Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə506/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   502   503   504   505   506   507   508   509   ...   809
PALİTRA (palette) – 1) Rəssamlıqda üzərində rəng qarışdırılan taxta parçası, yaxud metal, çini, saxsı lövhə; 2) Məcazi mənada: rejissorun, rəssamın, səs rejissorunun yaradıcılıq üslubuna xas olan bədii-vizual ifadə vasitələrinin məcmusu.

PAL-PLYUS (PAL+) – PAL sisteminin növlərindən biri, onun yüksək həssaslıqlı TV (YHT) ilə calaşdırılmış forması. İlk dəfə 1991-ci ildə nümayiş etdirilən bu yarımsistem mövcud tezlik kanalı hüdudunda TV təsvirini kadrın 16:9 nisbətinə uyğun olan formatda göstərilməsinə imkan verir.

PANİKA (panic/scare) – Adamları qəflətən bürüyən qorxu, vahimə hissi. İstehsalatda P. adətən, canlı verilişlər zamanı rejissor pultunda özünü göstərir.

PANORAM (panoram)Kinoçəkiliş üsulu; məkan sənəti növlərindən biri. Kinoçəkiliş aparatının üfüqi, yaxud şaquli, ya da hər iki istiqamətə çevrilməsi ilə həyata keçirilir. P. vasitəsilə yaranan effekt müşahidəçinin başını və gözünü çevirməsinə, yaxud qaldırmasına uyğun olur. P. böyük məkanların ekranda göstərilməsi üçün geniş tətbiq olunur. P. tamaşaçıda real məkan illüziyası əmələ gətirdiyindən, ondan, əsasən geniş ərazini və çoxlu iştirakçını əhatə edən hadisələrin təsviri üçün istifadə olunur.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   502   503   504   505   506   507   508   509   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin