Азярбайъан Енсиклопедийасы


KİNONUN QIZIL DÖVRÜ (golden age of movies)



Yüklə 2,68 Mb.
səhifə334/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   330   331   332   333   334   335   336   337   ...   809
KİNONUN QIZIL DÖVRÜ (golden age of movies) – ABŞ-ın əyləncəli kinofilmlər sənayesinin çiçəkləndiyi, şöhrət zirvəsinə qalxdığı 1930-1960-cı illər. Bu dövrdə TV ilə rəqabətə baxmayaraq, ABŞ-da kinobiznes kütləvi mədəniyyətdə indiyədək nəzərəçarpacaq rol oynamaqdadır.

KİNONÜSXƏLƏŞDİRƏN APARAT (replication apparatus) – Kinotəsvirlərin (lentin) və fonoqramların çapı tirajlanması üçün aparat.

KİNOOPERATOR (cameraman) – Bax: O p e r a t o r.

KİNOÖLÇÜ (picture shape) – Öyrənilən obyektin kəmiyyət xarakteristikalarını, onun müxtəlif vaxt məqamlarında məkan vəziyyətini, hərəkət trayektoriyasını, trayektoriyanın müxtəlif sahələrindəki sürətini, bütün prosesin, yaxud onun ayrı-ayrı mərhələlərinin davamiyyətini öyrənmək üçün çəkiliş.

KİNOPLYONKA (film/tape) – Səthi işığahəssas təbəqə ilə örtülmüş, kənarları perforasiyalı, elastik, lentşəkilli material. Yanmayan K.-nın əsasını sellüloz asetatları təşkil edir. Ağ-qara və rəngli filmlərin istehsalında istifadə olunur. Bax: K i n o l e n t.

KİNOPROKAT (film disribution) – Film fondunun planlı surətdə komplektləşdirilməsi və filmlərin ölkə ərazisində əhaliyə göstərilməsi üçün gəzdirilməsi.

KİNOPROYEKSİYA APARATI (cinema unit/film projector) – Kinolentdə olan filmlərin göstərilməsi üçün qurğu. Nümayiş etdirilən filmlərin formatından asılı olaraq K.a. 70 mm-lik (genişformatlı), 35 mm-lik (adi və genişekranlı), 16 və 8 mm-liklərə (adi və «Super-8») bölünür.

KİNOPROYEKSİYANIN DAVAMİYYƏTİ (duration of film projection) – Bu və ya digər uzunluqlu filmin kinoekranda nümayiş etdirilməsi müddəti. Həmin vaxt filmin formatından (35, 16 mm), daha dəqiq desək, kadrın irəliləmə sürətindən və kinoproyeksiyanın tezliyindən asılıdır.

KİNOPROYEKTOR (film projector) – Kinofilmləri ekrana proyeksiya ilə verən aparat. Əsas elementləri: lentdartan mexanizm, verici və qəbuledici kasetlər, işıqlandırıcı, proyeksiyalayıcı sistem; səsləndirən, elektrik enerjisi ilə təchiz edən və aparatı işlədən quruluşlar. Kinoplyonka qreyfer və ya malta mexanizmləri vasitəsilə qeyri-rəvan (sıçrayışla) hərəkət edir.

KİNOPROYEKTORUN İŞIQ AXINI (projector light flux) – Kadr pəncərəsində lentsiz halda obtyuratorun işlədiyi vaxt kinoproyektorun işıq-optik sisteminin yaratdığı işıq axını.

KİNOPROYEKSİYA EKRANI (film projection screen) – Kinofilmin proyeksiyalandığı yastı və əyrixətli səth. K.e.-nın işıqburaxanəksetdirən kimi növləri vardır.

Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   330   331   332   333   334   335   336   337   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin