18. ELMİ –TƏDQİQAT İŞLƏRİNİN VƏ TƏCRÜBİ KONSTRUKTOR
İŞLƏRİNİN NƏTİCƏLƏRİNİN TƏTBİQİ
Elmi tədqiqat təcrübi konstruktor işlərinin nəticələrinin tətbiqinin şərtləri.
Tədbiq üsulları tədqiqatların xarakteri və istiqaməti ilə bağlıdır. Bu səbəbdən axtarış və tətbiqi tədqiqatların, həmçinin mühəndis işlərinin nəticələri istehsalata tətbiq edilməli olur. Axtarış və tətbiqi elmi tədqiqatlar nəzəri və eksperimental olur.
Axtarış tədqiqatlarının nəticələri fundamental nəzəri və eksperimental ixtiralarla bağlıdır. Fundamental ixtiralar prosesin, hadisənin, nəzəri mülahizənin və yeni prinsiplərin təsdiqinin əsasını təşkil edir. Axtarış tədqiqatları yeni hadisələrin, ümumi qanunların, yeni prinsiplərin, enerji mənbəyinin, yeni materialların aşkara çıxarılması ilə bağlıdır. Bunlar elmi biliklərin inkişafına yönəlir və heç də həmişə xüsusi məqsəd daşımır. Əksər hallarda fundamental tədqiqatların effektivliyi kəmiyyət qiymətləndirilməsinə tabe olmur.
Tətbiqi tədqiqatlar yeni texnikanın, texnologiyanın yaradılmasına, məhsulun yeni növünün və xassələrinin alınmasına yönəlir. Tətbiqi tədqiqatların tətbiqinin əsas istiqamətləri aşağıdakılardır:
- ümumi tətbiqi –elmi və mühəndis işləmələri müəyyən edilmiş müəssisə üçün nəzərdə tutulur və təsərrüfat müqaviləsi ilə yerinə yetirilir;
- ünvansız tətbiqi –elmi və mühəndis işləmələri məhsulu istehsal edən hər bir müəssisə və sahə üçün nəzərdə tutulur.
Tətbiqi instututlarda ünvanlı tətbiq aparmaq və faktiki səmərəni müəyyən etmək məqsədə uyğundur, sonra isə ünvansız tətbiq. Bu halda ünvanlı və ünvansız tədbiqin səmərəsi cəmlənir.
Nəzəri tədqiqatların nəticələri yığıldıqda axtarış tədqiqatları tətbiqi tədqiqatlara çevrilir. Bu isə fasiləsiz tətbiq nəticəsində həyata keçirilir. Tətbiq hazır nəticələrin ötürülməsindən deyil, hipotez axtarışından başlanır.
Elmin istehsalatla əlaqəsinin möhkəmlənməsi elmi prosesin istiqamətinin dəqiqləşməsi ilə bağlıdır. Bu planlaşdırma ilə realizə edilir.
Elmi işlərin yönümü və müddəti xalq təsərrüfatının inkişafı xarakterizə uyğun olmalıdır. Bu isə işin koordinasiyasını tələb edir. Bu səbəbdən də elmin nəticə vermək ehtimalı və axtarış tədqiqatlarının tətbiqi tədqiqatlara çevrilmə ehtimalı artır. Elmi nəticələrin iqtisadi effektliyinin qiymətləndirilməsi vacib sayılır. Akademiya və sahə institutlarının konstruktor bürolarının və istehsalatın yaradılması tətbiqin təşkilinin ali formasını təşkil edir.
Tədbiq ETİ –nin və TKİ –nin nəticələrinin istehlakçı tərəfindən istifadəsidir.
Tətbiq elmi –texniki və sənaye tipli olur.
Elmi –texniki tətbiq –nəzəri, axtarış metodiki, eksperimental və normativ işlərin nəticələri kitab, məqalə, məlumat vərəqləri şəklində dərc olunur.
