TELEVİZİYA SİQNALI (television signal) – Tərkibində kineskopun ekranında açılış zamanı elektron şüasının əks gediş izlərini söndürən sətir və kadr impulsları olan videosiqnal (parlaqlıq siqnalı). T.s-na kineskop açılışlarının impulslarını daxil etməklə ağ-qara TV-nin tam T.s. alınır.
TELEVİZİYA SİSTEMİ VASİTƏSİLƏ TƏSVİRƏ NƏZARƏT (television inspection system) – Rejissorun operatora mane olmadan TV ekranında təsvirin kadr-kompoziya quruluşunu bilavasitə izləməyə imkan verən sistem. Bu sistem kinooperatora çəkiliş şəraitindən asılı olaraq kinoaparatını uzaq məsafədən idarə edib, təsvir kadrını qurmağa da imkan verir. Bundan başqa, təsvirə baxan aktyorlar da öz oyunlarındakı nöqsanları görüb, ifa tərzlərində dəyişmək imkanı qazanırlar.