Elektron Hökumət”in məqsədləri və üstunlükləri Ölkəmizdə yeni bir anlayış olan “Elektron hökumət



Yüklə 15,98 Kb.
tarix14.07.2018
ölçüsü15,98 Kb.
#56791

Elektron Hökumət”in məqsədləri və üstunlükləri

c:\users\администратор\downloads\images.jpg

Ölkəmizdə yeni bir anlayış olan “Elektron hökumət” ideyasının əsasını dövlət haqqında cəmiyyətin əsas tələbatını effektiv şəkildə təmin etməyə xidmət göstərən təsisat kimi təsəvvürün formalaşması təşkil edir. “Elektron hökumət” müasir dünya ölkələrində məhsuldar, operativ və bir o qədər də təhlükəsiz xidmətin səviyyəsinin yüksəldilməsini özünə əsas məqsəd olaraq seçmişdir. Azərbaycanda da bu amillər “e-hökumət”in hansı təcrübədən, iradədən və hüquqi tənzimlənmədən qaynaqlandığını bir daha nümayiş etdirir. Belə ki, ölkəmizdə “elektron hökumət”in formalaşdırılması dünya təcrübəsinə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın təstiq edilməsi haqqında sərancamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında 23 may 2011-ci il tarixli fərmanı” və digər normativ-hüquqi aktlarla fəailiyyət üçün hüquqi baza yaradılmışdır. Bu istiqamətdə aparılan yüksək səviyyədə xidmətlər bir daha bunu sübuta yetirir. Təqdim edilən bu imkanlardan Rabitə və İnformasiya Texnologiya Nazirliyinin hazırlamış olduğu (www.e-gov.az) ünvanından istifadə edərək yararlanmaq mümkündür. “Elektron hökumət” həmçinin dövlətlə cəmiyyət arasında hər cür tapşırıq və öhdəliklərin qarşılıqlı olaraq “rəqəmsal mühit” içərisində davamlı və etibarlı bir şəkildə reallaşdırılması deməkdir. Burada gözlə görülən və başa düşülən ,ənənəvi dövlət modelinə dəstək, məhsuldarlıq, operativlik və sonda da vətəndaşa xidmətdir. Bütün bunları bir araya gətirən zaman görmək mümkündür ki,vətəndaş məmuniyyəti əldə olunan əsas nəticədir. “Elektron hökumət”in təqdim edəcəyi təməl xidmətlər iki istiqamətdə quruplaşmışdır: dövlətdən dövlətə,dövlətdən vətəndaşa. Nədir bunlar?. Artıq dövlət orqanları məlumat mübadiləsi üçün nə çox vaxt, nə də ki, xərc çəkməyəcək. Mübadilə bir başa elektron şəkildə aparılacaq və ən vacib olan amil kimi vaxta qənaət ediləcək. Bu prinsiplər eyni zamanda dövlətlə vətəndaş arasında olan “uzun yolu” qisalaşdıracaq və vətəndaşlar da bir neçə əməliyyatı bir anda həll edə biləcəklər və veriləcək suallarında sayı azalacaq.

Məqsədləri:

Hər şey bu qədər asan olacaq............



c:\users\администратор\downloads\images (1).jpg



  • Dövlətin surətli və təsirli bir şəkildə işləkliyini təşkil etmək



  • İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan xidmətlərin mərkəzləşdirilməsi və asanlaşdırılması



  • İstifadəçilərin məlumat mübadiləsini asanlaşdırmaqla,onların vaxtına qənaət etməsinə şərait yaratmaq



  • İstifadəçilərin dövlətlə arasında olan məsafəni tam, təhlükəsiz şəkildə yaxınlaşdırmaq



  • “Bir pəncərə” prinsipi əsasında elektron xidmətin səmərəli təşkili

Elektron Hökumətin bu əsaslara söykənərək xidmət göstərməsi aşağıdakı müsbət nəticələri əldə etməyə imkan verəcək:



  • Vətəndaşlar dövlət idarəçiliyində fəal iştirak edəcək



  • Büdcə xərclərinə qənaət, xərclər azalacaq məhsuldarlıq artacaq



  • Məmuniyyət artacaq





  • Kağız aslılığı və istifadəsi azalacaq

Bütün bu amilləri sadalayandan sonra elektron hökumətin nə üçün və niyə vacib olduğunu görmüş olarıq.

Dövlətimizin biz vətəndaşlar, həm də qurumlar arsında yaratdığı bu səmimiyyəti gəlin dəstəkləyək!



Ülfət İmranov

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “ E-hökumətlə bağlı elan etdiyi yazı müsabiqəsi üçün



http://www.turkustan.net/Ara%C5%9Fd%C4%B1rma/elektron-hokum-t-in-m-qs-dl-ri-v-ustunlukl-ri-haberi/906/

Qeydiyyat nomresi : 202
Yüklə 15,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin