motivlərinin müxtəlif intervallarda yuxarı və ya aşağı səslə təkrarı, təqlidi.
İMPROVİZASİYA (improvisation) – EE-də çıxış zamanı əvvəldən nəzərdə tutulmayan fikrin deyilişi; hazırlaşmadan şer, ya nitq söyləmə; 2) Bədahətən çalınan və ya yazılan musiqi. Xalq musiqisinin əksər janrları İ. şəklində ifa olunur, çalınır, oxunur.
İMPROVİZƏ OLUNMUŞ ÇIXIŞ (improvised speech) – Əvvəlcədən yalnız mövzusu və çıxışın davamiyyəti (xronometrajı) bəlli olan, lakin efirdə yeni məqamları üzə çıxan danışıq.
İMPULS (pulse) – Hər hansı bir hərəkəti doğuran səbəb, təkan, stimul. İ. sinir elementlərində oyanma növlərindən biri olub, sürətlə cərəyan etməsi və sinir lifləri boyunca dalğavarı yayılması ilə fərqlənir.