Sənaye tətbiqi –tədqiqatın nəticələri istehlakçı tərəfindən yeni texnoloji qurğu, maşın konstruksiyası və cihaz, material, texnoloji proses, işçi layihə və s. şəklində istifadə olunur. Yuxarıda deyilənlərdən bu nəticəyə gəlmək olar ki, tətbiqi ETİ –nin nəticələri o zaman tətbiq olunmuş sayılır ki, onların əsasında təcrübə -konstruktor işləri aparılsın və yaxud bu nəticələr standartlarda, normallarda, layihələrdə istifadə edilsin.
Axtarış xarakterli işləri tətbiq planına daxil etmək məqsədəuyğun deyil. Təşkilati –metodik yardımla, texniki –iqtisadi tədqiqatlarla və elmi –texniki məlumatla bağlı işlər, onların nəticələri sahə nazirlikləri tərəfindən təsdiq edildikdən sonra tətbiq olunmuş sayılır. Analitik xarakterli texniki –iqtisadi tədqiqatların nəticələri sifarişçi tərəfindən qəbul edildikdən sonra tamamlanmış hesab olunur.
Tətbiq planına belə işlər də daxil edilmir.
Təcrübə konstruktor işləri o zaman tətbiq olunmuş sayılır ki, zavoda seriyalı nüsxə təqdim edilsin, zavodun istehlak planına daxil edilsin və onların çatdırılması müqaviləsi bağlansın.
Yeni texnoloji proses işləndikdə və ya təkmilləşdirildikdə prosesin baş zavod tərəfindən mənimsənilməsi, yeni materiallar işləndikdə isə istehsalçı müəssisəyə materialın təhvil verilməsi, onun istehsal planına salınması və onun haqqında müqavilənin bağlanması tətbiq sayılır.
Öyrənmə prosesinin olması və tədqiqatçının riski ilə əlaqədar olaraq elmi tədqiqat mərhələsini keçmiş işlərin ancaq 30 -50% tətbiq olunur. Tətbiqi elmi tədqiqat işlərinin xərclərinin 75 -80% TKİ –nə realizə olunarsa, elmi –tədqiqat işinin səmərəliliyini normaya yaxın saymaq olar.
Yeni məmulatların tərtibinə və tətbiqinə çəkilən xərc fundamental tədqiqatların böyüməsinə müvəfiq olaraq artır. Xalq təsərrüfatında tətbiq olunmalı və yüksək nəticələr verən çox sayda tətbiqi tədqiqatlar aparılır. Nəticələri tətbiq etmək üçün müəyyən xərclər və istehsalat imkanları, tələb olunur. Bu iki faktor bütün Elmi Tədqiqat İşləri nəticələrinin tətbiq olunmasına məhdudiyyət yaradır.
Elmi –tədqiqat işləri elə planlaşdırılmalıdır ki, tamamlanmış işlərin nəticələrinin hamısı tətbiq olunsun, tətbiq olunmamış işlər 30% -ə qədər ola bilər.
Elmi –tədqiqat və təcrübə konstruktor işinin yerinə yetirilmə müddəti və tətrbiq vaxtı
Tədqiqatın səmərəliliyinə elmi –tədqiqat işinin yerinə yetirilmə müddəti və yekunlaşdıqdan sonra nəticələrinin tətbiq vaxtı əhəmiyyətli dərəcədə təsir edir.
Tətbiqi tədqiqata başlanmasından nəticələrinin istehsalatda tətbiqinə qədər keçən müddət orta hesabla 5 -10 il təşkil edir. Tədqiqatın yerinə yetirilmə müddətinin və nəticələrinin reallaşdırılmasının uzadılması hesabına onun xalq təsərrüfatı əhəmiyyəti kəskin surətdə aşağı düşür.
