İNFORMASİYA VƏRƏQƏSİ (agenda) – Firma blankında və ya adi vərəqdə çap olunmuş operativ informasiya. Adətən, satış yerlərində, sərgilərdə, seminar və mətbuat konfranslarında paylanmaq üçün nəzərdə tutulmuş reklam materiallarına daxil edilir: Bax:P r e s s – r e l i z.
İNFORMATİKA (informatics)– İnformasiya proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması və işlənməsi) kompüter texnikası vasitələri ilə avtomatlaşdırılması haqqında elm sahəsi.
İNFORMATİV (informative) – İnformasiya tutumlu, informasiyanın məzmunluluğunu, dolğunluğunu ifadə edən xüsusiyyət.
İNFORMATOR (informator) – İnformasiya, məlumat verən şəxs.
İNFRAXROMATİK (İNFRAQIRMIZI) MATERİALLAR (infrachromatic material) – Xüsusi sensibilizatorlar tətbiq etməklə infraqırmızı şüalara, həssaslaşdırılmış işığa həssas, neqativ materiallar. Spektrin göy-bənövşəyi hissəsinə təbii həssaslığa malik olurlar. Təbii və əlavə həssaslıq zonaları arasında geniş həssaslıq uçurumu mövcuddur. İnfraqırmızı materialların bir neçə növü var. Əsasən, xüsusi məqsədlər üçün, tutaq ki, elmi fotoqrafiya (məsələn, spektroskopiyada) və kinematoqrafiya, uzaq məsafələrdən aerokinoçəkiliş və digər məqsədlər üçün istifadə edilir. Adi kinematoqrafiyada gecə çəkilişi effekti almaq, uzaq obyektivlərin çəkilişi üçün tətbiq olunur.