KİNOREPORTAJ (film reporting/account) – Bax: S ə n ə d l ik i n o.
KİNOSEANS (cinema show) – Filmlərin müəyyən proqram, yaxud cədvəl əsasında tamaşaçılara göstərilməsi. Adətən, kinoteatrlarda seanslar saat yarım, yaxud iki saat davam edir.
KİNO SƏNAYESİ (cinematographic industry) – Kinoköçürmə və kinotexnika sənayesi, kinoplyonka istehsalı sahəsi. Kinoköçürmə sənayesi kinoteatr və kinoqurğularda, TV ilə kino həvəskarları aparatlarında göstərmək üçün kinofilmlərin surətini hazırlayır.
KİNOSƏNƏDLƏR (film documents) – Hər hansı bir elmi eksperimentin, yaxud sınağın normal kinoçəkilişi. Bu, sonradan ətraflı öyrənilmə məqsədi ilə həmin çəkilişləri ekranda ətraflı nəzərdən keçirməyə imkan verir. Xronikal-sənədli çəkilişlər də bu qəbildəndir.
KİNO SƏNƏTİ (cinema art) – Kinematoqrafiyanın texniki bazası və ifadə vasitələrindən istifadə əsasında yaranmış incəsənət növü. K.s. sintetik sənət olub, ədəbi, rejissor, aktyor, musiqi yaradıcılığını və təsviri yaradıcılığı özündə birləşdirir.
KİNOSKRİPT (film script) – Sənədli kinokadrlarla çəkilən yazılı tarixi mənbə. K.-in daha çox təsadüf olunan mətnləri: küçələrin adı yazılmış lövhələr, nümayiş və mitinqlərdə istifadə olunan şüar və plakatlar, afişalar, elanlar və s.
KİNOSTUDİYA (film studio) – Kinofilm istehsal edən müəssisə; bir-birindən fərqli olan bədii-yaradıcı və istehsal-texniki prosesləri uzlaşdıran qurum. Eyni zamanda həm bədii, sənədli-xronika, elmi-kütləvi, həm də tədris filmləri istehsal edən K.-lar mövcuddur. İxtisaslaşdırılmış K.-lar da fəaliyyət göstərir. Ssenaridən başlayaraq hazır filmlərin surətinin çıxarılmasına qədər bütün işlər K.-da görülür. Filmin çəkilişində texniki-dekorativ qurğular şöbəsi, çəkiliş texnikası, film montajı, kinoplyonkaların emalı və surətlərin çıxarılması sexləri və s. iştirak edir. Bədii filmlərin çox hissəsi dekorasiya və süni işıqlandırma, səsyazma qurğuları ilə təchiz edilən K. pavilyonlarında yaradılır.