“Elmdən istehsalata” qədər olan müddətin qısaldılması yolları aşağıdakılardır:
- planlaşdırmanın və texniki tərəqqinin vahid təminatı;
- elmi idarələrin fəaliyyətinin əlaqələndirilməsinin yaxşılaşdırılması;
- elm –istehsalat birlikləri yaradılmaqla elmi ideyakarın reallaşdırılma formasının təşkilinin təmərküzləşdirilməsi;
- tətbiq ilə məşğul olan xüsusi qrup yaradılması;
- elmi –tədqiqat institutu və konstruktor bürolarında planlaşdırmanın, uçotun, maliyyələşdirmənin, təsərrüfatçılığın, idarəetmənin və əməyin təşkilinin təkmilləşdirilməsi.
- tədqiqatçı tədqiqatın yekunlarını istehsalata tövsiyə edən zaman aşağıdakıları göstərməli və sübut etməlidir:
- yeniliyi;
- mənfəəti;
- iş yarımçıq qaldıqda zərərin minimum alacağını.
Bu sübutu tədqiqatın yekunlarını beynəlxalq aləmdə, başqa elmi idarə və konstruktor bürolarında olan işlərin yekunları ilə müqayisə etməklə əldə etmək olar. Yeni texnika 5 -7 il müddətində mənəvi cəhətdən köhnəlmiş hesab olunur. Bu müddətdə isə təklif olunan yeniliklər tətbiq olunma mərhələsinə çatmır və yaxud çox gecikmələrlə həmin mərhələyə çatır. Bunların hər ikisi isə xalq təsərrüfatında böyük itkilər əmələ gətirir. Bütün bunlara görə tədqiqatın yekunlarının xalq təsərrüfatında tətbiq olunma müddətinin azaldılması xüsusi əhəmiyyət kəsb edir.
Maşın o vaxta qədər yeni hesab edilir ki, belə maşın parkı istehsalatın tələbatını tam ödəyə bilsin və məhsul istehsalında əlavə vəsait sərfinə ehtiyac olmasın. Buna görə də elmi –tədqiqat və təcrübə konstruktor işlərinin hesabatla alınan səmərəli istifadə müddəti, tədqiqatın yekunlarına əsasən hazırlanan yeni texnikanın iqtisadi cəhətdən səmərəli istifadə müddətindən həmişə az olur.
Tədqiqat müddətini aşağıdakı üsullarla –qısaltmaq mümkün olar:
- bir neçə mərhələni birləşdirmək;
- sınağı sürətləndirmək;
- yeni tədqiqat üsullarından istifadə etmək;
- elektron hesablama qurğularından istifadəni genişləndirmək.
Tədqiqat müddətinin qısaldılmasına başlıca olaraq mövsümü xarakterli işlərdə ehtiyac duyulur. Bunun nəticəsində tədqiqat yekunlarının həqiqətə uyğunluğu azalır, işin planlaşdırılmış müddətdə icrası pozulur, tədqiqata material sərfi azalır. Nəticədə isə mövzuda dəyişiklik etməyə və yerinə yetirilmiş bir neçə mərhələni təkrar yoxlamağa ehtiyac duyulur.
Elmi –tədqiqat işinin səmərəsini artırmaq və tətbiq müddətini azaltmaq üçün aşağıdakı strukturlar vahid rəhbərlikdə cəmləşməlidir.
- elmi –tədqiqat;
- konstruktor işləri;
- istehsalat yoxlaması işləri.
Belə strukturda yaradılan elmi istehsalat kompleksində, inzibati mərhələləri ləğv etmək hesabına, elmdən istehsalata qədər olan təqvim müddətini aşağıdakılara görə azaltmaq olar:
- razılaşdırılmalara vaxt sərf edilməmək;
- prosesə vahid texnoloji rəhbərlik;
- konstruktorun elmi işə və əksinə işlərə cəlb etmələrin mümkün olması;
- paralelliyin aradan qaldırılması;
- şəbəkəli planlaşdırma üsulundan istifadə;
- təcrübə işlərinin bir neçəsinin birlikdə yerinə yetirilməsi;
- riyazi üsullardan və elektron hesablama maşınlarından istifadə etməklə təcrübə işlərinin planlaşdırılması.
