Xalid Qurbanov
Kamil Fətəliyev
Elçin İskəndərov
EKSPERİMENTİN PLANLAŞDIRILMASI
Azərbaycan Dövlət Aqrar Universitetin və Azərbaycan Elmi –Tədqiqat “Aqromexanika” institutunun Elmi Şuralarında müzakirə olunaraq çap olunması məsləhət görülmüşdür ((mühəndis fakültəsinin 27 fevral 2015, ADAU-nun 12 mart 2015 –ci il tarixli 06 saylı və Aqromexaniki ETİ –nun 1 aprel 2015 –ci il tarixli 1 saylı protokolları).
T.e.d. prof. Xalid Hümbətəli oğlu Qurbanov
T.ü.f.d. prof. Kamil Hətəm oğlu Fətəliyev
T.e.d. prof. Elçin Barat oğlu İskəndərov
Eksperimentin planlaşdırılması 88 səh 2015.
Rəy verənlər:
T.e.d. prof. Qurban Əliyev
T.e.d. prof. Bayram Bağırov
Dərs vəsaiti Elm tədqiqat işləri ilə məşğul olan magistr, aspirant, doktorant, dissertatlar və elm işçiləri üçün nəzərdə tutulmuşdur. Kitabda tədqiqat işlərinin növləri, eksperimentin aparılma metodikası, ölçü cihazları, eksperimentin nəticələrinin riyazi qiymətləndirmə metodu, paylanma qanunları, reqresiya tənliklərinin tərtibi, elm hesabat və dissertasiyaların tərtibinə dair tövsiyələr verilmişdir. Burada reqresiya tənliyinin tərtibinə dair yeni prof. Qurbanov X.H və prof. Fətəliyev K.H metodu öz əksini tapmışdır.
M Ü N D Ə R İ C A T
GİRİŞ............................................................................................................4
1. Elm haqqında əsas anlayışlar və bu haqda görkəmli
şəxsiyyətlərin mülahizələri...........................................................................5
2. Axtarış və tətbiqi tədqiqatların əsas xüsusiyyətləri.....................................10
3. Elmin cəmiyyətdə rolu................................................................................10
4. Elmi –tədqiqat işlərinin növləri...................................................................12
5. Nəzəri və eksperimental tədqiqatlar........................................................17 6. Müasir elmdə nəzəriyyənin və eksperimentin nisbətləri.......................21
7. Proqram –metodikanın tərtibinin əsas prinsipləri........................................22
8. Eksperimentin aparılma şəraitləri (laboratoriya, sahə
təsərrüfatı, dövlət sınaqları).........................................................................25
9. Eksperimentin nəticələrinin riyazi statik hesabatı.......................................28
10. Eksperimentin reqressiya tənliklərinin təyini
(prof. x.h.Qurbanov və prof. K.H.Fətəliyev metodu)................................32
11. Eksperimentin nəticələrinin qiymətləndirilməsi........................................37
12. Aparatlar, cihazlar, avadanlıqlar................................................................41
13. Müasir elmdə nəzəriyyənin və eksperimentin nisbətləri.....................44
14. Kəsilən və kəsilməyən riyazi paylanmalar...............................................45
15. Təsadüfi hadisələrin təsviri və analizi üçün riyazi üsullar........................57
16. Dissertasiyalara, aspirantların rəhbərlərinə və yeni
elmi işə başlayan alimlərə olan tələbatlar..................................................63
17. Dissertasiya işləri üçün mövzunun seçilməsi və elmi -tədqiqat
qurumunun yaradılması şəraiti..................................................................73
18. Elmi –tədqiqat işlərinin və təcrübi konstruktor işlərinin
nəticələrinin tətbiqi....................................................................................75
19. Elmi –tədqiqat və təcrübə konstruktor işinin yekunlarının
tətbiqinin iqtisadi səmərəsi........................................................................81
20. Elmi -tədqiqat işlərindən istifadə olunan sözlərin
terminoloji mənası....................................................................................82
İSTİFADƏ OLUNAN ƏDƏBİYYATLAR...........................................88
G İ R İ Ş
Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin inkişafında, davamlı iqtisədi və sosial tərəqqidə, milli təhlükəsizliyin təmin edilməsində elmin inkiaşfı dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Azərbaycan elmin zəngin tarixi və ənənələri vardır. Azərbaycan alimləri qədim dünya elmi irsinin Avropaya çatdırılmasında yaxından iştirak edərək Şərqlə Qərb arasında körpü rolunu oynanıb öz dəyərli töhfələrini verməklə böyük xidmətlər göstərmişlər. Azərbaycanda elmi fikir XIX əsrdən etibarən müasir nəzəri düşüncənin mailiyyətləri ilə tam yeni mərhələyə qədəm qoymuşdur.
XIX əsrin 60÷80-ci illərdə Azərbaycana gələn xarici alimlərin neft sənayesinin və Azərbaycan elminin inkişafında xidmətləri olmuşdur. Həmin dövrdə burada əldə edilən çoxsaylı elmi və texniki nəticələr, o cümlədən 1847 –ci ildə neftin sənaye üsulu ilə çıxarılması ilk dəfə Azərbaycanda reallaşmışdır.
Azərbaycanda elmi fikir XIX əsrin birinci yarısında etibarən öz inkişafının növbəti mərhələsinə qədəm qoymuş və həmin dövrdə respublikada elm və təhsil sürətlə inkişaf etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis edilmiş elmi fəaliyyətin inkişafı üçün mükəmməl quruluşlu təşkilat yaradılmışdır. XX əsrin ikinci yarısında Azərbaycan Elmlər Akademiyası qədim və zəngin elmi ənənələri olan ölkəmizdə elmin strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynamışdır. 1969 -1982-ci illərdə respublikadan kənardakı qabaqcıl ali məktəblərdə təhsil almış minlərlə gənc vətənə qayıdaraq elmi müəssisələrdə xalqımızı vətəndən kənarda da layiqincə təmsil etmişlər.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan ictimaiyyəti ilə ilk görüşü Akademiyada olmuş və nəyin bahasına olursa olsun Akademiyanın əvvəlki şöhrətini özünə qaytarmaq təşəbbüsünü qaldırmışdır.
Azərbaycan müstəqil dövlət kimi uğurlu siyasət aparır. Ölkəmiz inkişaf edir. Bu inkişaf özünü bütün istiqamətlərdə göstərir. Elmin inkişafı da ümumi inkişaf templəri ilə uzlaşmalıdır. Ali təhsilin elmin və istisədiyyatın birliyi yaradılmalıdır. Müstəqilliyimizin inkişafı və möhkəmlənməsi şəraitində, Azərbaycan elminin və elmi potensialının güclənməsinə həmişə böyük ehtiyac vardır.
Elmin əsas aparıcılarının qarşısında əsas məsələlərdən biri tədqiqat işlərinin düzgün və müasir tələblərə cavab verən metodikalar əsasında təşkil etməkdir. Məlumdur ki, tədqiqat işlərinin əsasını nəzəri və eksperimental işlər təşkil edir. Beləki nəzəriyyədə tədqiq olunan məsələlər eksperimentdə öz əksini tapmaqla təsdiq olunmalıdır. Bu baxımdan tədqiqatçıların eksperimentlərin aparılmasına, onun metodikasının, istifadə olunan cihaz və avadanlıqlardan, alınan nəticələrin riyazi statiki hesabatına düzgün rəayət olunması tələb olunur. Bunları nəzərə alaraq müəlliflər müasir tələblərə cavab verən və öz təcrübələrindən istifadə edərək elm işçilərə kömək məqsədi ilə dərs vəsaitini lazımı proqram əsasında tərtib etmişlər.
1. ELM HAQQINDA ƏSAS ANLAYIŞLAR VƏ BU HAQDA GÖR
KƏMLİ ŞƏXSİYYƏTLƏRİN MÜLAHİZƏLƏRİ
Hazırda elm, elmi texniki tərəqqinin əsas hərəkətverici qüvvəsinə və xalq təsərrüfatının özünəməxsus sahəsinə çevrilib və ictimai istehsalatın effektivliyinin yüksəldilməsi üçün əsas vəsitədir. Bu səbəbdən dövlət tərəfindən elmin inkişafına bütün dövrlərdə xüsusi diqqət yetirilib.
Elmin əsas xüsusiyyətlərinə gəldikdə isə:
- elm; - ətrafındakı həqiqətləri aşkar etmək və nəzəri olaraq sistemləşdirməkdən ibarət insanın fəaliyyət sahəsidir. Elmin əsas məqsədi tədqiqat sahəsi olan prosesləri və hadisələri öyrənməkdən, izah etməkdən, əvvəlcədən proqnozlaşdırmaqdan ibarətdir;
- elmi fəaliyyət; - yeni elmi biliklərin əldə edilməsi və tətbiqinə yönəldilmiş fəaliyyətdir. Buraya fundamental və tətbiqi elmi tədqiqatlar, elmi- texniki araşdırmalar, eksperimental işləmələr, elmi innovəsiya və s. aid edila bilər;
- fundamental elmi tədqiqatlar; - insanın, cəmiyyətin, ətraf təbii mühitin quruluşunun, funksiyasının və inkişafının əsas qanunauyğunluqları haqqında yeni biliklərin əldə edilməsinə yönəldilmiş nəzəri və eksperimental fəaliyyətdir;
- tətbiqi elmi tədqiqatlar;- əsas etibarilə praktiki məqsədlərin həyata keçirilmaəsi və konkret məsələlərin həlli üçün yeni biliklərin təqbiqinə yönəldilmiş fəaliyyətdir;
- elmi - texniki araşdırmalar; - texnoloji, texniki iqtisadi, sosial, humanitar və digər problemləri həll etmək, elmin texnikanın və istehsalın vəhid bir sistem kimi işlənməsini təmin etmək üçün yeni biliklərin əldə olunmasına və təqbiqinə yönəldilmiş fəaliyyətdir;
- eksperimental işləmələr; - elmi tədqiqatlar nəticəsində və ya əməli təcrübə əsasında əldə olunmuş biliklərə əsaslanan, insan həyatı və sağlamlığının qorunmasına, yeni material, məhsul, istehsal prosesi, qurğu, xidmat və üsulların yaradılmasına, onların təkmilləşdirilməsinə yönəldilmiş fəaliyyətdir;
- elmi innovasiya; - elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklərin və əqli mülkiyyətin (elmi işləmələrin, ixtiraların, kəşflərin və s.) yaradılmasını; onların yeni əmtəə, texnologiyalar, sosial xidmətlər sahəsində keyfiyyətlə səmərə verən tətbiqini və bu prosesi təmin edən istehsalat şərtləri formaların özündə birləşdirən fəaliyyətdir;
- elmi nəticə; - elmi fəaliyyət nəticəsində əldə edilən, müvəfiq məlumat daşıyıcısında qeyd olunmuş yeni biliklər və həllərdir;
- elmi məhsul; - istifadə üçün miiüəyyən edilmiş elmi, о cümlədən intellek-tual fəaliyyətin nəticəsidir.
Elm haqqında ən dəyərli fikirlər Məhəmməd peyğəmbərə məxsusdur. O, elm haqqında demişdir:
- Beşikdən məzara qədər elm öyrənin.
- Elm Cində belə olsa, ardınca gedin.
- Elm, savəd öyrənmək, qadınlı kişili bütün müsəlmanların borcudur.
- Alimin yuxusu cahilin ibadətindən xeyirlidir.
- Hər yerin bir yolu olduğu kimi, cənnətin də yolu elmdir.
- Elm sahibinin dostu çox olar, mal sahibinin düşməni.
- Elm istifadə olunduqca artar, mal isə azalar.
- Elm qaldıqca qiyməti artar, mal isə qaldıqca qiymətdən düşər.
- Elm qəlbə güc verər, mal isə qəlbi daşlaşdırar.
- Elm insanı təvəzökar, mal isə lovğa edər.
- Elmin oğrudan qorunmasına ehtiyac yoxdur, malı isə qorumaq lazımdır.
- Elm rəhmət, mal isə düşmən qazandırır.
- Mənim ümmətimdan hər bir agıl sahibinə bu dörd şey vəcibdir: elmi eşit-mək, onu öyrənmək, yaymaq və ona əməl etmək.
- Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır.
- Alimin mürəkkəbi və şəhidin qanı göylər üçün eyni rəngdədir.
- Bilikli adamın üzünə baxmaq, onunla oturub-durmaq ibadətdir.
Dahi mütəfəkkir şair şeyx Nizami Gəncəvi elm haqda yazmışdır:
- Qüvvət elmdədir, başqa cür hec kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən biliniz fəqət
Alimin rütbəsi ucadır əlbət.
- Elm öyrənməyi ar bilən hər kəs,
Dünyada mərifət qazana bilməz.
- Bir elmi öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan
Elm haqqında Ulu Öndər Heydər Əliyevin də dəyərli fikirləri olmuşdur:
- Hansı iqtisadiyyat olursa olsun, elm inkişaf etməlidir.
- Elə etmək lazımdır ki, elmə həqiqətən onu zənginləşdirməyə, irəlilətməyə qadir olan adamlar gəlsin.
- Gələcək bilikli, elmli, vətəndaş mövqeli insanların çiyinləri üstündə qurulacaqdır.
- Elm adamları istedada, məhərətə, xüsusi bacarığa malik olmalıdır... Bu insanlar ən böyük hörmətə layiqdir.
Elm haqqında digər görkəmli şəxsiyyətlərin dediklərindən:
- Bir nəfər elm adamından soruşurlar:
Elmdə bu dərəcəyə necə çatdın?
Dedi!
Bilmədiyim şeyi soruşmaqdan utanmadım.
- Elm əqidəli olmaq üçündür, dünya malı yığmaq üçün yox.
- Əsəri olmayan alim barsız ağacdır. (Məhəmməd Hadi)
- Qədimdə insanlar elmi kamilliyə yetmək naminə öyrəndikləri halda, bu gün dünyanı fəth etmək naminə öyrənirlər. (Kanfutsi, Çin mütəfəkkiri).
