Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə347/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   343   344   345   346   347   348   349   350   ...   809
KOMİZM (the comic) – Gülünc vəziyyət, məzəlilik, gülüş doğuran situasiya.

KOMMENTARİ (commentary) – 1) Xüsusi maraq cəlb edən hadisəyə, mətnə, mövzuya, şərhə izahedici qeyd, mühakimə, açıqlama; 2) Kommentarilər – bir şey haqqında izahedici və tənqidi qeydlər, mühakimələr.

KOMMENTATOR (commentator) – TV və radioda hər hansı konkret mövzu ilə (siyasət, iqtisadiyyat, idman və s.) bağlı müntəzəm şərhlər verən jurnalist, mütəxəssis; şərhçi.

KOMMERSİYA İNFORMASİYASI, «KOMMERŞL» (commercial) – Sifarişçinin pulunu ödədiyi və radioda, yaxud TV-də mahnı-musiqi elementləri mətnləri ilə hazırlanmış parlaq anonslar formasında translyasiya olunan reklam. Bunlar auditoriyanın diqqətini məhsullara, formalara, xidmət sahələrinə yönəldir.

KOMMERSİYA İNTERVALI SLOT (commercial slot) – Radio və teleyayımlarda reklam əlavələri üçün ayrılan vaxt. "Slot" sözü texnikada çat, oyuq, kəsik, proqramlaşdırmada – vaxt intervalı, yaddaş, mövqe sahəsi deməkdir. Yayım proqramlarında bütün bu mümkün mənalar slot anlayışında reklam verilişləri üçün ehtiyatda saxlanan efir mövqeyi kimi birləşir. Buna görə də ən yeni ingiliscə-rusca lüğətlərdə "slot" sözü həm də verilişlərin proqramında müəyyən yer, yaxud vəziyyət kimi də tərcümə olunur.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   343   344   345   346   347   348   349   350   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin