6. MÜASİR ELMDƏ NƏZƏRİYYƏNİN VƏ EKSPERİMENTİN NİSBƏTLƏRİ
Bu məsələ yuxarıda söhbəti gedən elmi-tədqiqat işlərinin növlərindən asılıdır.
Tədbiqi institutların verdiyi məlumatlarda iqtisadi vəsaitin 10-15%, axtarış işlərinə 80 -85%, tədbiqi tədqiqatlarda 3-5% isə 80-85%, nəzəri tədqiqatlara isə sərf olunur.
Tədbiqi ETİ mərhələlərinin yerinə yetirilmə müddətinə sərf olunan vəxtın hazırlıq mərhələsi 26 -29% -nəzəri hissənin işlənməsi 25 -27%; stendlərin, maketlərin layihələndirilməsi və hazırlanması 5 %; eksperimental işlər təcrübə nümunələrinin sınağı, tədqiqata korrekta etmək 35-36%; eksperimental tədqiqi 3%; hesabatın tərtibi (hər fəsil üçün ayrılıqda hesabat yazılması) 3-6% təşkil edir.
ETİ-nin mərhələlər üzrə dəyərinin ümumi dəyərə nisbətən paylanması aşağıdakı kimidir: hazırlıq mərhələsi 9-10%; mövzunun nəzəri hissəsinin işlənməsi 29-31%; maketlərin, stendlərin, sınaq və nəzarət vəsitələrinin layihələndirilməsi və hazırlanması -17 -21%; eksperimental işlər, nümunənin sınağı, tədqiqatın nəticələrini korrektə etmək 34%, ayrı-ayrı müəssisələrdə eksperimental tədbiq4-5%; elmi tədqiqat işinin təqdimi olunması haqqında hesabatın və aktların tərtibi-3-7% olur.
Əmək sərfinin paylanma nisbəti: hazırlıq mərhələsinə -5 -10%; nəzəri tədqiqata 30-40%; maketləşdirmə və eksperimental işlərə 50-60%; elmi hesabatın tərtibinə 5-10% təşkil edir.
Tədqiqat-istehsal tsiklinin yekun mərhələsini, maşınların hazırlanması, tam həcmdə maketlərinin sınağı təşkil edir (cədvəl 6.1.) Bu mərhələ konstruktor bürosunda aparılır.
Maşınların sınaq nümunələrinin layihələndirilməsi, yaradılması və sınağı, təcrübə-konstruktor işlərinin əsasını təşkil edir. Tədbiqi tədqiqatların, təcrübə-konstruktor və layihə -texnoloji işlərin nəticələri konkret məhsul şəklində üzə çıxır.
Elm -istehsalat birliklərinin təcrübəsinə əsasən kateqoriyasına görə işçilərin bölğüsünün nisbəti cədvəldəki kimi bölünür.
Cədvəl 6.1
“Tədqiqat-istehsalat” tsiklində mərhələlər üzrə və işçilərin kateqoriyasına görə əmək sərfinin nisbəti, %-lə
-
İşçilərin kateqoriyası
|
Elmi-tədqiqat işləri daxil edilmiş mərhələlər
|
İşçilərin kateqoriyasına görə orta əmək sərfi
|
|
Eskiz proekti
|
Texniki proekt
|
İşçi layihə
|
Nümunə hazırlanması
|
Dövlət sınaları
|
|
|
Tədqiqatçılar
|
59
|
48
|
18
|
15
|
44
|
36,8
|
|
Konstruktorlar
|
18
|
26
|
53
|
19
|
22,5
|
27,7
|
|
Texnoloqlar
|
5
|
8
|
8
|
8
|
5
|
6,8
|
|
Maket emalatxanalarının işçiləri
|
9
|
12
|
12
|
4,5
|
7
|
8,9
|
|
Mühəndis və istehsalat təminatı şöbələrinin işçiləri
|
9
|
6
|
1
|
1,5
|
3,5
|
4,2
|
Təcrübə zavodunun işçiləri
|
-
|
-
|
8
|
52
|
18
|
15,6
|
Cəmi
|
100
|
100
|
100
|
100
|
100
|
100
|
7. PROQRAM –METODİKANIN TƏRTİBİNİN ƏSAS PRİNSİPLƏRİ
Təcrübə (eksperiment) xarakterli tədqiqat işlərinin təşkilinin əsasını proqram- metodika təşkil edir. Əgər təcrübə (eksperiment) xarakterli tədqiqatın metodikası düzgün tərtib olunmazsa, onda onun aparılmasına artıq vəxt sərfolunacaqdır. Metodikada eksperiment xarakterli tədqiqatın məqsədi və istiqaməti müəyyən olunmalıdır. Bunlar müəyyən olunan zaman başqa sahələrdə istifadə olunan metodikalardan da istifadə etmək olar.
Metodikanın tərtibi, öyrənilən parametrlərdən başqa bütün parametrlərin (göstəricilərin) nəzərə alınması prinsipinə əsaslanır.
Sınaq prosesinin mürəkkəbliyinə görə öyrənilən parametr, bu iş üçün xüsusi hazırlanmış avadanlığa uyğun olaraq, dar çərçivədə öyrənilir.
Metodikanın tərtib olunması, proqramın tərtibindən sonra olub, hər ikisi birlikdə (tamamlanmış halda) yazılır.
Proqram –yerinə yetirilən işlərin siyahısı olmayıb, tədqiqatın genişləndirilmiş planını özündə əks etdirir.
Proqram tərtib olunacaq (yaxud mövcud) metodikaya uyğun bölmələrə ayrılmalıdır.
Proqramın hər bölməsinin adında tədqiqatın məzmunu əks olunmalıdır. Proqramın tərtibində bölmələrin ardıcıllığına ciddi əməl olunmalıdır. Proqramın metodika tərtib olunması mümkün olmayan bölməsi təqvim planına, yaxud hesabatın başqa hissələrinə daxil edilir.
Proqramın bölmələri – eksperiment və statistik tədqiqatın ayrı –ayrı yarım mərhələləridir.
Tədqiqatın yarımmərhələ proqramları sual formasında yazılmayıb və indiki zamanda ifadə olunur.
Xüsusi (fərdi) məsələlərin elmi həllində müxtəlif üsullardan (metodlardan) istifadə olunur.
Metod –eksperiment xarakterli tədqiqatın, yaxud sınağın yolunu, qaydasını və üsulunu özündə əks etdirir. Bir neçə metodun, yaxud tədqiqatın üsullar sistemi və qaydasının icra prosesinin birlikdə yazılışı metodika adlanır.
Metodika tədqiqatçının fəaliyyəti üçün əsas (rəhbər) götürülür.
Metodikada tədqiqatın qayda və üsulları sisteminin icra prosesi birlikdə şərh olunur. Orada tədqiqat obyektinin adı və sayı, nəzərdə tutulan tədqiqatın şəraiti (laboratoriya, sahə laboratoriyası, təsərrüfat, zavod şəraiti və s.) cihazlar, aparatlar, alətlər (onların sayı və dəqiqliyi) və təcrübə yoluilə alınmış məlumatların təhlil olunma üsulu göstərilir. Bundan əlavə orada proqramın hər bölməsinin məqsədinə nail olmaq üçün metod və qayda göstərilməlidir.
Metodika aşağıdakı suallara cavəb verməlidir:
- hansı obyekt tədqiq olunur və onların miqdarı nə qədərdir;
- hansı kəmiyyətlər, yaxud göstəricilər sınaqda müəyyənləşdiriləcək;
- hansı kəmiyyət, yaxud göstəricilər hansı üsulla təyin olunacaq (ölçüləcək);
- təcrübələr neçə dəfə təkrarlanmaqla yerinə yetiriləcək;
- hansı cihaz və aparatlarla ölçmələr aparılacaq və cihazların ölçmə hüdudu və dəqiqliyi nə qədərdir;
- təcrübənin aparılma şəraiti necədir;
- eksperimentdə alınmış kəmiyyətlərlə tədqiq olunan proqramın məsələləri (sualları) arasında hansı əlaqə var.
Proqram –metodika yalnız eksperiment xarakterli tədqiqat işləri üçün yazılır. Nəzəri tədqiqatların proqram metodikası olmur. Onlar mövcud riyazi və başqa dəqiq elmi üsulların istifadə olunması ilə yerinə yetirilir.
Tərtib olunmuş proqram –metodika şöbənin rəisi, laboratoriyanın müdiri, mövzunun rəhbəri və icraçılar tərəfindən imzalanmalı, imza edənlərin titulları, rütbə və vəzifələri göstərilməlidir.
Proqramdan sonra bütün mövzu üzrə illik yaxud tam icra müddəti üçün iş planı tərtib olunur.
Plan nəzəri və eksperiment xarakterli tədqiqatın icrasını əhatə edib, orada yerinə yetiriləcək bütün işlərin həcmi, müddəti və icraçıları cədvəl formasında dəqiqliklə göstərilməlidir.
Planda işin həcmi yaxşı olar ki, %, nəfər/saat, yaxud nəfər/ayla göstərilsin.
Mövzu üzrə bütün işlərin diqqətlə planlaşdırılması, onların yerinə yetirilmə vaxtının dəqiq müəyyənləşdirilməsi üçün lazımdır. Bu elə olmalıdır ki, hər hansı məsələnin icrasının yubanması, başqa işlərin icrasına mane olmasın. Bunun hesabına mövzu üzrə tədqiqat işinin vaxtında qurtarmasına nail olunur.
İşin planlaşdırılmasını yaxşılaşdırmaq üçün hər bir ay üçün iş planı tutulur (qrup rəhbəri yaxud icraçıya). Belə ki, ümumi planın ayrı –ayrı bölmələri müxtəlif icraçılar tərəfindən yerinə yetirilə bilər (məsələn, laboratoriya, konstruktor bürosu, emalatxana).
Bəzi cari və təcili yerinə yetiriləsi tapşırıqlar olur ki, onları yalnız aylıq plana daxil etmək lazım gəlir. Bu işlərdn sonra yaxşı olar ki, kompleks mövzunun yerinə yetirilməsinə bir il müddət üçün şəbəkə qrafiki qurulsun.
Şəbəkə qrafiki mövzunun, laboratoriyanın və institutun rəhbərinin icraçılara və material sərfinə gündəlik nəzarət etməsinə imkan verir.
Planlaşdırılan ETİ –nin proqram və metodikası ali məktəbin elmi şurasında müzakirə olunur və Elmi işlər üzrə prorektor tərəfindən təsdiq edilir.