Elmi –tədqiqat işinin yerinə yetirilmə və tətbiqinin təqvim müddətinin azaldılması aşağıdakılardan da asılıdır:
- elmi işçinin hazırlıq dərəcəsindən;
- elmi -texniki təminatdan;
- şöbələrin işçi aktivliyindən;
- şöbələrin yaradıcı aktivliyindən;
- işin planlaşdırılmasının səmərəliliyindən;
- əməyin təşkilindən;
- işçilərin maddi həvəsləndirilməsindən.
Elm -istehsalat birliklərində elmi şöbənin, təcrübə istehsalat şöbəsinin olması “elmdən -istehsalata” tsiklini tam əhatə edir. Buna görə də bu tsikllərə (mərhələlərə) aid olan hər bir iş üçün əlverişli şərait yaradılmalıdır ki, ən qısa müddətdə maksimum səmərə əldə oluna bilsin. Elmi işin yerinə yetiirlməsində işçilərin dərəcələrinə görə əmək haqqlarının ödənməsi elmi –idarənin ənənələrindən və xüsusiyyətlərindən asılıdır.
Elm – istehsalat birliklərində elmi işlərin yerinə yetirilməsində varisliyin və fasiləsizliyin, tədqiqatdan başlayaraq sınaq yoxlamalarına qədər olması imkan verir ki, işin ilkin mərhələsində iştirak etmiş alim, layihəni hazırlayan mühəndis qrupunda məsləhətçi olsun və məmulatın sənaye istehsalına rəhbərlik etsin.
İşin təşkilində bir mərhələnin qurtarması ilə digər mərhələnin başlanmasının təmin edilməsi, ümumi işə sərf olunan müddətin 20 -30%, məsarifin işə 10 -20% azalması təmin edər.
İstənilən maşın, məmulat, bitki, heyvən, texnoloji proses və s. haqda yerinə yetirilən elmi –tədqiqat işinin yerinə yetirilmə müddətinin, həmin işin kütləvi istehsala keçmə müddətinə olan nisbətinin 2:1 olması daha məqsədə uyğundur. Bu nisbət elmi işin yerinə yetirilib istehsalata göndərilməsi üçün bütün tələbat ödəndikdə alına bilər.
Yuxarıda göstərilən şərtlərdən istənilən birinin ödənməməsi “elmdən-istehsalata” tsiklinin təqvim müddətinin artmasına əsaslı təsir edir.
Elmi mövzular planlaşdırılan zaman onlar təsdiq edilməzdən əvvəl, işin bütün incəlikləri mərhələlər üzrə icra müddətinə görə əsaslandırılmalıdır.
19. ELMİ –TƏDQİQAT VƏ TƏCRÜBƏ KONSTRUKTOR İŞİNİN
YEKUNLARININ TƏTBİQİNİN İQTİSADİ SƏMƏRƏSİ
İqtisadi səmərə üç növə ayrılır:
1. Ümumölkə miqyaslı səmərə. Bu zaman təkcə məhsulu istehsal edən müəssisədə həmin məhsulun tətbiqindən əmələ gələn səmərə deyil, eyni zamanda məhsul sıradan çıxana qədər istifadə olunduğu müddətdə digər müəssisələrdə əldə olunan səmərə nəzərə alınır. Bu səmərə bir başa, yaxud dolayı yolla ümumi səmərəyə daxil olur.
2. Ümumi metodika əsasında hesablanan əsas səmərə.
3. Dolayı yolla əldə olunan səmərə. Bu məhsul istifadəçisi olan idarə, təşkilat, yaxud təsərrüfat tərəfindən əldə olunan səmərədir. Dolayı yolla əldə olunan səmərəni müəyyanləşdirmək çətinlik törədir. Buna görə də elmin nailiyyətlərindən istifadənin təsərrüfatın iqtisadiyyatına təsirini tam müəyyanləşdirmək olmur.