- Elmin hüdudları üfiq xəttinə oxşayır: biz ona nə qədər yaxınlaşsaq, о bizdən bir о qədər uzaqlaşacaq. (Pyer Buast, Fransız yazıçısı).
- Elmdir cümlə-sənətin dəyəri.
Elmsiz sənətin nədir dəyəri? (Abbas Səhhət).
Elm öyrənmək heç vaxt gec deyil. (ibn Sina).
- Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir. (Sokrat).
- Elm insanın tacı, var-dövlət isə boğazdan sallanan boyunbağıdır. (Cavanni Viko, İtalyan filosofu).
- Ölkəni inkişaf etdirib irəli aparan elm və təhsildir. (Bismark, Almaniyanın dövlət xadimi).
- Elm və təhsildə məqsəd texniki avədanlıq istehsal etmək deyil, insan yetişdirməkdir. (F.Rixter, Alman yazıçısı).
- Elm yaxşı zamanlarda sərvət, pis zamanlarda isə sığınacaq və gözəl yol göstərəndir. (Aristotel).
- Elm bütün qapıları açan açara bənzər. (Anatol Frans, Fransız yazıçısı).
- Elmsiz adam, meyvəsiz ağac kimidir.
- Elm səbəb, əməl isə nəticədir.
- О adam ki, bilir və biliyi ilə başqalarını heyran edir, о alimdir, ona ehtiram edin.
О adam ki, bilir və biliyinə güvənmir, о özündən xəbərsizdir, onu tənqid edin.
О adam ki, bilmir və öyrənməyə cəhd edir, о zəhmətkeşdir ona kömək edin.
О adam ki, bilmir və öyrənmək da istəmir, о ağılsızdır; ondan uzaq olun.
(Nəsrəddin Tusi).
Elm təbiətdə və cəmiyyətdəki hadisələri proqnozlaşdırmağa və dəyişməyə imkan verən bilik sistemidir. Alimlərin bir çoxu “elm” terminini açıqlayıb və hər bir açıqlama elmin təyinatlarını özündə əks etdirir. Məsələn, S.Q.Strumilin belə hesab edirdi: “Elm- həqiqəti əldə etmək üçün prosesdir... Elm bilik prosesi kimi öz tamamlanmasını nəzəriyyəsinin təcrübəyə tətbiqi zamanı tapar.
İ.P.Pavlov yazırdı: “Elm insanın özü-özlüyündə və əhatə dairəsində silahıdır”. P.N.Zaylin, A.İ.Şerbakov və M.A.Xudeleviç elmin tərifini özlərinə məxsus vermişlər.
- Elm, təbiət, cəmiyyət, təzahür haqqında toplanmış biliklərin işlənmiş sistemi, onların inkişafıdır;
- Elm, insan fəaliyyati ilə təbiəti, cəmiyyət və təzahür qanunlarının öyrənilməsinə, onlardan əldə olunmuş biliklərin texnika, texnologiya və idarəetməyə tətbiqidir;
Riyaziyyatçıların fikrinə görə: - Elm təbiətdə və cəmiyyətdə baş verənləri proqnozlaşdırmaq və dəyişməyə imkan verən bilik sistemidir.
Rus yazıçısı L.Tolstoyun fikirincə “Bilik о zaman bilik sayılır ki, zehinlə deyil şüurla əldə edilir” və yaxud:
- Əgər kiçik elmi işçi konkret problemdə akademikdən az baş çıxarırsa, deməli onun elmdə yeri yoxdur (V.V.Volevodskiy).
- Elmlə işdən kənar vəxtlarda, iş vəxtı isə əməyin elmi təşkili ilə məşğul olmaq lazımdır (Svetkov).
- Elmin gücü və qüvvəsi hədsizdir. Onun insanın xeyrinə praktiki tətbiqi də hədsizdir (A.N.Krılov).
Elmin özünə məxsus xüsusiyyətləri vardır, çünki, elm özünün daxili qanunları olan ictimai inkişaf qanunlarına tabedir.
Elmin xarici xüsusiyyətləri ondan ibarətdir ki, elmin inkişafı müasir cəmiyyətin özünəməxsus tələbləri ilə, onun xarakteri isə cəmiyyətin qərəzliliyi ilə təyin olunu.
Elmin daxili xüsusiyyətləri ondan ibarətdir ki, o, ayrı -ayrı sahələrdə yeni problemlərin aşkara çıxması nəticəsində başlanır və inkişaf edir, elmin bu sahələri nisbətən perspektivli hesab edilir.
Elm haqqında belə bir aforizm də vərdır: “Elm əsl alimin xobbisidir”.
Elm termininin tərifindən belə çıxır ki, insanların elmi fəaliyyətinin məqsədi biliklərin, anlayışların istehsalı onların inkişaf qanunlarının aşkara çıxarılmasıdır. Buna görə də insanların elmi fəaliyyəti arabir fiziki işlə müşahidə olunan əqli işdir.
Elmin məqsədləri haqqında D.İ.Mendeleyev demişdir: “...Elmin öyrənilməsinin iki əsas məqsədi vər: qabağıgörmək və xeyir”.
Elmi nailiyyətlərin realizə edilməsi insanların aşağıdakı fəaliyyəti nəticəsində həyata keçirilir:
a) biliklərin alınmasına, mənimsənilməsinə, işlənilməsinə, sistemləşdirilməsina;
b) təbiətin, cəmiyyətin və dərrakənin qanunlarının dərindən öyrənilməsinə;
s) biliklərin texniki, texnoloji və ya təşkilatı tətbiqi.
2. AXTARIŞ VƏ TƏTBİQİ TƏDQİQATLARIN ƏSAS XÜSUSİYYƏT
LƏRİ
Praktiki və nəzəri biliklərin dərinləşdirilməsi yalnız bu sahədə proqres əldə etməyə imkan verir. Bununla əlaqədar olaraq axtarış və tətbiqi tədqiqatların əsas vəzifələrinə aşağıdakılar daxildir:
1. İstehsalat və istehsal ediləcək məhsulların təkmilləşdirilməsi üsulları.
2. Yeni məhsullar almaq və onların alınması üçün yeni orjinal üsulları işləmək;
Bu halda axtarış tədqiqatları nəticəsində istehsal olunacaq məhsul dəqiqliklə öyrənilməlidir. Tətbiqi tədqiqatlarda isə sistematik öyrənmə ilə məhsulun seriyalı və kütləvi, sonra isə yüksək səviyyədə istehsalına yol tapılmalıdır.
3. Elmin perspektiv sahələrinin imkanlarını üzə çıxartmaq, eksperimentlər əsasında sənayedə və kənd təsərrüfatı istehsalında uğur qazanma şansının momentini təyin etmək üçün bilik toplamaq.
4. Təbiətdə və texnikada cəmiyyətin tarixi inkişafında qanunların əksini tapmasını dərk etmək, fərdini ümumidən, formanı məzmundan, təsadüfi obyektiv zərurətdən, milli adətləri onların sosial əsaslarından, səxsiyyəti sinifindən ayrılıqda tədqiqin mümkün olmadığını açıqlamaq.
3. ELMİN CƏMİYYƏTDƏ ROLU
Elmin cəmiyyətdə rolu cox böyükdür. Müasir dövrdə elm istehsal qüvvəsidir. Texniki tərəqqinin əsas mənbəyi əmək məhsuldarlığının və əhalinin artımı eləcə də elmdə irəli sürülən əsas problemlərin həyatiliyidir.
Elm, texnika, texnologiya və idaraetmə maddi istehsala, icmal münasibətlərə, idaraetmə sisteminə, insanların həyat və yaşayışına təsir göstərir. Elm cəmiyyətin və maddi istehsalın inkişafının aparıcı qüvvəsidir.
Hələ 1967-ci ildə akademik V.N.Trapeznikov yazırdı: “Elm və onun nəticələrinin k/t-da mənimsənilməsi əmək istehsalının yüksəldilməsinin əsas mənbəyidir”.
Elmə sərf olunan hər manat istehsalat fondlarının planlı inkişafına qoyulandan dörd dəfə, texniki proqres olmadıqda isə altı dəfə sərfəlidir.
Elmin istehsalatla əlaqəsi elmi-tədqiqat işlərinin planının tutulması ilə başlanır. Bu səbəbdən də elmi işçilər istehsalatın tələblərini yaxşı bilməli və tədqiqat planına aktual məsələləri daxil etməlidirlər. Elmlə istehsalatın əlaqəsi birbaşa və ya əksinə olur. Birbaşa əlaqədə elmi tədqiqatların tətbiqi nəticələrində nail olunur, əks halda isə istehsalatın dərindən öyrənilməsi və tədqiqata ehtiyacı olan sahələrin aşkara çıxarılması məslələri həll olunur.
Elmin istehsalatla birbaşa əlaqəsi təsərrüfat və yaradıcilıq müqavilələri ilə möhkəmlənir. Əks halda əlaqə mətbuat, radio, televiziya, sərgilər, konfranslar vəsitəsi ilə aparılır.
Elmlə istehsalatın əlaqəsi nəticələrin tətbiqi ilə başa çatmamalıdır. Bu nəticələrin təkmilləşdirilməsinə və ya daha yeniləri ilə əvəz olunmasına səbəb olmalıdır. Belə əlaqələr nəticəsində elm cəmiyyətin istehsal gücünə çevrilir.
İxtira praktikada nailiyyətlərə əsaslanır, elm isə nəzərdən keçirir və əsaslandır. Bəzən elm praktikanı qabaqlayır. Fundamental elm isə praktikanı bir neşə il qabaqlamalıdır.