8. EKSPERİMENTİN APARILMA ŞƏRAİTLƏRİ (LABORATORİYA,
SAHƏ TƏSƏRRÜFATI, DÖVLƏT SINAQLARI)
Nümunə. Aşağıda elmi –tədqiqat işiniun planlaşdırılmasına aid nümunə verilir.
Mövzu: Qarğıdalı yığan və silos yığan aqreqatların iş rejiminin əsaslandırılması.
Bölmələr:
1. Nəzəri tədqiqat;
2. Laboratoriya tədqiqatı;
3. Laborator –sahə tədqiqatı.
Ümumi məqsəd: Qarğıdalıyığan, silosyığan kombaynların faydalı dəstləşdirilməsi və iş rejimlərinin tədqiqi ilə istifadə səmərəsini artırmaq.
İşin məqsədi: Qarğıdalıyığan və siloslayan aqreqatların dəstləşdirilmə iş rejiminə tövsiyyə hazırlamaqdan ötrü, onların silos və dən üçün qarğıdalı toplanmasında istifadəsinin dinamiki göstəricilərinin nəzəri, laboratoriya, təcrübə (eksperiment) və tarla tədqiqatları zamanı yoxlanması.
Nəzəri tədqiqatlarda mühərrikin dirsəkli valının fırlanmadakı bucaq surətinin alınmış qiymətinin, qəbul olunan yüklənmədən asılı olaraq dəyişməsinin qanunauyğunluğu aydınlaşdırılacaq. Qarğıdalı toplayan aqreqatın əsas dinamiki göstəriciləri tarla şəraitində təyin olunacaq.
Nəzəri və təcrübə yolu ilə təyin olunmuş göstəricilərə əsasən yığım aqreqatının faydalı dəstləşdirilməsi və səmərəli iş rejimi seçiləcək.
Nəticələr: Qarğıdalı və silos yığan aqreqatların faydalı dəstləşdirilməsi və iş rejimi haqda məlumat.
Tətbiqin növü və həcmi: Qarğıdalıyığan kombaynın konstruksiyasındakı (quruluşundakı) yaxşılaşdırmalara dair məlumatlar maşını hazırlayan zavoda göndəriləcək, aqreqatların dəstləşdərilməsi və iş rejimi haqda məlumatlar tövsiyə şəklində yazılıb nəşr olunacaq.
Tədqiqat obyekti – və kombaynları və 3 dartı sinfində olan traktora qoşularaq işlədilən КС -2,6 silosyığan kombaynı.
Tədqiqatın aparılma yeri – 1 saylı laboratoriya və Azərbaycan dövlət maşın sınaq stansiyası.
Mövzunun yerinə yetirilmə müddəti: 6 avqust 2014 –cü ildən 31 oktyabr 2014- cü ilədək (hər bir bölmənin icra müddəti ayrılıqda əlavə olunmalıdır).
Proqram:
1. Kombaynların aqreqatlarının gətirilmiş ətalət momentlərinin dinamiki göstəricilərinin eksperiment (təcrübə) yolu ilə tədqiqi;
2. Traktor mühəttiklərinin xüsusiyyətlərinin (göstəricilərinin) laboratoriya şəraitində tədqiqi;
3. Aqreqatların energetic göstəricilərinin tarla şəraitində tədqiqi;
4. Qarğıdalıyığan aqreqatın faydalı dəstləşdirilməsini və iş rejimini təyin edib, onu texniki –iqtisadi qiymətləndirmək.
Metodika: ədqiqat obyekti üç ədəd КС -2,6 silosyığan kombaynı, МТЗ -892 və T -150 traktoru ilə aqreqatlaşan üç ədəd “Xersoneü -6”, “Xorsoneü -7” və KKX qarğıdalıyığan kombaynıdır.
Kombaynların dinamik göstəriciləri fırlanan kütlələrin ətalət momentinin təsiri nəzərə alınmaqla təyin olunur. Kombaynların fırlanan hissələrinin ətalət momenti laboratoriya şəraitində kəfkirlərin silkələnmə üsulunda 10 dəfə təkrarlanma ilə təyin olunur. Alınmış məlumatlar riyazi statistik üsul ilə təhlil olunur.
Ətalət momenti təyin olunan zaman kütlə 0,1 kq-a qədər dəqiqliklə, rəqs tezliyi isə 2% -ə qədər dəqiqliklə ölçülür.
КС -2,6 kombaynı qarğıdalının silos üçün yığılmasında, o biri kombaynlar isə fermer təsərrüfatından tam yetişmiş mərhələdəki qarğıdalının dən üçün yığılmasında istifadə olunur.
Qarğıdalıyığan aqreqatların sınağı üçün ümumi ərazinin bitki örtüyü eyni olan hissəsindəki 50 m uzunu 10 -15 m eni olan düz sahəsi seçilir. Aqreqatların bir sahədən digərinə kesməsinin asanlaşdırılması və ölçmə aparatlarının nizamlanması üçün sahələr arasındakı 8 -10 m enində hissə əvvəlcədən biçilir.
