TELEVİZİYA SINAQ CƏDVƏLİ (television test pattern) – TV təsvirlərinin keyfiyyətinə vizual nəzarət etmək üçün cədvəl. Monoxrom (ağ-qara) TV təsviri üçün keçmiş SSRİ-də «0249» cədvəli qəbul edilmişdir. Cədvəl dəqiqliyi, aydınlığı, həndəsi təhrifləri və kontrastlığı, təsvirin parlaqlıq dərəcəsini, kadr açılışının sinxronlaşma dəqiqliyini təyin etməyə, həmçinin təsvirin təhrif olunması səbəblərini müəyyənləşdirməyə və istər bütünlüklə TV traktının, istərsə də onun ayrı-ayrı hissələrinin (məs., televizorun) optimal sazlanmasına nail olmağa imkan verir.