Elmi nailiyyətlərin nəticələrinin həyata keçməsi, elmi ən effektli kapital qoyuluşu olan sahələrdən birinə çevirir. Bu, elmi cəmiyyətin istehsal qüvvəsinə çevrilən amillərdən biridir.
Tətbiqi elm yeni əmək vəsitələrində və alətlərində, yeni tələbat vəsitələrində, nailiyyətlərin modelləşdirilməsində müəssisələrdə istehsal qüvvəsi kimi yer tutur.
4. ELMİ –TƏDQİQAT İŞLƏRİNİN NÖVLƏRİ
Elmi işin əlamətləri
Yuxarıda adları çəkilən tədqiqatların xüsusiyyətlərini göstərən “Elmi iş” anlayışı fundamental, axtarış tətbiqi tədqiqat və təcrübi-eksperimental istehsalatın nəticələrini əhatə edir.
“Elmi iş” termini altında təbiət, texnika, cəmiyyət və s. inkişafı qanunlarının təyin etdiyi iş nəzərdə tutulur. Elmi işdə yalnız məsələlər öz həllini tapmamalıdır, yeni problemlər və onların həlli yolları da araşdırılmalıdır.
A.N.Krılov belə hesab edirdi ki, elmi iş yalnız о zaman nəticə ver bilər ki, iş aparanın hər hansı bir ideyası və şəxsi fikirləri olsun.
Elmi işin əlamətləri bunlardır: yenilik və orjinallıq; unikallıq və təkrar olunmazlıq, təkamül xarakteri və risk. Elmi iş tədqiqatçının sərbəstliyindən deyil, prosesin anlaşılma mahiyyətindən, mənfi və ya müsbət nəticə alınmasından irəli gəlir.
Fundamental işlər. Bu işlər cəmiyyətdə qısa zamanda hiss ediləcək xeyir vermir. Bəziləri illərlə rəflərdə qala bilər. Fundamental və axtarış işlərinin yüksək effekt vermək ehtimalı həmişə olmur. Lakin, fundamental işlərin nəticəsi ixtira ola bilər, onlarsız isə elmin inkişafı mümkün deyil. İxtira elmi-tədqiqatın inkişafının təməlidir.
Fundamental elmi-tədqiqat işləri bir qayda olaraq nəzəri profilli akademiya institutları tərəfindən yerinə yetirdir. Bəzən tədris institutlarında yerinə yetirilə bilər.
Nəzəri istiqamətli institutlar mədəniyyətin və elmin ümumi dirçəlişinə kömək edir. Nəzəri ixtiralar maddi istehsalatda köklü dönüşə səbəb olur və əlaqəli sahələrdə irəliləyiş deməkdir. Hər bir ixtiranın elmə və texnikaya ehtiyacı vər. Bu sabəbdən də axtarış və tətbiqi tədqiqatlar gələcək təcrübə-konstruktor və istehsalatın-konstruktor hazırlığı işlərinin aparılması üçün vacibdir.
Axtarış işləri. Ауrı -ауrı hallarda axtarış işlərinin nəticələri istehsalatda tətbiqi tədqiqatla və təcrübi-konstruktor işləri nəzərə alınmadan istifada edilə bilər.
Axtarış işləri tətbiq qanunlarının istehsalatda istifadə prinsiplərini üzə şıxarmağa imkan verir.
Bəzən tədqiqat işləri konkret elmi iş haqqında sistemli məlumat almaq məqsədi ilə aparılır. Belə işlər kiçik məqsəd daşıyır və alınmış nəticələrin xalq təsərrüfatında işlənməsi yolları öyrənilir.
Tətbiqi elmi-tədqiqat işləri. ETİ və KB tərəfindən yerinə yetirilən işlər bu təşkilatların fəaliyyətinin planlaşdırılması və uçotu nöqteyi -nəzərindən üç növə bölünür: tətbiqi elmi-tədqiqat, təcrübi -konstruktor və başqa təşkilatlara texniki xidmət və kömək göstərilməsinə dair işlər.
Tətbiqi xarakterli işlər təcrübi-konstruktor və ya layihə texnoloji işləmələrdə istifada edilir. Tətbiqi işlərə aşağıdakılar daxildir: yeni texnikanın yaradılmasında istifadə edilən təkmilləşdirilmiş konstruktor -texnoloji prinsiplərin axtarışı; yeni məhsulların texniki parametrlərinin işlənməsinin optimal üsullarının axtarışı; materialların texniki xarakteristikalarının təyin edilməsi və onların sınağı üsullarının axtarışı. Bu işlər də tam eksperimental nüsxələrin yaradılması və bütün sınaqların aparılması ilə başa çatır.
Tətbiqi xarakterli elmi işlərin yekununda prinsipcə yeni nəzəri və texniki həlli olan əlavə nəticələr əldə edilir. Onlar əsasən sənaye yönümlü institutlarda işlənir. Bu institutlardan təxirəsalınmaz səmərə tələb edilir.
Tətbiqi elmi-tədqiqat işlərinin tamlığı və uğuru aşağıdakılardan asılıdır:
- məsələlərin həllin tələbatlar və ya axtarış işində nəzəri tərtib olunmuş məsələnin labüdlüyü;
- məsələnin həlli üçün ideyanın, maddi şəraitin və enerjinin tələb olunan növünün olması;
- təcrübənin istifadə etdiyi riyazi aparat;
- elmi tədqiqatların nəticələrinin xalq təsərrüfatı sahələrinə koordinasiya edilməsi və tətbiq olunma imkanları.
Təcrübi konstruktor işləri: Bu işlərə texniki işlənmə ilə əlaqəli işlər, yeni qurğuların yaradılmasına yönəldilmiş, elmi-konstruktor işlərinin nəticələri, texniki və texniki-iqtisadi sənədləşdirilmənin, texniki şəraitin və quraşdırma işlərinin işlənməsi aiddir.
TKİ elmi-tədqiqat işlərinin nəticələrinə dair tələblər işlənmiş, texniki məsələlərin əsasında həyata keçirilir. TKİ-nin məqsədi hərtərəfli sınaqlardan sonra istehsalata verilə biləcək yeni texnikanın yaradılmasıdır.
Texniki işlənmənin və ya TKİ-nin əsasını texnoloji layihələndirmə, sınaq maşınlarının, qurğularının yaradılması təşkil edir. TKİ layihə -konstruktor və layihə -texnoloji institutlarda aparılır. TKİ-nin bütün növləri və iqtisadi effekt təyin edilir.
Elmi mövzunun işlənməsində layihələndirmə elmi işin növü kimi öyrənilir. Təcrübə-konstruktor işlənməsinə: qurğunun layihələndirilməsi, mövcud üsulların və prinsiplərin sınağı və qiymətləndirilməsi aiddir. TKİ nəzəri ixtiranın praktiki olaraq həyata keçirilməsində əsas mərhələdir. O, mövcud qanunlara, normativ verilənlərə, məlum düsturlara, standart sınaq materiallarına əsaslanır.
TKİ yüksək əmək məhsuldarlığına, yeni texnikanın fasiləsiz və avtomatik işi təmin edən yeni texnikanın yaradılmasına, proqramlı idarəetmənin, elektronikanın, hesablama texnikasının tətbiqinə və s. yaradılmasına yönəldilir. Texniki işləmədə yalnız işin məqsədi əldə edilir.
Yuxarıda deyilənlərdən belə nəticəyə ğəlmək olar ki, texniki işləmələrə konstruktiv işləmələr, sınaqlar, texnologiyanın işlənməsi, müşahidələr, tədqiqatların nəticələrinin analizi və müqayisə edilməsi daxil edilir. Burada maşının keyfiyyətlərinin mənfi və müsbət olması səbəbləri aşkara çıxarır.
Maşının funksiyasını təyin etdikdə konstruktor başqa ixtisasçıların, texnoloqların, mühəndis -mexanizatorların, təmirçi mühəndislərin, aqronomların, zootexniklərin, iqtisadçıların məsləhətlərindən istifadə etməlidir.
Seriyalı maşın işlənməsidə hər bir hissənin və birləşmənin etibarlılığı, о cümlədən, bu göstəricilər əsasında hissələrdə gərginlik göstəriciləri, hərəkət hisslərinin ətalət qüvvələri, tarazlıq dərəcəsi, surət və təcil və başqa faktorlar öyrənilməlidir. Belə hissələr üçün uyğun materiallar seçilir. Hissələrin etibarlılıq göstəricilərini onların möhkəmliyi ilə uyğunlaşdırmaq lazımdır. Yeni maşın о zaman istehsalatda tətbiq edilir ki, onun metal və enerji tutumu az olsun, sadə konstruksiyalı iş prinsipi asan məhsuldarlığı yüksək olub təhlükəsizliyi təmin etsin.
Köməkçi işlər. Texniki kömək işlərində aşağıdakılar nəzərdə tutulur: yeni texnoloji proseslərin mənimsənilməsi muüəssisələrdə təşkilati-metodiki işlərin yerinə yetirilməsi texniki materialların işlənməsi, kompleks işlərin iqtisadi əsaslandırması üzrə rəhbərə kömək göstərmək. Texniki xidmət göstərilməsinin tədqiqat xarakterli olması da ETİ-nin mövzu planlarında vəcib yer tutur. Buraya bütün növ resursların ümumi xərci, tələb olunan xidmət işləri daxil edilir.
Elmi işin işlənilməsində fərləndirici xüsusiyyətlər
Elmi tədqiqat işi ilə texniki işlənmə arasında bir çox fərqli cəhətlər vardır. Elmi iş adi işdən nəticələrinin yeniliyi və orjinallıgı, nəticələrin əldə olunma metodikasının təkrar olunmazlığı ilə fərqlənir. Tədqiqatçı başqalarının işlərini təkrar etməmək şərti ilə məlum olmayanı tədqiqat yolu ilə araşdırır, alınmış nəticələrin lazımi yoxlamalar aparılmaqla dürüstlüyü, nəticələrin ehtimal xarakterli olması aydınlaşdırılır. Bu zaman nəticələr müsbət və ya mənfi ola bilər.
Elmi işin məqsədi iki üsulla araşdırıla bilər:
a) yeni, orjinal, sistemli verilənləri almaq məqsədilə məlum olan biliklərin genişləndirilməsi;
b) yeni texnikanın, texnologiyanın tətbiqilə istehsalatın effektivliyinin yüksəldilməsi.
Elmi iş tədqiqat nəticəsi olub, təcrübə və ya nəzəri analiz əsasında hadisənin qanunauyğunluğunun aşkarlanması məqsədini daşıyır. Tədqiqat zamanı səbəblər və nəticələr arasında əlaqə riyazi olarsa, hadisənin mahiyyəti məlum olur. Bu halda iş elmi xarakterlidir.
Elmi işdə faktorların proseslərə təsiri və bu faktorların qiymətlədirilməsi aşkar edilir. Faktiki materialsız elmi iş fundamentsiz binaya bənziyir. Lakin, ümumiləşmiş, nəticəsiz faktlar hələ elm deyil. D.İ.Mendeleyev bu barədə demişdir:... “Faktlar toplusu elmin görüntüsüdür, onun yanından ötüb elm məbədinə girmək olmaz”.
Elmi fəaliyyətə yeni başlayanlara akademik İ.İ.Pavlov belə məsləhət vermişdir: “Elmdə ağır iş görməyə alışın. Faktları öyrənin, toplayın. Faktlarsız sizin “nəzəriya” boşdur. “Нər hansı mövzuda elmi iş yeni məlumatların alınmasına, mənimsənilməsinə, klassifikasiyasına, işlənməsinə yönəlir.
İqtisadi işlər orjinal və dürüst olduqda, yəni əgər onlar məlum məlumatlarla müqayisədə daha təkmilləşmişdisə əsaslıdır. Buraya sahələrarası balansın tərtibi və analizi, müəssisələrin ixtisaslaşdırılmasına dair məsələlərin həlli, müəssisələrin iqtisadi səmərəliliyinin analizi, elmi fəaliyyətin təşkili və planlaşdırılması daxildir.
Mühasibat hesabatı və ya maddi-texniki təchizata dair iqtisadi iş adi çərçivədə aparılıbsa, bu elmi iş deyil.
Elmi işlərə aşağıdakılar da daxildir: patentşünaslıq, standartların işlənməsi, aspirantların hazırlanması və ya tədqiqatçılara rəhbərlik, yaradıcı işin metodikası və s.
İşləri elmi və sıravilərə böldükdə məhsulun prinsipial dəyişdirilməsi elmi işlərin funksiyasına, hazır texnologiyaya əsaslanır, məhsul almaq isə mühəndisin funksiyasına daxil edilir.
Elmi istiqamətlərin və problemlərin əlaqəsi
Elmi işlərin inkişaf edəcəyi əsas elmi istiqamətlərin formalaşması, hər elm sahəsi üzrə problemlər vəsitəsilə həyata keçirilir. Bütün növ tədqiqatlar: əsas elmi istiqamətlər, problemlər mövzular və fasillərə bölünür.
Hər bir elmi istiqamətə bir və ya bir neçə problem uyğundur. Problem elmi istiqamətin bir hissəsi olub, onun geniş sahəsini əhatə edir. İşlər üzrə koordinasiya Elmi Tədqiqat İnstitutları (ETİ) tərəfindən aparılır.
Elmi mövzular ETİ və ya təşkilat tərəfindən həllini tapan problemin bir hissəsidir. Вöyük əmək sərfi tələb edən işlər fasillərə, fəsillər isə bölmələrə və bəndlərə bölünür. Fəsillər ETİ və ya konstruktor bürolarının şöbələri tərəfindən, bunların bölmələri və bəndləri isə laborotoriyalar və ya elmi qruplar tərəfindən aparılır. Kiçik mövzular isə ayrıca laborotoriyalar və ya qruplar tərəfindən yerinə yetirilir. Mövzunun aparılması müddəti və mərhələləri əvvəlcədən planlaşdırma nəticəsində təyin edilir. Mərhələ dedikdə işin sərbəst hissəsi nəzərda tutulur.
Dostları ilə paylaş: |