Aqreqatların sınağı zamanı təyin olunur:
- torpağın bərkliyi və nəmliyi standart metodikaya uyğun olaraq, üç qat layda (0 -5, 5 -10 və 10 -15 sm), üç dəfə təkrar olunmaqla gündə üç dəfə;
- torpağın və toplanan qarğıdalı dəninin nəmliyi standart metodika ilə üç dəfə təkrarlanmaqla gündə üç dəfə;
- bitkilərin (əkinin) sıxlığı və bitkilərin ğlçüləri (diametri, uzunluğu, qıcaların bitkidə yerləşmə hündürlüyü və s.);
- bitkilərin yatma dərəcəsi – standart metdoika ilə.
Qarğıdalı yığılmasında aqreqatların laborator –sahə, sınaqları zamanı beş dəfəlik təkrarlanma ilə aşağıdakı kəmiyyətlər təyin olunur:
- ölçülən sahənin uzunluğu – ölçü lentası ilə 10 sm dəqiqliklə;
- ölçülən sahənin uzunluğunu aqreqatın getmə vəxtı – saniyəölçənlə 1,5 saata 20 saniyə dəqiqliklə;
- dartı müqaviməti – tenzometrik dartı qarmağı ilə 2% -ə qədər dəqiqliklə;
- GGV –dəki müqavimət momenti –tenzometrik rotorlu dinamometrlə 3% dəqiqliklə;
- dirsəkli valın fırlanma tezliyi –induksiya datçiki ilə 0,1 saniyə dəqiqliklə;
- GGV –nin fırlanam tezliyi –induksiya datçik ilə 0,05 saniyə dəqiqliklə;
- aqreqatların kütləyə görə məhsuldarlığı –poçt tərəzisində 0,5 kq dəqiqliklə.
Qüvvə və müqavimət momentinin dəyişməsinin qiyməti və dəyişmə xarakteri səyyar tenzometrik laboratoriyaya quraşdırılmış, uyğun osilloqraf vəsitəsi ilə yazılır.
Osilloqrafın göstəriciləri aparatda böyüdülərək ordinat oxu üsulu ilə təyin edilir. Osilloqramın kvantlanma addımı 0,62 -0,05 saniyə götürülür.
Bu üsulla alınmış vəriasiya sırası akademiyanın hesablama mərkəzindəki kompüterdə təhlil olunur. Buna görə də korrelyasiya funksiyasının ordinat oxundakı qiymətləri intervəlı 500 -700 olmaqla 100 nöqtədən müəyyənləşdirilir.
Sınaqdan alınmış və təhlil olunmuş rəqəmlərə əsasən cədvəl tərtib olunub, qrafik qurulur.
Cədvəl məlumatları və qrafiklərə əsasən qarğıdalıyığan və silosyığan aqreqatların dinamiki və energetik göstəricilərinin dəyişməsinin qanunauyğunluğu, eləcə də təkmilləşdirilməsi və səmərəli iş rejimi müəyyən olunur.
Aqreqatın hərəkət sürətinin qiyməti, ötürmənin gücü, müqavimət momenti mexanikanın məlum formulaları ilə təyin olunur.
9. EKSPERİMENTİN NƏTİCƏLƏRİNİN RİYAZİ STATİK
HESABATI
Eksperimentin ölçmələrinin sayının (n) təyini
Tədqiqatın nəticələrinin təhlili zamanı orta riyazi gözləmə , dispersiya (d), orta kvədratik meyletmə (σ), vəriasiya əmsalı (v), səhvlik (P) və s. göstəricilərə müəyyənləşdirilir. Həmin göstəricilərin hesablanması və ya təyini məlum düsturlarla yerinə yetirilir. Bu göstəricilərin təyini zamanı daha çox vəxt aparan və zəhmət tələb edən əməliyyatlardan biri eksperimentin sayının normal qiymətinin müəyyənləşdirilməsidir. Eksperimentin sayının (n) çox olması əalvə vəxt itkisinə, az olması isə qiymətin səhvliyinin çox olmasına səbəb olur. Eksperimentin sayı bir neçə üsulla əvvəlcədən təyin oluna bilər.
Birinci üsulda eksperimentin sayı (n) orta kvədratik meyletmənin (σ) qiymətinə görə təyin olunur. Tədqiqatı aparılan kəmiyyətin maksimum (xmax) və orta riyazi gözləməsinin () minimum qiymətləri müəyyən olunur və onların fərqinə görə orta kvədratik meyletmənin qiyməti təxmini olaraq aşağıdakı ifadə ilə təyin olunur:
Eksperimentin ölçmələrinin sayı (n) isə orta kvədratik meyletmənin (σ) 3 misli qədər qəbul edilir:
(1) ifadəsindən istifadə etsək
olar.
burada -in qiyməti təxminən 12 pilləyə bölünür və həmin göstəricilər arasında intervəl təyin olunur. İntervəlın qiymətləri əsasında histoqramma qurulur və paylanma əyrisi çəkildikdən sonra paylanma qanunu müəyyənləşdirilərək uyğun kriteriyalar əsasında dəqiqləşdirilir. Bundan sonra eksperiment aparılaraq yuxarıda göstərilən riyazi hesablamalar müəyyən edilir. Əgər ölçmələrinin eksperimentin səhvliyi standart göstəricidən çox olarsa o zaman eksperimentin sayını artırıb yenidən hesablama aparmaq lazımdır.
