SERİAL-FİLM (serial film) – Üç və ya daha çox seriyadan ibarət bədii, elmi-kütləvi və s. xarakterli filmlər.
SERİYA (series) – 1) Bir-birinə eynilə oxşar və ya hər hansı ümumi əlamətə malik olan şeylər sırası; hər hansı bir işin, hərəkətin ardıcıl sırası; 2) Böyük kinofilmin bütün seans vaxtı nümayiş etdirilən müstəqil hissəsi; hər bir buraxılışı bitmiş epizoddan ibarət film. S.-da əsas aktyor heyəti dəyişməz qalır.
SERVER (server) – Lokal kompüter şəbəkəsi sistemində şəbəkə resurslarını paylamaq funksiyasını yerinə yetirən mexanizm. Hər bir S. həm ayrıca, həm də işçi stansiya tərkibində ola bilər. Resurs kimi aparat komponenti (disk, printer, modem, skayner və s.) proqram, fayl, verilənlər bazası, hətta kompüter də ola bilər. Buradan da S. ilə bağlı bir sıra terminlər meydana gəlmişdir: fayl – server, printer serveri, çap serveri və s. bu qəbildəndir.