Elmin nailiyyətinin təsərrüfata tətbiqi aşağıdakı strukturların iştirakı ilə yerinə yetirilir;
- elmi –tədqiqat idarəsi;
- texnoloji və konstruktor buroları;
- istehsalçı idarənin istehsalat işçiləri;
- tələbedici (sifarişçi) təşkilatın kollektivi;
İşçi səmərə - elmi işçilərin, konstruktorların, texnoloqların, istehsalat işçilərinin, sifarişçi təşkilatın işçilərinin payına düşən gəlir olub, elmi-tədqiqat işinin tətbiqindən alınan səmərədən müəyyanləşdirilir.
Tətbiqdən alınan səmərənin təyin olunma qaydasını müəyyən etmək üçün, elmi və mühəndislik məhsulları növlərinə görə aşağıdakı hüdudlarla bir-birindən ayrılır:
- nəzəri işləmə;
- nəzəri -eksperimental işləmə;
- eksperimental işləmə;
20. ELMİ -TƏDQİQAT İŞLƏRİNDƏN İSTİFADƏ OLUNAN SÖZLƏRİN TERMİNOLOJİ MƏNASI
Alqoritm - sistem əməliyyatların müəyyən qaydada həll olunmasına dair və müəyyən sinifə aid məsələlərin həllinə imkan verən dəqiq təlimat.
1. Həqiqətən mövcud olan, həyata keçirilən, potensial məsələ.
2. Hal -hazırkı zamanda vacib, öz həllini tələb edən məsələ.
Aktuallıq - bir tərəfdən dövlətin verdiyi itkilər, digər tərəfdən isə bu itkilərin baş verməməsi üçün tədbirlələrin işlənməsi ilə xarakterizə olunur.
Akt – hər hansı bir işi təsdiq edən sənəd (əmlakın verilməsi, torpağın həmişəlik istifadəyə verilməsi və s.).
Annotasiya - kitabın, məqalənin, elmi işin qısa təsnifatı: məzmunu, oxucu rəyini və biblioqrafik təsviri tamamlayan sair xüsusiyyətlərin nöqteyi nəzərindən nəşr olunan əsərin xarakteristikası.
Aspekt -
1. Əşya – hadisə, anlayış, araşdırılan nöqteyi nəzər.
2. Bitki örtüyünün ilin fəslindən asılı olaraq zahiri görünüşü (botanika).
Aforizm - qısa və həcmli ifadə olunan tamamlanmış fikir.
Bibliografiya - bütün biliklərin açarı; kitablar haqqında əsaslı məlumat mənbəyi; kitab seçimində yol göstərən.
Variasiya prinsipi - az dəyişikliklər prinsipi.
Giriş - hər -hansı bir elmin öyrənilməsinə daxil olan ilkin məlumatlar.
Tətbiq – ETİ -nin və TKİ -nin nəticələrinin istifadəsi.
Nəticə - hesabatların, düşüncələrin əsasında əmələ gələn yekun xülasə.
Hetoregenlik – tərkibə görə müxtəliflik.
Özü təşkil olunmuş sistemlərdə müxtəlifliyi dağıdan kiçik dəyişikliklər prinsipi.
Hipoteza - elmin nailiyyətlərinə və elmi dünya görüşünə zidd olmayan faktları izah etmək üçün kifayət edən fikir; bir-başa müsahidə edilməyən fakta dair elmi əsaslandırılmış təsəvvür. Təcrübə ilə təsdiq olunmuş hipotez elmi teoremə çevrilir.
Əsas elmi istiqamətlər - elmi işlərin –problemlərin inkişaf istiqamətləri. Нər bir istiqamət üzrə bir neçə problem ola bilər.
Dizayn - əşyaların layihaləndirilməsinə dair fəaliyyət növü.
Dinamika - qüvvəyə, bu qüvvənin təsiri altında hərəkətə aiddir, hərəkətin vəziyyəti, inkişafın gedişi; hərəkətin çoxluğu.
Dissimpativ – səpələyən, asta buxarlanma (qaydalı hərəkətin xaotik keçici).
Doktrina - elmi və ya fəlsəfi nəzəriyə, nəzəri prinsip və ya normasını real mövcudluğu təsdiqlənmiş fakt.
Təlimat – rəhbər tutulan göstəriş, müəyyən bir işin görülməsi qaydaları.
İntensifikasiya – gərginliyin, məhsuldarlığın artırılməsi, elmin və qabaqcıl təcrübənin tətbiqi, təsərrüfatın və istehsalat texnologiyasının idarə olunması üsullarının yaxşılaşdırılması.
Sınaq - hər hansı bir keyfiyyət göstəricilərinin yararlığının yoxlanması.
Tədqiqat - hər hansı bir məsələnin tədqiq olunduğu elmi əsər.
Tədqiq etmək – müəyyən qanunauyğunluqları və kəmiyyətlər arasında asılılığı təyin etmək məqsədilə hər bir obyektin elmi öyrənilməsi.
Tədqiqatçı - elmi tədqiqatlarla maşğul olan, obyekti elmi öyrənilməyə yönəltməyi bacaran şəxs. Bu şəxsin elmi adı və ya dərəcəsinin olması vacib deyil.
Həqiqət - proses nəticəsində fikirlə obyektin üst üstə düşməsi.
Kriteri - hər hansı bir əlamət əsasında qiymətləndirmə və ya təsnifat.
Layihələndirmə - nəyinsə layihəsinin yaradılması, tikilməsi.
Kompromiss - qarşılıqlı güzəşt nəticəsində əldə olunan razılıq.
Maket-qəbul olunmuş qərarları yoxlamaq və təcrübələr nəticəsində ola biləcək dəyişiklikləri müəyyən etmək üçün hazırlanan eksperimental və ya laboratoriya nümunəsi.
Üsul - müəyyən bir şeyin praktiki həyata keçirilməsi və ya nəzəri tədqiqi üçün yol.
Metod - üsul ilə üst –üstə düşür.
Metodik - hər hansı bir işin yerinə yetirilməsinə dair qaydalar sistemi, öyrənmə üsullarının ifadəsi; tədqiqatın daha səmərəli həyata keçirilməsinə dair üsullar sistemi.
Metodologiya – ayrı -ayrı elm sahələrinin üsullarına dair öyrənmələr.
Tədbir - hər hansı bir məqsədi həyata keçirmək üçün görülən iş.
Elm – təbiətin, cəmiyyətin mkisafinm qanunauyğunluğu və ətraf mühitə planlı təsir üsullarına dair bilik sistemidir.
Elmi problem - elmin geniş sahəsini əhatə edən tədqiqatların müəyyən istiqaməti.
Elmi mövzu - problemin müəyyən müəssisə və ya təşkilat əhatəsində həll olunan hissəsi. Mövzu bölmələrə bölünə bilər. Hər hansı bir bölmə şöbənin, sektorun, laboratoriyanın və ya elmi əməkdaşların fəaliyyət mənbəyi ola bilər. Mövzu həlli tələb olunan bir neçə aspektdən olan məsələləri birləşdirir.
Elmi iş - mərhələsi, yəni texniki tapşırığı və hesabat tərtib edilən kiçik hissə; təbiətlə, texnika ilə, cəmiyyətlə bağlı olan hadisənin inkişafinın qanunauyğunu təyin edən iş.
Əsas elmi istiqamət problemin həlli yollarını əks etdirən tərkib hissə.
Elmi fakt - biliyin müəyyən keyfiyyətinin, elmin nailliyyətinin, obyektin mahiyyətinin öyrənilməsində yenilik, həqiqət. Elmi faktın xarakterik xüsusiyyətləri; dəqiqlik və s.
Тəсrübə və ya eksperiment - süni yaradılmış şəraitdə hər hansı bir hadisəni tətbiq etmək üçün onun əmələ gətirilməsi.
Kəşf - obyektiv mövcud olan qanunauyğunluğa müvafiq olaraq əvvəllər məlum olmayan yeni qanunun, hadisənin aşkara çıxarılması.
Parametr - riyazi düstura daxil olan və bir hadisə hüququnda dəyişməz qalan göstərici.
Plan - həyata keçirlmiş müəyyən işlərin, tədbirlərin görülməsini tələb edən fikir, proyekt, tapşırıq, hər hansı bir işin qısa proqramı.
Axtarış - vəsaitlərin yerinin kəşfiyyatı.
Prinsip - əsas tutulan başlanğıc.
Problem - məsələ, tapşırıq.
Layihıləndirmək – layihə tərtib etmək;
Protokol - iclasda, yığıncaqda baş verənlər haqqında sənəd.
Proqram - fəaliyyət planı; fəaliyyətin məqsədinin qısa məzmunu.
Bənd - mətnin ən kiçik hissəsi; nəşriyyatda, ölçü sistemində ən kiçik vahid.
İşləmə - müxtəlif qurğuların yaradılmasında təcrübə-konstruktor işlərinin nəticələrinin istifadəsi. Bütün işləmələrin iqtisadi səmərəsi hesablanır.
Hesabat - analitik tədqiqatlar-dəqiq eksperimental verilənlərə və riyazi düşüncələrə əsaslanan tədqiqat üsulları.
Rezüme - məqalənin, məruzənin məzmununun qısa ifadəsi, göstəricilərə əsasən qısa nəticənin yekunu;
Tövsiyyə - məsləhət, göstəriş, qayda, hər hansı bir işə dair rəy, işdə müəyyən bir məsələnin tətbiqinə dair məsləhət.
Referat - əsas nəticələr və faktiki məlumatlar qeyd olunmaqla nəşr olunan işin qısa ifadəsi.
Servis - istənilən sahədə xidmət.
Mündəricat - əsas məna, mahiyyət; mövzuda əhatə olunanların məzmunu.
Mahiyyət - daxili məzmun, nəyinsə xüsusiyyəti.
Tezislar – məruzənin, mühazirənin, məlumatın və s. müddəalarının qısa tərtibi.
Nəzəriyə - yunan dilindən tərcümədə “tədqiqat” deməkdir. Nəzəriyə loqik, sözlə və riyazi ola bilər.
Alim - elmin hər hansı bir sahəsini mükəmməl bilən, tədqiqatların xüsusi üsullarına yiyələnmiş və elmi adı və dərəcəsi olan şəxs.
Elmi fakt - vahid xarakterizəyə malik olan həqiqi hal, vəziyyət.
İqtisadiyyat – təsərrüfatın bu və ya digər sahəsinin xüsusiyyətini öyrənən elm.
Eksperiment - sınaq, elmi nöqteyi nəzərindən qoyulan təcrübə.
Etap - elmi işdə olan eyni xarakterli işlərin müəyyən zaman müddətində yerinə yetirilməsi.
Elmi formaların – və ədəbiyyat əsərlərinin terminologiyası 1932-ci ildən müxtəlif elm sahələri üzrə iki elmi dərəcə: elmlər namizədi və elmlər doktoru adı verilir.
Elmi məruzə - mövzunun elmi və praktiki mahiyyətini əks etdirən elmi və ya əbədi işdir.
Məruzənin tezisləri – məruzənin nəşr üçün nəzərdə tutulan əsas müddəalardır. Tezislər 5 -7 bənddən ibarət olub 1,5 -2 səhifə həcmində yazılır.
Elmi məqalə - elmi məruzənin kompozisiyasıdır. Burada başlıq, giriş, tədqiqat metodikasına dair qısa məlumatlar, şəxsi elmi nəticələrin analizi və onların ümumiləşdirilməsi, nəticə və təkliflərə, ədəbiyyat siyahısı öz əksini tapır.
Referat - kitabın məzmunun yazılı və ya şifahi şəkilində qısa ifadəsidir.
Avtoreferat – şəxsi elmi işin tipoqrafik üsulla 100 -200 nüsxə tirajla çар olunması.
Namizədlik işində dair avtoreferatın həcmi bir çap vərəqindən, doktorluq dissertasiyasına isə iki çap vərəqindən artıq olmamalıdır (23 makina yazısı səhifəsi). Burada müdafiənin vaxtı və yeri, elmi rəhbərin və ya rəsmi oponentlərin soyadı, dissertasiyanın həcmi, əlavələrin adı və soyadı, dissertasiya mövzusuna uyğun çap olunmuş elmi məqalələrin siyahısı verilir.
Rəy - bir və ya bir neçə elmi işə dair kritik nöqteyi nəzərdən qiymətləndirmə və analiz verilir.
Dərs vəsaiti - elmin hər hansı sahəsini əhatə edən mürəkkəb və məsuliyyətli elmi əsərdir. Burada elmi faktlar və anlayışlar müəyyən ardıcıllıqla, sistemli şəkil-də, illyüstrasiyalar əlavə edilməklə öz əksini tapır.
Elmi hesabat - elmi işin tamamlanmış mərhələsinin qısa planı və proqramı. Buraya analitik xülasə, məsələnin nəzəriyyəsi, tədqiqat üsulları, yeni elmi nəticələrin mahiyyəti, tədqiqatların nəticələrini və həll olunmamış məsələləri əks etdirən yekun hissə; təklif və nəticələr daxil edilir.
Annotasiya - kitabın, məqalənin əlyazmasının əsas məzmununu açıqlayan, ona qiymət verən və əsərin oxucu dairəsini göstərən qısa xarakteristika verilir.
Monoqrafiya bir mövzu və problemin tədqiq olunduğu elmi əsərdir.
Kitabça - cilidsiz çap olunan kiçik həcmli (1-3 çap səhifəsi) nəşr əsəri; elmi-kütləvi xarakterli əsərlərin əlverişli çap formasıdır.
Dissertasiya - elmi dərəcə almaq məqsədilə dissertant tərəfindən təqdim olunan və ixtisaslaşmış şurada müdafiə olunan xüsusi elmi –tədqiqat forması sayılır.
İSTİFADƏ OLUNAN ƏDƏBİYYATLAR
1. Elmi fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunu (yeni layihə ilə). Bakı, 2009.
2. Б.А.Доспехов. Методика полевого опыта М. 1985.
3. X.H.Qurbanov. Heyvəndarlıqda texnoloji maşınlar. (dərslik) Gəncə. 2005.
4. С.В.Мельников, В.Р.Алешкин, П.М.Рошин. Планирование эксперимента в исследованиях сельскохозяйственных процессов. Ленинград Колос. 1980.
5. Р.С.Гутер, Б.В.Овчинский. Элементы численного анализа и математической обработки результатов опыта. М.1970.
6. Х.Г.Курбанов. Рекомендация по сетевому планированию и управлению. Баку, 1986 г.
7. X.H.Qurbanov. Elmi –tədqiqat işçilərinə kömək kitabçası. Gəncə. 2008.
8. X.H.Qurbanov, K.Fətəliyev. Elmi –tədqiqat işlərinin tərtibi və nəticələrin riyazi işlənməsi. Bakı. 2011.
9. X.H.Qurbanov, K.Fətəliyev. Tədqiqat işlərinin nəticələrinin riyazi işlənməsinin yeni metodikası (tövsiyə). Gəncə. 2012.
10. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Bülleteni. Bakı. 2004.
Dostları ilə paylaş: |