İkinci üsul eksperimentin sayının əvvəlcədən qəbul olunmuş standart səhvliyə (P) görə təyin olunmasıdır. Hər bir sahənin buraxıla bilən səhvliyi var. Belə ki, kənd təsərrüfatı işlərində, mexanikləşdirmə və elektrikləşmədə səhvlik 3...5% qəbul olunur. Əgər eksperimentin sonunda səhvlik buraxıla bilən qiymətdədirsə eksperiment düzgün hesab edilir. Çox olarsa səhv kimi qəbul olunaraq eksperiment yenidən aparılmalıdır.
Buraxıla bilən səhvlik aşağıdakı ifadə ilə təyin olunur:
Burada eksperimentin sayını, n –i təyin etsək
və ya
olar. Burada σ – orta kvədratik meyletmə;
P – eksperimentin buraxıla bilən səhvliyidir, 3...5% qəbul
olunur;
() – eksperimentin orta riyazi gözləməsidir.
Əgər σ – nun qiymətini yuxarıda göstərilən (1) düsturu ilə ifadə etsək və
Qiymətini (4) düsturunda yerinə yazsaq, onda eksperimentin sayı aşağıdakı düsturla təyin olunar
Yuxarıda göstərilən üsullar üzrə eksperimentin sayını təcrübə yolu ilə aşağıdakı cədvəl vəsitəsilə müəyyənləşdirə bilərik.
№
|
Eksperimentin qiymətləri, X
|
Eksperi-mentin ölçmələrinin sayı, n
|
|
|
|
|
1
|
0 – 5
|
2
|
10
|
-32
|
1024
|
2048
|
2
|
5 – 10
|
6
|
60
|
-27
|
729
|
4574
|
3
|
10 – 15
|
8
|
120
|
-22
|
484
|
3872
|
4
|
15 – 20
|
10
|
200
|
-17
|
289
|
2390
|
5
|
25 – 30
|
20
|
600
|
-7
|
49
|
980
|
6
|
30 – 35
|
30
|
1050
|
-2
|
4
|
120
|
7
|
35 – 40
|
25
|
1000
|
+3
|
9
|
235
|
8
|
40 – 45
|
20
|
900
|
+9
|
81
|
1620
|
9
|
45 – 50
|
15
|
750
|
+13
|
169
|
2535
|
10
|
50 - 55
|
10
|
550
|
+18
|
324
|
3240
|
11
|
55 – 60
|
8
|
480
|
+23
|
529
|
4232
|
12
|
60 - 65
|
2
|
130
|
+28
|
784
|
1508
|
|
|
∑156
|
∑5850
|
38,4
|
4508
|
27704
|
Cədvələ əsasən .
Cədvəl 1-də intervalın qiymətləri əsasında x – oxunda tədqiqatın nəticələrini, ordinat oxunda isə eksperimentlərin sayına uyğun olaraq histoqramma qurulub, paylanma əyrisi təyin olunur (şək 1). Şəkildən göründüyü kimi paylanma əyrisinin xarici görünüşü normal paylanmaya uyğun gəlir. Beləliklə, cədvəl 1 –dən istifadə etməklə hər iki üsul üzrə ayrı –ayrılıqda eksperimentlərin sayını (n) hesablayaq:
1) riyaqzi gözləmə
Şəkil 1.
Məlum qiymətləri yerinə yazsaq
2) orta kvədratik meyletmə
ifadələrini alırıq. Burada ni – eksperimentin eyni qrupdan olan göstəricilərinin sayıdır.
Əgər birinci üsull n –ni təyin etsək n = 3 σ = 3 ∙ 13,34 = 40,02; n = 40 olar.
Buradan göründüyü kimi birinci üsulda 156 eksperimentə qarşı 40 ölçmə eksperiment aparılmalıdır. Demək, 116 ədəd eksperiment artıq aparılmışdır.
İkinci üsula görə eksperimentin sayı
Buradan göründüyü kimi hər iki üsulda eksperimentlərin ölçmələrinin sayı təqribən bir –birinə bərabər olub, 156 ədəd aparılan eksperimentlərin sayını azaldır.
10. EKSPERİMENTİN REQRESSİYA TƏNLİKLƏRİNİN TƏYİNİ
(prof. x.h.Qurbanov və prof. K.H.Fətəliyev metodu)
Tədqiqat işlərinin səmərəli və sürətləndirilməsində əsas yer tutanı eksperimentin planlaşdırılmasıdır. Eksperimentin planlaşdırılması çoxfaktorlu asılılıqların müəyyənləşdirilməsi ilə funksiyaya təsir edən faktorların aşağı qiymətlərini nəzərə almadan faktorların sayını azaldaraq ciddi təsir edən faktorlar üzərində eksperiment aparmaqdır. Bu məqsədlə çox faktorlu funsiyanın reqressiya tənliyi tərtib olunur. Reqressiya tənliyinin ümumi ifadəsi
(9)
şəklində yazılır.
Burada a1...an – reqressiya əmsallarıdır;
x1 ...x2 ... xn – öyrənilən parametrlərdir.
Əsas məsələlərdən biri reqressiya əmsalının təyinidir.
Həmin əmsalların təyini müxtəlif üsullarla müəyyənləşdirilərkən (ən kiçik kvədratlar və s.) çox vəxt tələb etməklə çətinlik yaradır. Əmsalların təyininin əhəmiyyəti ondan ibarətdir ki, əgər həmin əmsallar müqayisədə kiçik və mənfi qiymətə malikdirsə o zaman həmin əmsalları təmsil edən parametrlər ixtisara salınır və eksperimentin sayı azalır. Bunları nəzərə alaraq tərəfimizdən həmin əmsalların sadə üsulla təyin olunma metodikası işlənib, tətbiq olunması təklif olunmuşdur. Həmin üsulun mahiyyəti ondan ibarətdir ki, axtarılan parametrin minimum və maksimum qiymətləri təyin olunaraq ordinat oxunda funksiyanın qiyməti, absis oxunda arqumentin qiyməti miqyasla göstərilməklə həmin asılılıqsa tangensi (tgα) təyin olunur. Reqressiya tənliyində göstərilən əmsallar a1, a2,...,an tgα2, ..., tgαn –lə əvəz edilir.
Məsələn,
(10)
şəklində yazılmalıdır.
Həmin asılılığı aşağıdakı kimi koordinat oxunda göstərmək olar.
Şəkil 2.
Bu qrafikdən göründüyü kimi
Əgər bu ifadələri y -ə görə həll edib cəmləsək:
(12)
ifadələrini alırıq.
Burada hansı əmsal kiçik və ya mənfidirsə onu reqressiya tənliyindən kənarlaşdırırıq. Belə ki, tutaq ki, tgα3 kiçik, tgα4 və tgα5 mənfidir, onda reqressiya tənliyi
şəklini alar və beləliklə də funksiyanın dəyişməsini x1 və x2 arqumentləri əsasında aparmaq məqsədə uyğun olar.
Göstərilənlərin daha da aydın olması üçün lövhə şəkilli kəsici işçi orqana malik olan qaba yem xırdalayan maşının tələb etdiyi gücün asılılıq düsturuna nəzər yetirək. Silos –küləş doğrayan aqreqatın tələb etdiyi güc aşağıdakı düsturla təyin olunur:
Burada Nkəs – yemin doğranmasına sərf olunan gücdür, Vt –la;
Mkəs – kəsməyə sərf olunan momentdir, Nm;
ω – bıçağın fırlanmada bucaq sürətidir, san-1;
q – xüsusi təzyiqdir, 10 ÷ 50 H/sm qəbul edirik;
∆S – kəsilən materialın uzunluğudur, 0,5...10 sm, ∆S = 5 sm
qəbul edirik;
r – bıçağın fırlanma zamanı orta radiusudur, 0,6 m;
n – fırlanma tezliyidir, 500...1000 dəq-1, n = 500 dəq-1 qəbul
edirik;
τ – kəsmədə əlverişli sürüşmə bucağıdır, 30...600 qəbul olunur,
τ = 600 qəbul edirik;
f – küləşin metal səthində sürtünmə əmsalıdır, 0,8 qəbul
edirik.
Buradan göründüyü kimi gücü funksiya kimi qəbul etsək:
asılılığını alarıq.
Burada hər bir kəmiyyətə tələb olunan qiymətləri verərək gücün bir parametrdən asılılığını hesablayaq:
1) gücün xüsusi təzyiqdən asılılığı
q = 10 H/sm olarsa,
2) gücün fırlanma radiusundan asılılığı
3) gücün fırlanma tezliyindən asılılığı
4) gücün sürüşmə əmsalından asılılığı
Onda reqressiya tənliyi aşağıdakı kimi olar:
alırıq. Onda reqressiya tənliyinin tam düsturunu almaq üçün əmsallardan ən kiçiyini (tgα3 = 0,0036) nəzərə almasaq tənliyi aşağıdakı şəkildə yaza bilərik
Reqressiya tənliyindən göründüyü kimi silos –küləş doğrayanın tələb etdiyi güc ardıcıl olaraq xüsusi təzyiqdən (q), sürüşmə bucağından (τ) və fırlanma radiusundan (r) –dən asılı olduğu müəyyənləşdiyindən eksperimenti bu üç göstəriciyə görə aparmaq məqsədə uyğun sayılır.
11. EKSPERİMENTİN NƏTİCƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Eksperimentin nəticələrinin qiymətləndirilməsində məqsəd aparılan tədqiqatın keyfiyyət və kəmiyyət göstəricilərinin həqiqətə uyğunluğunu təyin etməkdir. Bunlar statistika xarakteristika adlanmaqla orta riyazi kəmiyyət , dispersiya , orta kənarlaşma, orta riyazi səhvlik , vəriasiya əmsalı və seçimin nisbi səhvliyindən ibarətdir.
Orta riyazi kəmiyyət dedikdə tədqiq olunan göstəricinin orta qiyməti və ya onun ağırlıq mərkəzi nəzərdə tutulur.
Onun qiyməti
və ya
ifadələri ilə təyin olunur
burada – tədqiq olunan göstəricinin ümumi miqdarıdır;
n – tədqiqatların sayıdır;
– müxtəlif pillələrdə kəmiyyətin qiymətidir;
– eyni qrupdan olan göstəricilərin sayıdır.
Orta riyazi kəmiyyətin əsas xüsusiyyəti onun (+) və (-) qiymətlərinin cəminin 0 –a bərabər olmasındadır.
Beləki;
Dispersiya (σ2) və orta kvədratik meyillənmə σ tədqiq olunan parametrlərin axtarılan qiymətindən kənarlaşması və ya saga sola səpələnməsini göstərir
Beləki,
Orta kvədratik meyillənmə dispersiyanın kvadrat kökünə bərabərdir. Onun kvadrat kök daxilindəki qiyməti (+) müsbət olmaqla aparılan eksperimentin minimum kənarlaşmasını göstərir və eksperiment göstəricilərinin çox hissəsi həmin qiymət ətrafında olur.
Onda orta kavadratik meyillənmə
düsturu ilə də hesablana bilər.
Orta kvədratik meyillənmə məlum olduqdan sonra dispersiya təyin olunur D = σ2 olar.
Göstərildiyi kimi orta kvadratik meyillənmə səhvliyin əsas göstəricisi olmaqla ümumi eksperiment məlumatlarının 2/3 –in cəmləndiyi bir sahədir. Aparılan tədqiqatların nəticələri göstərir ki, hadisələrin 99,5% -i ±3 σ ətrafında baş verir.
Vəriasiya əmsalı – orta kvədratik meyillənmənin orta riyazi göstəriciyə % -lə nisbətinə deyilir.
Vəriasiya əmsalı göstəricinin nisbi dəyişkənliyini göstərir. Vəriasiya əmsalını dəyişkənliyini 10% -dən aşağı qiymətlərində hesablamaq məqsədə uyğundur.
Tədqiqatın səhvliyi və ya seçimin səhvliyi orta kvədratik meyillənmənin ölçmələrin sayının kvədrat kökünə nisbətinə deyilir və
ifadəsi ilə təyin olunur.
Səhvlik % -lə hesablanarsa onun qiyməti ifadəsi ilə təyin olunur.
Tədqiqatın səhvliyini dispersiyanın orta riyazi kəmiyyətə nisbəti ilə də təyin etmək mümkündür. İfadəni %-lə göstərəsk, olar.
Təcrübənin dəqiqliyi çox faktorlardan asılıdır. Onlardan şərait, tədqiq olunan obyektin rallığına uyğunluğu, ölçü cihazlarının dəqiqliyi, ölçü aparan şəxsin səriştəsi və s. göstərilə bilər.
Ümumi qaydaya əsasən təcrübənin səhvliyi – (P) 5% -dən yuxarı olarsa həmin təcrübəni ləğv edib, metodika və təcrübənin üsulunu dəyişməklə onun təkrar aparılması məqsədə uyğundur.
Eksperimentin sayının təyini.
Tədqiqat işlərinin dəqiqliyinin artırılması məqsədi ilə onun sayının (n) müəyyənləşdirilməsi vəcib məsələlərdən biridir. Belə ki, təcrübələrin sayının azaldılması, optimal qiymətə malik olması vəxta, onun aparılmasına əmək sərfinin azaldılmasına səbəb ola bilər. Bunları nəzərə alaraq müxtəlif müəlliflər tərəfindən təcrübələrin sayının aşağı salınması və optimal vəhid variantın seçilməsi məqsədi ilə riyazi üsul işlənilmişdir. Onların mahiyyəti ondan ibarətdir ki, kənd təsərrüfatında və texnikada səhvliyi 3...5% qiymətlərində qəbul edərək təcrübələrin sayı təyin edilir.
Təcrübənin səhvliyini ifadəsi ilə təyin etsək
və
qiymətini yazsaq, onda
Bu ifadə vəsitəsi ilə təcrübələrin sayı təyin olunur. Əgər təcrübənin səhvliyini 3% qəbul etsək
Digər tərəfdən eksperimentlərin sayının 99,5% -nin 3σ ətrafında olduğunu nəzərə alsaq
n = 3σ qəbul etmək olar.
Yəni eksperimentin sayını orta kvədratik meyillənmənin qiymətindən 3 dəfə artıq götürmək lazımdır.
12. APARATLAR, CİHAZLAR, AVADANLIQLAR
Təcrübənin qoyuluşunun mükəmməlliyi aşağıdakılardan asılıdır:
- yüksək sürətlə gedən proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması;
- çətin ölçmələrin mexanikləşdirilməsi və avtomatlaşdırılması;
- sınaqda iştirak edən əməkdaşların hamısının metodikanı başa düşməsi.
Alimin əmək məhsuldarlığını artırmaq üçün aşağıdakılar lazımdır:
- təcrübə məlumatlarının təhlilində kompüterdən hərtərəfli istifadə;
- hesablama əməliyyatlarının kompüterdə aparılması;
- eksperimentin planlaşdırılmasının kompüterdə aparılması;
- tədqiqat prosesini sürətləndirmək üçün müasir cihaz və avədanlıqlardan istifadə olunması.
Eksperimentdən əvvəl maketlər, təcrübə nümunələri və sınaq avədanlıqları hazırlanmalıdır.
Sınağın aparılması üçün lazım olan cihazlar olmadıqda, hazırlıq mərhələsində alət, cihaz və avədanlıqların aparılan sınağa uyğun olan layihəsi verilməlidir. Onların hər biri üçün texniki tələbat sınağın metodikasına uyğun olaraq müəyyənləşdirilir. Hər bir avədanlıq hazırlandıqdan sonra ölçmə cihazının göstərici və həssaslığını nəzarətdə dəqiq saxlamaq üçün, onların üzərində aşağıdakılar yerinə yetirilməlidir:
- iş zamanı etibarlığı yoxlanılır;
- iş zamanı cihazlarla arbası (tarirovkası) tutulur.
