TRANSKRİPSİYA (transcription) – Hər hansı bir dilin qrafik və orfoqrafik normalarından asılı olmayaraq bütün incəliklərinin mümkün qədər dəqiq verilməsi üçün tətbiq edilən yazı, yaxud işarələr sistemi; elmi-tədqiqat məqsədi ilə nitqin yazılış qaydalarını tənzimləmə üsulu; əcnəbi dillərə məxsus sözlərin (əsasən xüsusi adların və terminlərin) Azərbaycan əlifbasına məxsus hərflərlə əks etdirilməsi.
TRANSLYASİYA (broadcast/relay/transmission) – 1) Səs, musiqi və təsvirin radio, TV və ya sim vasitəsilə uzaqlara verilməsi; hadisə yerindən canlı və ya videoyazı formasında yayımlanan veriliş; 2) Bu üsulla verilən konsert, iclas və s.