Maketlərin, cihazların və alətlərin uzun müddətli istifadəsi lazım gəldikdə, onların hazırlanması üçün səriştəli mütəxəssis və yaxşı emalatxanadan istifadə olunmalıdır.
Sınaqların və müşahidələrin aparılması. Tədqiqatın bu hissəsinə, işlənmiş proqram və metodikaya uyğun olaraq sınaqların ardıcıl yerinə yetirilməsi daxildir. Alınmış məlumatlar müşahidə jurnalına yazılır, hər bir sınaqdan sonra nəticələr təhlil olunur, cədvəl halına salınır və uyğun qrafik qurulur. Qrafik və cədvəl göstəricilərinə uyğun olaraq bəzi sınaq nəticələri çıxdaş edilir, müşahidə olunan qaba səhvlər və meyletmələr müəyyənləşdirilərək dəyişdirilir, yaxud sınaq təkrar olunur. Qoyulmuş məsələdən asılı olaraq, ekstremal --- nöqtələrin müəyyənləşdirilməsi üçün alınmış qrafik və cədvəl məlumatları bir –biri ilə birləşdirilir, yaxud ayrılaraq qruplaçdırılır.
Sınaq və müşahidələr aşağıdakı məqsədlə yerinə yetirilir:
- nəzəri üsulla alınmış nəticənin təsdiq olunması üçün;
- tədqiq olunan obyektə edilən təsir və proseslərin öyrənilməsi üçün.
Təcrübə bir neçə dəfə təkrar olunduqdan və təhlil olunduqdan sonra, alınmış ayrı ayrı nəticələr tədqiqat qrupunun bütün üzvləri tərəfindən təhlil olunaraq müzakirə olunmalıdır. Sınaqların nəticələri müzakirə olunan zaman bu və ya digər formada tənqidi qeydlər əmələ gəlir.
Tədqiqatı yerinə yetirən elmi işçi qarşısına qoyduğu, əvvəlcədən müəyyən olunmuş məsələnin həllinə açıq sürətdə başlamalıdır. Bu zaman o qətiyyət göstərməli, naliyyətinə inanmalı və başqalarının fikrini səbrlə dinləməlidir.
Əgər elmi iş müzakirə üçün heç bir fikir doğurmursa, onun haqqında müsbət heç nə demək olmaz. O, elmə heç nə qətirməyib, yalnız az –çox dərəcədə əvvəlcədən məlum olan həqiqətlərin saya şərhindən ibarətdir.
Tədqiqat zamanı səhvlər və uğursuzluqlar olur. Buna görə ümüdsüzlüyə qapılmaq olmaz. Səhvlərin düzəldilməsi və ziddiyətlərin aydınlaşdırılması ilə tədqiq olunan məsələnin nisbətən yaxın həllini tapmaq olar. Səhv yalançı elm demək deyil. Yalançı elm –səhvin qəbul (etiraf) olunmamasıdır.
Uğursuzluqlar təkcə qabilliyətsiz tədqiqatçılarda deyil, xüsusi ustadlarda da baş verir. Uğursuzluq alimin yaşından, təcrübəsindən və qabiliyyətindən asılı deyil.
Elmi –tədqiqat işindəki çatışmazlıqlara aşağıdakılar səbəb ola bilər:
- tədqiqat obyektinin uğursuz seçilməsi;
- işlənən məsələnin səmərəsinin əvvəlcədən müəyyən olunmaması;
- mövcud iş və ixtiraların təhlilinin aparılmaması;
- tədqiqatın məqsəd və vəzifələrinin məntiqlə, qısa ifadə olunmasının dəqiq olmaması;
- tədqiqatın gələcək nəticələrinin ümumi şəkildə dəqiq ifadə olunmaması;
- tədqiqatın proqram və metodikasının pis işlənməsi;
- tədqiqat obyektinin sayının az olması;
- tədqiqat şəraitinin normal olmaması;
- planda nəzərdə tutulmuş sınaq müddətinə düzgün əməl olunmaması;
- tədqiqatın aktuallığını itirməsi;
- dəqiq işləməyən və xarab cihazlardan istifadə ilunması;
- tədqiq olunan məsələnin nəzəri cəhətdən işlənməməsi;
- çoxlu, lazım olmayan eksperimentlərin aparılması;
- sınaq icraçılarnın hazırlıqsız olması;
- tələb olunan metodikaya uyğun olaraq tədqiqat obyektinin hazırlanmaması;
- sınaq nəticələrinin riyazi işlənmə səviyyəsinin aşağı olması;
- tədqiqat nəticələrinə əsasən hazırlanmış tövsiyənin tətbiq üçün verilməməsi.
Hər hansı təsirin, qanunauyğunluğun tədqiqatı aparılan zaman yalnız həmin məsələlərə yaxın olan həllər tapılır. Bəzən isə məsələyə aid olan həllə heç yaxın da düşülmür. Buna görə də hər bir məsələnin çoxlu həll üsulları olur. Həqiqətə yaxınlaşmaq üçün onların dəqiqlik dərəcəsi və məntiqi də müxtəlif ola bilər. Yaxşı olar ki, müəyyən tədqiqatı müxtəlif alimlər eyni vəxtda aparsınlar.
Dostları ilə paylaş: |